Azərbaycan Respublikası adından QƏRAR Quba şəhəri İş № 3(027)-538/2023 27.04.2023 QUBA RAYON MƏHKƏMƏSİ Həsənov Rahim Təşəkkül oğlunun sədrliyi, Xudaverdiyev Elşad Mütəllim oğlunun katibliyi X1 iştirakı ilə, Azərbaycan Respublikası DİN-nin BDYPİ tərəfindən tərtib edilən İnzibati Xətalar Məcəlləsinin 346.1-ci maddəsinə əsasən tərtib edilmiş xx.xx.2023-cü il tarixli EQ 13822953 nömrəli inzibati tənbeh vermə haqqında elektron qəradan X4 tərəfindən verilmiş şikayətə baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ : X2 rayon Məhkəməsinə şikayət ərizəsi ilə müraciət edərək, Azərbaycan Respublikası DİN-nin BDYPİ tərəfindən tərtib edilən İnzibati Xətalar Məcəlləsinin 346.1-ci maddəsinə əsasən tərtib edilmiş Elektron qərarın ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, onun etibarnamə ilə idarə etdiyi VAZ21093 markalı 40BL464 dövlət qeydiyyat nişanlı avtomobilini Quba şəhəri, Heydər Əliyev prospektində düz xətt boyunca saxlamışdır. Bununla bağlı 20 (iyirmi) manat cərimə olunmağı barədə Elektron qərar qəbul olunmuşdur. Qanunla, sürücü avtomobilini düz xəttə paralel olaraq saxlaya bilər, amma perpendikulyar vəziyyətdə saxlaya bilməz. Elektron qərarı xx.xx.2023-cü il tarixdə Quba RPŞ-nin DYP Bölməsindən almışdır. Məhkəmə iclasında şikayət verən şəxs X4 şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş Azərbaycan Respublikası DİN-nin BDYPİ-nin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Azərbaycan Respublikası DİN-nin BDYPİ-nin nümayəndəsinin gəlməməsinin səbəbləri haqqında məlumat olmadığından məhkəmə işə onun iştirakı olmadan baxmışdır. Məhkəmə, şikayət verən şəxsi dinləyib, şikayəti iş materialları ilə birlikdə araşdıraraq, hesab edir ki, Azərbaycan Respublikası DİN-nin BDYPİ tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli, EQ 13822953 nömrəli inzibati tənbeh vermə haqqında elektron qərardan X4 tərəfindən verilmiş şikayət təmin olunmamalıdır. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası DİN-nin BDYPİ tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli, EQ 13822953 nömrəli inzibati tənbeh vermə haqqında elektron qərardan görünür ki, X4 dayanma qaydalarını pozduğuna görə Azərbaycan Respublikası İnzibati Xətalar Məcələsinin 346.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsinə görə 20 manat məbləğində cərimə edilmişdir. İş materiallarından görünür ki, həmin qərar Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin tələbinə uyğun tərtib edilmişdir. Şikayətçi həmin qərarın ləğvi üçün əsaslı dəlillər məhkəməyə təqdim etməmişdir. Həmçinin həmin qərarın ləğvi üçün Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 135-ci maddəsində nəzərdə tutulmuş əsaslar mövcud deyildir. Beləliklə, məhkəmə hesab edir ki, X4 barəsində Azərbaycan Respublikası DİN-nin BDYPİ tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli, EQ 13822953 nömrəli inzibati tənbeh vermə haqqında elektron qərarın ləğv edilməsi üçün heç bir əsas yoxdur. Çünki, X4 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 346.1-ci maddəsinin tələblərinə riayət etməyərək, dayanma qaydalarını pozmuşdur. Ona görə də Azərbaycan Respublikası DİN-nin BDYPİ tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli, EQ 13822953 nömrəli inzibati tənbeh vermə haqqında elektron qərardan X4 tərəfindən verilmiş şikayət təmin olunmamalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-135-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: Azərbaycan Respublikası DİN-nin BDYPİ tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli, EQ 13822953 nömrəli inzibati tənbeh vermə haqqında elektron qərardan X4 tərəfindən verilmiş şikayət təmin edilməsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində qərarı qəbul etmiş hakim vasitəsilə və ya Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və protesti verilə bilər. Sədrlik edən: Rahim Həsənov
Məhkəmə qərarları › İş №3(027)-538/2023
Quba Rayon Məhkəməsi Qərar — İş №3(027)-538/2023
27.04.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver