Məhkəmə qərarları › İş №3(027)-53/2022

Quba Rayon Məhkəməsi Qərar — İş №3(027)-53/2022

25.01.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Quba şəhəri İş № 3(027)-53/2022 25.01.2022 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Həsənov Rahim Təşəkkül oğlunun sədrliyi, X6 oğlunun katibliyi, Quba rayon İcra və probasiya Şöbəsinin icra məmuru X2, Zərərçəkmiş şəxs Xalidova (Ömərova) Çimnaz Əlyar qızının, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs iştirakı ilə, xx xxx 1982-ci ildə Quba rayonu, İ Nügədi kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, Quba rayonu, İ Nügədi kəndində qeydiyyatda olan və yaşayan (X1 xxxxxxx) Şəxs haqqında Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə Quba rayon İcra və probasiya Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, m ü ə y y ə n e t d i: Quba rayon İcra və probasiya Şöbəsindən daxil olan inzibati xəta haqqında materiala əsasən Şəxs oğlu Quba Rayon Məhkəməsinin 10 may 2015-ci il tarixli, 2(027)-427/2015 saylı və Quba Rayon Məhkəməsinin 04 iyun 2020-ci il tarixli, 2(027)-540/2020 saylı icra sənədlərinin icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərini yerinə yetirməmişdir. Bununla da Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Bu barədə Quba rayon İcra və probasiya Şöbəsinin icra məmuru X7 tərəfindən 17 yanvar 2022-ci il tarixdə inzibati xəta haqqında MN ******* nömrəli protokol tərtib olunaraq, baxılması üçün Quba rayon Məhkəməsinə göndərilmişdir. Quba rayon İcra və probasiya Şöbəsinin icra məmuru X7 məhkəməyə verdiyi izahatında göstərdi ki, Quba Rayon Məhkəməsinin 10 may 2015-ci il tarixli, 2(027)- 427/2015 saylı icra sənədinə əsasən, borclu Şəxs ümumilikdə 14955 manat dəyərində cehiz əmlakı və ya onun dəyəri pulla alınaraq tələbkar Xalidova (Ömərova) Çimnaz Əlyar qızına verilməlidir. Borclu Şəxs hüquqi yardıma görə 30 manat ödənilmiş xərcin əvəzi və 30 manat dövlət rüsumu alınaraq, tələbkar Xalidova (Ömərova) Çimnaz Əlyar qızına verilməlidir. Quba Rayon Məhkəməsinin 04 iyun 2020-ci il tarixli, 2(027)-540/2020 saylı icra sənədinə əsasən, borclu Şəxs 08.03.2014-cü il təvəllüdlü X4 və 01.01.2018-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatana kimi saxlanması üçün 14.01.2020-ci il tarixindən başlayaraq hər ay hər uşağa görə 150 manat olmaqla ümumilikdə 300 manat sabit pul məbləğində aliment tutularaq, Xalidova (Ömərova) Çimnaz Əlyar qızına verilməlidir. Qeyd olunan icra sənədləri müvafiq olaraq 13.07.2020-ci il və 20.08.2020-ci il tarixlərdə şöbənin icraatına daxil olmuş və qanuna müvafiq qaydada icraata başlanmışdır. İcraat zamanı borcluya bildiriş göndərilmiş, eləcə də icra sənədlərinin icrasından boyun qaçırılmasına görə yarana biləcək məsuliyyət ona izah olunmuşdur. Tələbin borclunun əmlakına və gəlir yerlərinə yönəldilməsi məqsədi ilə borclunun bank hesabları, digər gəlir yerləri, daşınar-daşınmaz əmlaklarının olub-olmaması barədə aidiyyəti üzrə banklara, kredit təşkilatlarına və dövlət orqanlarına sorğular göndərilmişdir. Borclunun gəlir yerlərinin və əmlaklarının axtarışları ilə bağlı görülmüş tədbirlər nəticə verməmişdir. Borclu Şəxs bu günə qədər aliment üzrə tələbkarın xeyrinə 1761 manat ödəniş etmiş, hazırda 5439 manat aliment borcu qalmışdır. Əmlak tələbinə dair icra sənədi üzrə əmlaklar qismən tələbkara təhvil verilmiş, hazırda borclu tərəfindən tələbkara təhvil verilməmiş 2800 manat məbləğində əmlakların dəyəri ödənilməmişdir. Qeyd olunanları nəzərə alaraq Şəxs oğlu barəsində İnzibati Xətalar Məcəlləsinin tələblərinə uyğun tədbir görülməsini xahiş etdi. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs oğlu izahat verərək göstərdi ki, Quba Rayon Məhkəməsinin 10 may 2015-ci il tarixli, 2(027)-427/2015 saylı icra sənədinə əsasən, ondan ümumilikdə 14955 manat dəyərində cehiz əmlakı və ya onun dəyəri pulla alınaraq tələbkar Xalidova (Ömərova) Çimnaz Əlyar qızına verilməlidir. Ondan hüquqi yardıma görə 30 manat ödənilmiş xərcin əvəzi və 30 manat dövlət rüsumu alınaraq, tələbkar Xalidova (Ömərova) Çimnaz Əlyar qızına verilməlidir. Quba Rayon Məhkəməsinin 04 iyun 2020-ci il tarixli, 2(027)-540/2020 saylı icra sənədinə əsasən, ondan 08.03.2014-cü il təvəllüdlü X4 və 01.01.2018-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatana kimi saxlanması üçün 14.01.2020-ci il tarixindən başlayaraq hər ay hər uşağa görə 150 manat olmaqla ümumilikdə 300 manat sabit pul məbləğində aliment tutularaq, Xalidova (Ömərova) Çimnaz Əlyar qızına verilməlidir. Bu günə qədər aliment üzrə tələbkarın xeyrinə 1761 manat ödəniş etmiş, hazırda 5439 manat aliment borcu qalmışdır. Əmlak tələbinə dair icra sənədi üzrə əmlaklar qismən tələbkara təhvil verilmiş, hazırda tələbkara təhvil verilməmiş 2800 manat məbləğində əmlakların dəyəri ödənilməmişdir. Bildirmişdir ki, maddi vəziyyəti yaxşı olmadığından borcunu ödəyə bilməmişdir. Həmin borcu bir dəfəyə ödəmək imkanı yoxdur. Hazırda borcundan 1500 manat ödəniş edərək, qalan borcunu da ödəyəcəyinə söz verir. Göstərilənlərə əsasən barəsində olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etdi. Məhkəmə iclasında zərərçəkmiş şəxs Xalidova (Ömərova) Çimnaz Əlyar qızı izahat verərək göstərdi ki, Quba Rayon Məhkəməsinin 10 may 2015-ci il tarixli, 2(027)-427/2015 saylı icra sənədinə əsasən, borclu Şəxs ümumilikdə 14955 manat dəyərində cehiz əmlakı və ya onun dəyəri pulla alınaraq ona verilməlidir. Borclu Şəxs hüquqi yardıma görə 30 manat ödənilmiş xərcin əvəzi və 30 manat dövlət rüsumu alınaraq, ona verilməlidir. Quba Rayon Məhkəməsinin 04 iyun 2020-ci il tarixli, 2(027)-540/2020 saylı icra sənədinə əsasən, borclu Şəxs 08.03.2014-cü il təvəllüdlü X4 və 01.01.2018-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatana kimi saxlanması üçün 14.01.2020-ci il tarixindən başlayaraq hər ay hər uşağa görə 150 manat olmaqla ümumilikdə 300 manat sabit pul məbləğində aliment tutularaq, ona verilməlidir. Borclu bu günə qədər aliment üzrə onun xeyrinə 1761 manat ödəniş etmiş, hazırda 5439 manat aliment borcu qalmışdır. Əmlak tələbinə dair icra sənədi üzrə əmlaklar qismən ona təhvil verilmiş, hazırda borclu tərəfindən ona təhvil verilməmiş 2800 manat məbləğində əmlakların dəyəri ödənilməmişdir. Borcunun tam şəkildə ödənilməsini tələb edir. Qeyd olunanları nəzərə alaraq Şəxs barəsində İnzibati Xətalar Məcəlləsinin tələblərinə uyğun tədbir görülməsini xahiş etdi. Məhkəmə izahatları dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, Şəxs əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkibi olmadığı üçün, bu maddə ilə onun barəsində başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə əsasən məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə inzibati məsuliyyət nəzərdə tutulmuşdur. Lakin, iş materiallarında olan ödəniş qəbzinin surətindən görünür ki, Şəxs 18.01.2022-ci il tarixdə 1500 AZN, 25.01.2022-ci il tarixdə isə 670 manat pul Xalidova (Ömərova) Çimnaz Əlyar qızının adına ödəniş etmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinin tələbinə görə yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Qeyd olunan qanun normalarından görünür ki, Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə inzibati məsuliyyətin yaranması üçün inzibati xəta tərkibinin obyektiv tərəfinin vacib elementi kimi şəxsin hərəkətinin icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə yönəlməsi və subyektiv tərəfinin elementi kimi şəxsin əməlinin hüquqa zidd xarakterini dərk etməsi, onun nəticələrini qabaqcadan görməsi və həmin nəticələri arzu etməsi, yəni şəxsin etdiyi hərəkətləri qəsdən törətməsi zəruri şərtlər kimi müəyyən edilmişdir. Lakin, hazırki iş üzrə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs icra sənədlərini üzrsüz səbəbdən icra etməməsi, habelə icra məmurunun qanuni tələblərini yerinə yetirməməsi müəyyən olunmur. Belə ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs oğlu icra sənədlərini icra etməkdən imtina etməmiş, icra sənədlərini icra etmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Həmin Məcəllənin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 53.0.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda, inzibati xəta haqqında başlanmış icraata xitam verilir. Həmin Məcəllənin 114.2.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Beləliklə, məhkəmə hesab edir ki, Şəxs oğlunun əməlində inzibati xəta tərkibi olmadığı üçün inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 32, 33, 114, 115, 117-ci maddələrini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l d ı: Şəxs oğlu barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə Quba rayon İcra və Probasiya Şöbəsindən daxil olmuş inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində qərarı qəbul etmiş hakim vasitəsilə və ya Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və protesti verilə bilər. Sədrlik edən: Rahim Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar