Məhkəmə qərarları › İş №3(027)-534/2023

Quba Rayon Məhkəməsi Qərar — İş №3(027)-534/2023

17.04.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Quba şəhəri İş № 3(027)-534/2023 17.04.2023 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Seyidov Vüqar Mircuma oğlunun sədrliyi, X2 oğlunun katibliyi, Zərərçəkmiş şəxs, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs iştirakı ilə xx.xx.1976-cı ildə anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, ortaixtisas təhsilli, hazırda işləməyən, Quba rayonu, 2-ci Nügədi kəndində qeydiyyatda olan və ünvan 1 ünvanda yaşayan-Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikası İXM) 157-ci maddəsilə icraatı başlanmış inzibati xəta haqqında işə baxaraq, m ü ə y y ə n e t d i m: Şəxs xx.xx.2023-cü il tarixdə, saat 14:25 radələrində direktor müavini Zərərçəkmiş şəxs əmək funksiyasını icra edərək onun rəhbər olduğu 3 D sinifinin dərs prosesini izləməyə daxil olmasını qəbul etməyərək Zərərçəkmiş şəxs boğaz nahiyyəsindən yapışaraq ona boynunda sağda və solda sıyrıq kimi dərəcəsi təyin olunmayan bədən xəsarətləri yetirərək, qəsdən fiziki ağrı yetirmişdir. İş materiallarında olan Quba rayon prokuroru Namiq Muradovun inzibati xəta haqqında iş üzrə ictaatın başlanması haqqında 10 aprel 2023-cü il tarixli qərarından görünür ki, həmin qərarla Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsilə inzibati xəta haqqında iş üzrə icraat başlanılmış və həmin qərar inzibati xəta haqqında iş üzrə icraat materialları baxılması üçün aidiyyəti üzrə Quba Rayon Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində özünü təqsirli bilməyərək, izahatında göstərmişdir ki, 2005ci ildən müəllim işləyir. Heç bir nöqsanı olmayıb. Keçən ilin sentyabr ayının 15-dən məktəbin direktoru Vüqar İmaməliyev sinifə gələrək onu özünün təmir etdiyi sinifdən çıxarıb başqa təmirsiz sinifə keçməyini xahiş etmişdir. O da buna razı olmasada onu təmirsiz sinifdə yerləşdirmiş və ona qarşı prinsip aparmağa başlamışdır. Ona səbəbsiz yerə töhmət vermişdir. 15 mart 2023-cü il tarixdə dərs cədvəli əsasında 3 D sinində olmuş, həmin vaxt məktəbin direktor müavini Zərərçəkmiş şəxs gələrək onun dərs saatını izləyəcəyini demiş, o da heç bir etiraz etməmişdir. Bundan başqa Zərərçəkmiş şəxs 1 saat dərsdə olmamağına görə ona irad bildirmiş, lakin o, həmin 1 saatı dərsində olduğunu demişdir. Həmin vaxt o, Zərərçəkmiş şəxs qarşı heç bir xəsarət yetirməmişdir. Məktəbin direktoru Vüqar İmaməliyev 15 mart 2023-cü il tarixdə məktəbə ona görə polis çağırmışdır. 30 mart 2023-cü il tarixdə o özünə qəsd etmişdir. Zərərçəkmiş şəxsi döyməmişdir. Hazırki inzibati iş üzrə icraata xitam verilməsini xahiş edir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs izahatında göstərmişdir ki, Quba rayonu, 2-ci Nügədi kənd tam orta məktəbində təlim-tərbiyə işləri üzrə direktor müavini vəzifəsində işləyir. 15 mart 2023-cü il tarixdə, saat 14.25-də 3D sinfinə dərs prosesini izləməyə daxil olmaq istəyərkən Şəxs onu təhqiramiz ifadələrlə təhqir etmiş, sinfə buraxmamış, yaxasından yapışmış və onu divarın küncünə aparmış, burada isə boğaz nahiyəsindən tutaraq möhkəm divara sıxmışdır. Bir neçə saniyə onu bu formada saxladıqdan sonra Vüqar İmaməliyevin otağa daxil olması ilə onu buraxmış və o çölə çıxmışdır. Onun boğazında xəsarətlər olmuşdur. Aygün Mustafayev barəsində inzibati qaydada tədbir görülməsini xahiş edir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X1 izahatında göstərmişdir ki, Quba rayonu, 2-ci Nügədi kənd tam orta məktəbində direktor vəzifəsində işləyir. 15 mart 2023-cü il tarixdə 13:30 radələrində sinifləri yoxlamış, 3D sinifindən gələn qışqırtı səsləri gəldiyinə görə sinif otağına daxil olmuş, bu zaman Şəxs əli ilə Zərərçəkmiş şəxs boğaz nahiyyəsindən yapışaraq divara sıxmasını görmüşdür. İş materiallarında olan Cinayət işinin başlanmasının rədd edilməsi barədə 10 aprel 2023-cü il tarixli qərardan görünür ki, Şəxs barəsində cinayət işinin başlanması rədd edilmiş, barəsində AR İXM-nin 157-ci maddəsi ilə inzibati tədbir görülməsindən ötrü Quba rayon prokurorluğuna göndərilməsi qərara alınmışdır. İş materiallarında olan məhkəmə-tibbi ekspertizasının 17 mart 2023-cü il tarixli, 205 №-li rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədəni üzərində aşkar olunan xəsarət- boynundağ sağda və solda sıyrıq küt əşyanın təsirindən törənməklə yetirilmə müddəti qərarda göstərilən vaxta, yəni 15 mart 2023-cü il tarixə uyğun gəlir və sağlamlığa zərər vurmadığından dərəcəsi təyin olunmayan xəsarətlər növünə aiddir. İşin hallarını bir-biri ilə əlaqəli şəkildə, ziddiyət yaratmadan təsdiq etdiyi və işin halları ilə bağlı əsaslı şübhə yeri qoymadığı üçün Zərərçəkmiş şəxs izahatını və məhkəmə-tibbi ekspertizasının 17 mart 2023-cü il tarixli, 205 №-li rəyini mötəbər sübut kmi qəbul edirəm. Eyni zamanda barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs məhkəmə iclasında xx.xx.2023-cü il tarixdə, saat 14:25 radələrində Zərərçəkmiş şəxs qarşı zorakı hərəkət etməməsi barədə izahatı işdəki digər sübutlarla təsdiq olunmadığı üçün özünümüdafiə kimi qiymətləndirilməklə, mötəbər sübut kimi qəbul edilmir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin və zərərçəkmiş şəxsin izahatını və şahid ifadəsini dinləyib, iş materiallarını araşdırıb, işdəki sübutlara hüquqi qiymət verərək, hesab edirəm ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinməlidir və onun əməli Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Belə ki, Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsində döymə və ya sair zorakı hərəkətlərlə qəsdən fiziki ağrı yetirməyə görə inzibati məsuliyyət nəzərdə tutulmuşdur. Bununla bağlı məhkəmə qeyd edir ki, həmin inzibati xətanın obyekti insanın fiziki toxunulmazlığını və onun sağlamlığının təhlükəsizliyini təmin edən ictimai münasibətlərdir. İnzibati xətanın obyektiv cəhəti döymə və ya sair zorakı hərəkətlərlə fiziki ağrı yetirmədən ibarətdir. Döymə sağlamlığa vurulan zərərin ayrıca, xüsusi bir növünü təşkil etmir. Döymə, dəfələrlə, çoxlu zərbələrin yetirilməsi ilə xarakterizə olunur. Azərbaycan Respublikası İXMnin 157-ci maddəsinin dispozisiyasında nəzərdə tutulan sair zorakı hərəkətlər dedikdə, zərərçəkmiş şəxsə tək-tək zərbələrin vurulması, onun çimdiklənməsi, qolunun burulması, badalaq verilərək yıxılması, müxtəlif əşyalardan, habelə bitki (məsələn gicitikanlardan, tikanlı bitkilərdən və s.) və heyvanlardan (itdən, arıdan və s.) istifadə etməklə ona qarşı digər ağrıverici hərəkətlər edilməsi başa düşülür. Döymə və ya sair zorakı hərəkətlər yalnız fiziki ağrı verdikdə, göstərilən maddə üzrə məsuliyyət yaranır. Bu inzibati xətanın subyektiv cəhəti həm birbaşa, həm də dolayı qəsddən ibarətdir. Döymə və sair zorakı hərəkətlər törətmənin məqsədi fiziki ağrı yetirməkdən ibarətdir. Azərbaycan Respublikası İXM-nin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xəta törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası İXM-nin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Şəxs inzibati tənbeh tətbiq edərkən, törətdiyi inzibati xətanın xarakterini, şəxsiyyətini xarakterizə edən halları, təqsirinin dərəcəsini, əmlak vəziyyətini, habelə məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alıram. Azərbaycan Respublikası İXM-nin 32.2-ci maddəsinə əsasən inzibati tənbeh tətbiq edilərkən bu Məcəllənin 32.1.1-32.1.7-ci maddələrində göstərilməmiş başqa hallar da hakim tərəfindən məsuliyyəti yüngülləşdirən hal qismində nəzərə alına bilər. İlk dəfə inzibati xəta törətməsini Şəxs məsuliyyətini yüngülləşdirən hallar kimi nəzərə alıram. İş materialları ilə Şəxs məsuliyyətini ağırlaşdıran hallar müəyyən edilməmişdir. Törətdiyi inzibati xətanın xarakterini, şəxsiyyətini xarakterizə edən halları, təqsirinin dərəcəsini, əmlak vəziyyətini, ilk dəfə inzibati xəta törətməsi kimi məsuliyyətini yüngülləşdirən halı, məsuliyyətini ağırlaşdıran halların olmamasını və ədalət prinsipini nəzərə alaraq, hesab edirəm ki, Şəxs inzibati cərimə növündə inzibati tənbeh tətbiq etməklə, inzibati tənbehin məqsədlərinə nail olmaq mümkündür. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 112, 113,114-115, 117, 125-126, 128-130-cu maddələrini rəhbər tutaraq, q ə r a ra a l d ı m: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinsin və 300 (üç yüz) manat məbləğində inzibati qaydada cərimə edilsin. Qərardan, rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində Quba Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət və protest verilə bilər. Sədrlik edən: Vüqar Seyidov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar