Azərbaycan Respublikası adından QƏRAR Quba şəhəri İş № 3(027)-534/2020 09.07.2020 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Həsənov Rahim Təşəkkül oğlunun sədrliyi, Muradov Əli Şakir oğlunun katibliyi, Quba rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X1, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs iştirakı ilə, xx xxxxxx 1969-cu il tarixdə Quba rayonu, Ağbil kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, Quba rayonu, Ağbil kəndində qeydiyyatda olan və yaşayan (Fərdi İdentifikasiya Nömrəsi xxxxxxx) Şəxs haqqında Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.2-ci maddəsi ilə Quba rayon İcra və Probasiya Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, m ü ə y y ə n e t d i: Quba rayon İcra və probasiya şöbəsindən daxil olan inzibati xəta haqqında materiala əsasən Şəxs Quba rayon Məhkəməsinin xx xxxxx 2019-cu il tarixli, 3(027-326/2019 nömrəli və xx xxxx 2020-ci il tarixli, 3(027)-230/2020 nömrəli qərarları ilə ona tətbiq edilmiş cərimə növündə inzibati tənbehin çəkilməsindən boyun qaçıraraq, icra sənədinin icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərini yerinə yetirməmişdir. Bununla da Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.2-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Bu barədə Quba rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X2 tərəfindən xx xxxx 2020-ci il tarixdə inzibati xəta haqqında MN ******* nömrəli protokol tərtib olunaraq, baxılması üçün Quba Rayon Məhkəməsinə göndərilmişdir. Quba rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X2 məhkəməyə verdiyi izahatında göstərdi ki, Quba rayon Məhkəməsinin xx xxxxx 2019-cu il tarixli, 3(027)-326/2019 nömrəli və xx xxxx 2020-ci il tarixli, 3(027)-230/2020 nömrəli icra sənədləri üzrə borclu Şəxs barəsində tərtib edilmiş MN ******* nömrəli, xx.xx.2020-ci il tarixli inzibati protokol Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.2-ci maddəsinə əsasəb baxılıb tədbir görülməsi üçün Quba Rayon Məhkəməsinə göndərilmişdir. Quba rayon Məhkəməsinin xx xxxxx 2019-cu il tarixli, 3(027)-326/2019 nömrəli qərarı ilə Şəxs Azərbaycan Respublikası İXM-nin 549.2-ci maddəsi ilə təqsirli bilinərək, 500 (beş yüz) manat cərimə növündə tənbeh tədbiri tətbiq edilmişdir. Quba rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 3(027)-230/2020 nömrəli qərarı ilə Şəxs Azərbaycan Respublikası İXM-nin 549.2-ci maddəsi ilə təqsirli bilinərək, 500 (beş yüz) manat cərimə növündə tənbeh tədbiri tətbiq edilmişdir. Qeyd olunan icra vərəqələri şöbənin icraatına xx.xx.2019-cu il və xx.xx.2020-ci il tarixlərdə daxil olmuş və qanuna müvafiq qaydada icraata başlanmışdır. Bildirmişdir ki, borclu Şəxs xx.xx.2020-ci il tarixdə qeyd olunan icra sənədləri üzrə inzibati cərimələrin tam olaraq ödənilməsini təmin etmişdir. Ona görə də Şəxs barəsində başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etdi. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahat verərək göstərdi ki, Quba rayon Məhkəməsinin xx xxxxx 2019-cu il tarixli, 3(027)-326/2019 nömrəli və xx xxxx 2020-ci il tarixli, 3(027)-230/2020 nömrəli icra sənədləri üzrə onun barəsində tərtib edilmiş MN ******* nömrəli, xx.xx.2020-ci il tarixli inzibati protokol Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.2-ci maddəsinə əsasəb baxılıb tədbir görülməsi üçün Quba Rayon Məhkəməsinə göndərilmişdir. Quba rayon Məhkəməsinin xx xxxxx 2019-cu il tarixli, 3(027)-326/2019 nömrəli qərarı ilə Azərbaycan Respublikası İXM-nin 549.2-ci maddəsi ilə təqsirli bilinərək, 500 (beş yüz) manat cərimə növündə tənbeh tədbiri tətbiq edilmişdir. Quba rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 3(027)-230/2020 nömrəli qərarı ilə Şəxs Azərbaycan Respublikası İXM-nin 549.2-ci maddəsi ilə təqsirli bilinərək, 500 (beş yüz) manat cərimə növündə tənbeh tədbiri tətbiq edilmişdir. Bildirmişdir ki, qeyd olunan icra sənədləri üzrə inzibati cərimələrin tam olaraq ödənilməsini təmin etmişdir. Ona görə də barəsində başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etdi. Məhkəmə izahatları dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, Şəxs əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkibi olmadığı üçün, bu maddə ilə onun barəsində başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.2-ci maddəsinə əsasən məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə inzibati məsuliyyət nəzərdə tutulmuşdur. Lakin iş materiallarından görünür ki, Şəxs qeyd olunan icra sənədləri üzrə inzibati cərimələrin tam olaraq ödənilməsini təmin etmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinin tələbinə görə yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Qeyd olunan qanun normalarından görünür ki, Azərbaycan Respublikası İXM-nin 529.2-ci maddəsi ilə inzibati məsuliyyətin yaranması üçün inzibati xəta tərkibinin obyektiv tərəfinin vacib elementi kimi şəxsin hərəkətinin icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə yönəlməsi və subyektiv tərəfinin elementi kimi şəxsin əməlinin hüquqa zidd xarakterini dərk etməsi, onun nəticələrini qabaqcadan görməsi və həmin nəticələri arzu etməsi, yəni şəxsin etdiyi hərəkətləri qəsdən törətməsi zəruri şərtlər kimi müəyyən edilmişdir. Lakin, hazırki iş üzrə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs icra sənədini üzrsüz səbəbdən icra etməməsi, habelə icra məmurunun qanuni tələblərini yerinə yetirməməsi müəyyən olunmur. Belə ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs icra sənədini icra etməkdən imtina etməmiş, icra sənədini icra etmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Həmin Məcəllənin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 53.0.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda, inzibati xəta haqqında başlanmış icraata xitam verilir. Həmin Məcəllənin 114.2.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Beləliklə, məhkəmə hesab edir ki, Şəxs əməlində inzibati xəta tərkibi olmadığı üçün inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 32, 33, 114, 115, 117-ci maddələrini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l d ı: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.2-ci maddəsi ilə Quba rayon İcra və Probasiya Şöbəsindən daxil olmuş inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində qərarı qəbul etmiş hakim vasitəsilə və ya Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Sədrlik edən: Rahim Həsənov
Məhkəmə qərarları › İş №3(027)-534/2020
Quba Rayon Məhkəməsi Qərar — İş №3(027)-534/2020
09.07.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver