Məhkəmə qərarları › İş №3(027)-530/2021

Quba Rayon Məhkəməsi Qərar — İş №3(027)-530/2021

07.07.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Quba şəhəri İş № 3(027)-530/2021 07.07.2021 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Seyidov Vüqar Mircuma oğlunun sədrliyi, Fətəliyev Veysəl Surxay oğlunun katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs oğlunun iştirakı ilə xx.xx.1994-cü ildə Quba rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, Quba rayonu, Əlibəyqışlaq kəndində qeydiyyatda olmaqla yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.1, 327.2 və 334.1-ci maddələrilə Quba Rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında işə baxaraq məhkəmə, müəyyən etdi : Şəxs barəsində Quba RPŞ-nin Yol Patrul Xidməti inspektoru, polis serjantı X1 tərəfindən Azərbaycan Respublikası İXM-nin 332.1, 327.2 və 334.1-ci maddələri ilə 23.11.2020-ci il tarixli, İXP ******* №-li inzibati xəta haqqında protokol tərtib edilərək, inzibati xəta haqqında icraat başlanılmışdır. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.1, 327.2 və 334.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətaların törətdilməsində özünü təqsirli bilərək, göstərmişdir ki, 19.11.2020-ci il tarixdə VAZ 21074 markalı, ** XH *** dövlət nömrə nişanlı avtomaşını etibarnaməsiz, sürücülük hüququ olmadan sərxoş vəziyyətdə idarə etmişdir. İnzibati xəta törətməsini etiraf edib, bu xətanı törətməsindən səmimi peşmançılıq hissi keçirir. İş materiallarında olan nəqliyyat vasitəsini idarə edən şəxsin alkoqollu içkidən istifadə edibetməməsinin müəyyən edilməsi ilə bağlı polis əməkdaşının 16.11.2020-ci il tarixli, alkotestr məlumatından görünür ki, Şəxs aşkar olunan alkoqolun miqdarı 0,99 promildir. Nəqliyyat vasitəsini idarə edənin sərxoşluq vəziyyəti Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il 27 iyun tarixli, 29 nömrəli qərarı ilə təsdiq edilmiş «Nəqliyyat vasitəsini idarə edən şəxsin sərxoşluq vəziyyətinin müəyyən edilməsi Qaydaları» ilə müəyyən edilir. Belə ki, həmin Qaydaların 2.4-cü bəndinə əsasən xüsusi texniki vasitə qanda alkoqolun konsentrasiyasının 0,3 promili və daha artıq olmasını və yaxud narkotik vasitələrin, psixotrop maddələrin və digər güclü təsir göstərən maddələrin qəbulunu göstərdiyi halda şəxsin sərxoşluq vəziyyətində olduğu hesab edilir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsi dinləyib, iş materiallarını araşdırıb, işdəki sübutlara hüquqi qiymət verərək məhkmə hesab edir ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 332.1, 327.2 və 334.1-ci maddələrində nəzərdə tutulan inzibati xətaların törədilməsində təqsirli bilinməlidir, həmçinin onun əməli həmin maddələrlə düzgün tövsif edilmişdir. Belə ki, Azərbaycan Respublikası İXM-nin 332.1-ci maddəsində nəqliyyat vasitəsinə sahiblik hüququ olan şəxsin nəqliyyat vasitəsində olması halları istisna olmaqla, nəqliyyat vasitəsinin etibarnamə olmadan idarə edilməsinə görə, İXM-nin 327.2-ci maddəsində svetoforun və ya nizamlayıcının qadağanedici işarəsi verilərkən hərəkətin davam etdirilməsinə, 3.1 “Giriş qadağandır” yol nişanının tələblərinin və ya sərnişin daşıma, əks istiqamətli hərəkət zolağına çıxmaqla ötmə və ya manevr etmə, yolayrıcını keçmə qaydalarının pozulmasına, ümumi istifadədə olan nəqliyyat vasitələrinin, yaxud adamlar daşınan yük avtomobillərinin sərnişinlərlə yanacaqdoldurma məntəqəsinə daxil olmasına, 1.1, 1.3 və 1.11 üfüqi nişanlanma xətlərinin tələblərinə riayət etməyərək sola və ya geriyə dönməyə, yaxud maneəni kənardan keçməyə görə, İXM-nin 334.1-ci maddəsində nəqliyyat vasitəsini idarə etmək hüququ olmayan şəxs tərəfindən nəqliyyat vasitəsini alkoqoldan, narkotik vasitələrdən, psixotrop maddələrdən və ya güclü təsir göstərən digər maddələrdən istifadə olunması nəticəsində sərxoş vəziyyətdə idarə edilməsinə görə inzibati məsuliyyət nəzərdə tutulmuşdur. Məhkəmə hesab edir ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 34.3-cü maddəsinə əsasən Azərbaycan Respublikası İXM-nin 334.1-ci maddəsinin sanksiyası çərçivəsində tənbeh edilməlidir. Belə ki, Azərbaycan Respublikası İXM-nin 34.3-cü maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Azərbaycan Respublikası İXM-nin 332.1, 327.2 və 334.1-ci maddələrinin sanksiyalarından görünür ki, İXM-nin 334.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta İXM-nin 332.1 və 327.2 maddələrində nəzərdə tutulmuş inzibati xətalardan daha ciddidir. Belə ki, İXM-nin 332.1-ci maddəsinin sanksiyasında 40 manat məbləğində, 327.2-ci maddəsinin sanksiyasında 60 manat cərimə nəzərdə tutulduğu halda, İXM-nin 334.1-ci maddəsinin sanksiyasında 500 manat məbləğində cərimə və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, on beş günədək müddətə inzibati həbs növündə tənbeh nəzərdə tutulmuşdur. Məhkəmə Şəxs inzibati tənbeh tətbiq edərkən törətdiyi inzibati xətanın xarakterini, şəxsiyyətini xarakterizə edən halları, təqsirinin dərəcəsini, əmlak vəziyyətini, habelə məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. İş materialları ilə Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Törətdiyi inzibati xətanın xarakterini, şəxsiyyətini xarakterizə edən halları, təqsirinin dərəcəsini, əmlak vəziyyətini, inzibati xəta törətməsini etiraf edib, bu xətanı törətməsindən səmimi peşmançılıq çəkməsi kimi məsuliyyətini yüngülləşdirən halı və məsuliyyətini ağırlaşdıran halların olmamasını nəzərə alaraq hesab edir ki, Şəxs inzibati qaydada cərimə tətbiq etməklə inzibati tənbehin məqsədlərinə nail olmaq mümkündür. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 112, 113,114-115, 117, 125- 126, 128-130-cu maddələrini rəhbər tutaraq, qərara aldı : Şəxs Azərbaycan Respublikası İXM-nin 332.1, 327.2 və 334.1-ci maddələrilə təqsirli bilinib, barəsində Azərbaycan Respublikası İXM-nin 34.3-cü maddəsi tətbiq edilməklə Azərbaycan Respublikası İXM-nin 334.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş 500 (beş yüz) manat məbləğində inzibati qaydada cərimə edilsin. Qərardan, rəsmi qaydada təqdim edildiyi vaxtdan 10 (on) gün müddətində onu qəbul etmiş hakim vasitəsilə Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət və protest verilə bilər. Sədrlik edən: Vüqar Seyidov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar