Məhkəmə qərarları › İş №3(027)-529/2022

Quba Rayon Məhkəməsi Qərar — İş №3(027)-529/2022

30.06.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Quba şəhəri İş № 3(027)-529/2022 30.06.2022 QUBA RAYON MƏHKƏMƏSİ Həsənov Rahim Təşəkkül oğlunun sədrliyi, X3 qızının katibliyi ilə, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Siyəzən Rayon Polis Şöbəsi tərəfindən tərtib edilmiş xx.xx.2022-ci il tarixli, TP-4925346 nömrəli inzibati tənbeh vermə haqqında elektron qərardan X2 tərəfindən verilmiş şikayətə baxaraq,məhkəmə MÜƏYYƏN ETDİ : X1 rayon Məhkəməsinə şikayət ərizəsi ilə müraciət edərək, DİN-nin Baş Dövlət Yol Polis İdarəsi tərəfindən barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsi ilə nəzərdə tutularaq tərtib edilmiş xx.xx.2022-ci il tarixli, TP-4925346 saylı inzibati tənbeh vermə haqqında elektron qərarın ləğv edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, o, 27 mart 2022-ci il tarixdə Siyəzən rayonundan Bakı istiqamətinə doğru hərəkət etmişdir. Siyəzən rayonunda magistral yolla hərəkət edən zaman uzaqda hərəkət istiqamətində təxminən iki kilometr məsəfədə yol patrul xidməti avtomobilinin dayandığını görmüşdür. İdarə etdiyi avtomobillə onlara yaxınlaşan zaman mobil telefonla polis əməkdaşlarının onu videoya çəkdiklərini görmüşdür. YPX-nin əməkdaşları onun avtomobilini saxladaraq yol hərəkəti qaydalarını pozduğunu, əks istiqaməti yola çıxaraq ötmə əməliyyatı apardığını bildirmişlər. O, isə ötmə əməliyyatı aparmadığını, yolda düz xəttin olmadığını, ötmənin qadağan edilməsi ilə bağlı heç bir nişanın olmadığını onlara bildirmişdir. Bundan əlavə o, YPX-nin əməkdaşlarına əgər ötmə əməliyyatı etmişsə buna dair sübutu ona təqdim etmələrini tələb etmişdir. Halbuki inzibati xəta hadisəsi foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələrin köməyi ilə aşkar edildikdə həmin qayda pozuntusunun görüntüsü ona göstərilməli olduğu halda, onun idarə etdiyi “TOYOTA FORTLNER” markalı **-TS-*** dövlət qeydiyyat nişanlı avtomobilin hər hansı bir qayda pozuntusunun törətməsi barədə heç bir sübutu ona təqdim etməmişlər. O, YPX-nin inspektorunun dediyi qayda pozuntusu ilə razılaşmamış və öz yoluna davam etmişdir. Bir müddət sonra onu Quba ərazisində hərəkət edərkən yol patrul xidməti əməkdaşı saxlayaraq barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsi ilə 60 manat cərimə olduğunu, həmin cərimənin Siyəzən rayonunda tərtib edildiyini bildirmişdir. O, həmin qərarın rəsmi qaydada ona verilməsi üçün və qərarın araşdırılması üçün Siyəzən rayon Polis şöbəsinə müraciət etmişdir. 20 may 2022-ci il tarixdə Siyəzən rayon Polis şöbəsindən ona ünvanlanmış məktubda barəsində 27 mart 2022-ci il tarixli qərar tərtib edilərkən YPX-i əməkdaşı qanun pozuntusuna yol vermədiyini qeyd edilmiş və barəsində tərtib edilmiş elektron qərar göndərilmişdir. Həmin qərarı alarkən ona məlum olmuşdur ki, barəsində 27 mart 2022-ci il tarixə İXP4532637 nömrəli protokol tərtib edilmiş edilmiş və bundan sonra onun Siyəzən rayonu Beşdam kənd yolunda idarə etdiyi “TOYOTA FORTUNER” markalı **-TS-*** dövlət qeydiyyat nişanlı avtomobillə əks istiqamətli zolağa çıxmaqla ötmə qaydalarını pozduğu üçün Azərbaycan Respublikası İXM-nin 327.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyi qeyd edilmişdir. Qeyd edilən qərar qanunsuz və əsassız olduğundan onun ləğv edilməsini xahiş etmişdir. O, həmin ərazidə ötmə əməliyyatı etməmişdir. Həmin yolda düz xətt olmamış, ötmə əməliyyatı etdiyini təsdiq edən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsində qeyd edilmiş foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələrin köməyi ilə aşkar edilməsinə dair heç bir sübut yoxdur. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş tərəflərin gəlməməsinin səbəbləri haqqında məlumat olmadığından məhkəmə işə onların iştirakı olmadan baxmışdır. Məhkəmə, şikayət verən şəxsi dinləyib, şikayəti iş materialları ilə birlikdə araşdıraraq, hesab edir ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Siyəzən Rayon Polis Şöbəsi tərəfindən tərtib edilmiş xx.xx.2022-ci il tarixli, TP-4925346 nömrəli inzibati tənbeh vermə haqqında elektron qərardan X2 tərəfindən verilmiş şikayət təmin olunmamalıdır. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Siyəzən Rayon Polis Şöbəsi tərəfindən tərtib edilmiş xx.xx.2022-ci il tarixli, TP-4925346 nömrəli inzibati tənbeh vermə haqqında elektron qərardan görünür ki, X2 əks istiqamətli hərəkət zolağına çıxmaqla ötmə qaydalarını pozaraq Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmiş və 60 manat məbləğində cərimə edilmişdir. İş materiallarından görünür ki, həmin qərar Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin tələbinə uyğun tərtib edilmişdir. Şikayətçi həmin qərarın ləğvi üçün əsaslı dəlillər məhkəməyə təqdim etməmişdir. Həmçinin həmin qərarın ləğvi üçün Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 135-ci maddəsində nəzərdə tutulmuş əsaslar mövcud deyildir. Beləliklə, məhkəmə hesab edir ki, X2 barəsində Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Siyəzən Rayon Polis Şöbəsi tərəfindən tərtib edilmiş xx.xx.2022-ci il tarixli, TP- 4925346 nömrəli inzibati tənbeh vermə haqqında elektron qərarın ləğv edilməsi üçün heç bir əsas yoxdur. Çünki, X2 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsinin tələblərinə riayət etməyərək, yük daşıma qaydalarını pozmuşdur. Ona görə də Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Siyəzən Rayon Polis Şöbəsi tərəfindən tərtib edilmiş xx.xx.2022-ci il tarixli, TP-4925346 nömrəli inzibati tənbeh vermə haqqında elektron qərardan X2 tərəfindən verilmiş şikayət təmin olunmamalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-135-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Siyəzən Rayon Polis Şöbəsi tərəfindən tərtib edilmiş xx.xx.2022-ci il tarixli, TP-4925346 nömrəli inzibati tənbeh vermə haqqında elektron qərardan X2 tərəfindən verilmiş şikayət təmin edilməsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində qərarı qəbul etmiş hakim vasitəsilə və ya Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və protesti verilə bilər. Sədrlik edən: Rahim Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar