Azərbaycan Respublikası adından QƏRAR Quba şəhəri İş № 3(027)-529/2024 14.06.2024 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Seyidov Vüqar Mircuma oğlunun sədrliyi, Fətəliyev Veysəl Surxay oğlunun katibliyi, Protokolu tərtib edən X1, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs iştirakı ilə xx.xx.1993-cü ildə Quba rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, işləməyən, subay, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510, 535.1 və 206-cı maddələrilə icraat başlanmış inzibati xəta haqqında işə açıq məhkəmə iclasında baxaraq məhkəmə, müəyyənetdi: Şəxs xx.xx.2024-cü il tarixdə, saat 12:30 radələrində Quba şəhəri, Fətəlixan küçəsində polis əməkdaşlarına qarşı nalayiq küçə söyüşləri söymüş, həmin tarixdə və ünvanda polis əməkdaşlarının qanuni tələbinə tabe olmamış və xx.xx.2024-cü il tarixdə Xaçmaz RMX-da keçirilən müayinə zamanı götürülmüş onun narkotik vasitə olan marixuanadan istifadə etməsi müəyyən edilmişdir. Quba RPŞ-nin, İTB-nin polis sahə rəisi X2 tərəfindən Şəxs barəsində Azərbaycan Respulikası İXM-nin 510, 535.1 və 206-cı maddələri ilə inzibati xəta haqqında xx.xx.2024cü il tarixli MN 1603530-3028 №li, MN 1603588-3025 №li və MN 1603587-3026 №li protokollar tərtib edilərək, baxılması üçün Quba Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmədə protokol tərtib etmiş şəxs X2 bildirdi ki, Şəxs İXM-nin 510, 535.1 və 206-cı maddəsində nəzərdə tutulan inzibati xətanı törətdiyindən onun barəsində tərəfindən raport əsasında inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs Azərbaycan Respublikası İXM-nin 510, 535.1 və 206-cı maddələrində nəzərdə tutulmuş inzibati xətaların törədilməsində özünü qismən təqsirli bilərək izahatında Quba şəhəri, Fətəlixan küçəsində olduğu zaman DYP-nin əməkdaşları ona yaxınlaşaraq, idarə etdiyi nəqliyyat vasitəsində konstruksiya dəyişikliyi etdiyini bildirmişdirlər. Bu zaman onların arasında söz mübahisəsi yaranmışdır. Həmin vaxt o polis əməkdaşlarına heç bir söyüş söyməmişdir. Onlar arasında yaranan mübahisə zamanı ətrafdakı insanlar ora toplaşmışdır. Daha sonra əraziyə PPX-nin əməkdaşları dəvət olunmuşdur və onların tələbi ilə Quba RPŞ-nə getmişdir. Quba RPŞ-nin əməkdaşı ilə birlikdə Xaçmaz RMX-da analiz vermiş və onun analizindən narkotik vasitə olan marixuanadan istifadə etməsi müəyyən olunduğu aşkar edilmişdir. Həmin narkotik vasitəni Gəncə şəhərində toyda olduğu zaman tanımadığı şəxslərlə birlikdə istifadə etmişdir. Narkotik vasitədən istifadə etməsindən peşman olduğunu bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Quba RPŞ-nin DYPB-nin rəisi polis mayoru Sahib Süleymanov ifadəsində göstərmişdir ki xx.xx.2024-cü il tarixdə, saat 12:30 radələrində YPX-nin inspektoru Emin İsmixanovla birlikdə Quba şəhəri, Fətəlixan küçəsində xidmətdə olduğu zaman Vaz 2106 markalı, **-BC-*** d.q.n-lı avtomobilin uzaq vuran əlavə işıqlarla (qallagen) nəqliyyat vasitəsinin konstruksiyasında dəyişiklik olduğuna görə tərəfindən saxlanıldı, sürücüyə yaxınlaşıb özünü təqdim etdi ona konstruksiyasında dəyişiklik olduğu izah etdi, lakin sürücü ona “məni tanımırsan” deyərək nalayiq söyüşlər söyməyə başladı. Bu zaman ətrafda olan şəhər sakinləri ora toplaşmağa başladı. Onu nizam-intizama dəvət etsək də, bizim qanuni tələbimizə məhəl qoymayaraq öz hərəkətlərinə davam etdi. Bizdə sürücünün hərəkətlərində narkotik vasitədən istifadə etdiyi şübhəsi yarandı və bununla bağlı PPXya məlumat verilərək onu Quba RPŞ-yə aparılmasını təmin etdik. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsi şəxsi və şahidi dinləyib, işdəki sübutlara hüquqi qiymət verərək, hesab edir ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 510, 535.1 və 206-cı maddələrində nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli bilinməlidir və onun əməli Azərbaycan Respublikası İXMnin 510, 535.1 və 206-cı maddələrilə düzgün tövsif edilmişdir. İş materiallarında olan xx.xx.2024-cü il tarixli, 90 №-li sərxoşluq vəziyyətinin tibbi müayinəsi aktından görünür ki, həmin vaxt Şəxs narkotik vasitə olan marixuana qəbulu nəticəsindən yüngül dərəcə sərxoşluq vəziyyəti vardır. Məcburi müalicəyə ehtiyacı yoxdur. Azərbaycan Respublikası İXM-nin 510-cu maddəsində xırda xuliqanlığa, yəni ictimai qaydanı pozan, fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə, Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsində isə polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə və Azərbaycan Respublikası İXM-nin 206-cı maddəsində isə qanunsuz olaraq narkotik vasitələrin, psixotrop maddələrin istehlakına, satış məqsədi olmadan şəxsi istehlak miqdarında hazırlanmasına, əldə edilməsinə, saxlanılmasına, daşınmasına və ya göndərilməsinə görə inzibati məsuliyyət nəzərdə tutulmuşdur. Məhkəmə Şəxs inzibati tənbeh tətbiq edərkən törətdiyi inzibati xətanın xarakterini, şəxsiyyətini xarakterizə edən halları, onun təqsirinin dərəcəsini, əmlak vəziyyətini, habelə məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə inzibati xətanı törətməsindən səmimi peşmançılıq çəkməsini Şəxs məsuliyyətini yüngülləşdirən hallar kimi nəzərə alır. İnzibati xətaya görə inzibati məsuliyyəti ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə hesab edir ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 510, 535.1 və 206-cı maddələrində nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli bilinməsinə baxmayaraq, o, Azərbaycan Respublikası İXM-nin 206 maddəsinin sanksiyası çərçivəsində tənbeh edilməlidir. Belə ki, Azərbaycan Respublikası İXM-nin 34.3-cü maddəsinin tələbinə görə şəxsin eyni vaxtda öz hərəkəti (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya görə işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. Azərbaycan Respublikası İXM-nin 206-cı maddəsində nəzərdə tutulmuş inzibati xəta Azərbaycan Respublikası İXM-nin 510 və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətadan daha ciddidir. Belə ki, Azərbaycan Respublikası İXM-nin 206-cı maddəsində qanunsuz olaraq narkotik vasitələrin, psixotrop maddələrin istehlakına, satış məqsədi olmadan şəxsi istehlak miqdarında hazırlanmasına, əldə edilməsinə, saxlanılmasına, daşınmasına və ya göndərilməsinə görə-üç yüz manatdan dörd yüz manatadək məbləğdə cərimə, işin hallarına görə və xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə iki ayadək müddətə inzibati həbs nəzərdə tutulduğu halda, Azərbaycan Respublikası İXM-nin 510-cu maddəsində əlli manatdan yüz manatadək miqdarda cərimə və ya on beş günədək müddətə inzibati həbs və Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsində iki yüz manat məbləğində cərimə və bir ayadək müddətə inzibati həbs nəzərdə nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası İXM-nin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə Şəxs törətdiyi inzibati xətanın hallarını nəzərə alaraq hesab edir ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 510, 535.1 və 206-cı maddələrilə təqsirli bilinib, onun barəsində Azərbaycan Respublikası İXM-nin 34.3-cü maddəsi tətbiq edilməklə Azərbaycan Respublikası İXM-nin 206-cı maddəsinin sanksiyasında nəzərdə tutulmuş həbs növündə inzibati tənbeh tədbirinin tətbiq edilməsini məqsədəmüvafiqdir. Həmin inzibati həbsin əvvəli 14 iyun 2024-cü il tarixdən, saat 13:00-dan hesablanmalıdır. İş materiallarında olan inzibati qaydada tutma haqqında xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, Şəxs 14 iyun 2024-cü il tarixdə, saat 13:00-da Quba Rayon Polis Şöbəsinin İTB-nin polis sahə rəisi, X2 tərəfindən inzibati qaydada tutulmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114.1.1-ci maddəsinə əsasən inzibati xəta haqqında işə baxılarkən inzibati tənbeh vermə haqqında qərar çıxarılır. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 112-115, 117, 125-126, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şəxs Azərbaycan Respublikası İXM-nin 510, 535.1 və 206-cı maddələrilə təqsirli bilinib, barəsində Azərbaycan Respublikası İXM-nin 34.3-cü maddəsi tətbiq edilməklə Azərbaycan Respublikası İXM-nin 206-cı maddəsinin sanksiyasında nəzərdə tutulmuş 15 (on beş) gün müddətində inzibati həbs tətbiq edilsin. İnzibati həbsin əvvəli 14 iyun 2024-cü il tarixdən, saat 13:00-dan hesablansın. Qərardan, onun surəti rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində qərarı qəbul etmiş hakim vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət və protest verilə bilər. Sədrlik edən: Vüqar Seyidov
Məhkəmə qərarları › İş №3(027)-529/2024
Quba Rayon Məhkəməsi Qərar — İş №3(027)-529/2024
14.06.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver