Azərbaycan Respublikası adından QƏRAR Quba şəhəri İş № 3(027)-541/2022 20.06.2022 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Seyidov Vüqar Mircuma oğlunun sədrliyi, Fətəliyev Veysəl Surxay oğlunun katibliyi, İnzibati xəta haqqında qərardan şikayət verən şəxs X2 iştirakı ilə X2 Quba rayon Polis Şöbəsi tərəfindən tərtib edilmiş xx.xx.2022-ci il tarixli MN ******* saylı inzibati xəta haqqında qərardan verdiyi şikayətə Quba Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: X4 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək barsində Quba rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən tərtib edilmiş 28 yanvar 2022-ci il tarixli, MN ******* saylı protokol və həmin protokol əsasında tərtib olunmuş 28 yanvar 2022-ci il tarixli, Azərbaycan Respublikası İXM-nın 211.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb olunamağı barədə MN0836874 saylı qərar ləğv edilərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilməsini xahiş etmişdir. X4 şikayəti onunla əsaslandırmışdır ki, Quba şəhərində yaşayır. 28 yanvar 2022-ci il tarixdə Quba rayon Polis Şöbəsinin əməkdaşları gələrək “Qubasiti” adlı çay evində karantin qaydalarını pozmağı əsas gətirilərək 28 yanvar 2022-ci il tarixli, MN ******* saylı protokol tərtib edilərək Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyi qeyd edilmişdir. Həmin protokol əsasında da 28 yanvar 2022-ci il tarixdə, MN ******* nömrəli İnzibati tənbeh vermə haqqında qərar qəbul edilərək inzibati məsuliyyətə cəlb edilməyi qərara alınmışdır. Həmin qərarda onun inzibati məsuliyyətə səbəb olan hərəkəti “28 yanvar 2022-ci tarixdə saat 21:50 radələrində “Qubasiti” çay evində vaksin olmadan müştəri qəbul edərək karantin qaydalarını pozduğu” kimi qeyd edilmiş, lakin qərarda ona hansı növ inzibati tənbeh tətbiq edilməsi göstərilməmişdir. Bundan əlavə, hal-hazırda ona MN ******* saylı iki ədəd protokol təqdim edilmişdir ki, həmin protokollardan birincisinin tərtib edilmə tarixi 28 yanvar 2022-ci ildirsə, digər protokolun tarixi isə 31 yanvar 2022-ci ildir. 31 yanvar 2022-ci tarixdə tərtib edilmiş, MN ******* saylı protokolda inzibati xəta hadisənin 31 yanvar 2022-ci il tarixdə baş verdiyi, digər eyni nömrəli protokolda isə hadisənin baş vermə tarixi 28 yanvar 2022-ci il kimi göstərilmişdir. Hətta şikayətinə əlavə etdiyi MN ******* saylı inzibati xəta haqqında işin aidiyyəti üzrə göndərilməsi barədə qərardaddan da göründüyü kimi 31 yanvar 2022-ci il tarixli, MN ******* saylı protokol baxılması üçün aidiyyəti üzrə 01 mart 2022-ci ildə göndərilmişdir. Bütün bunlar onu göstərir ki, 28 yanvar 2022-ci il tarixli, MN Z836874 saylı qərar əslində qeyd edilən tarixdə deyil, sonradan tərtib edilmiş, həmin qərar qəbul edilərkən onun iştirakı və hüquqlarının müdafiəsi təmin edilməmiş, hətta inzibati xəta hadisəsi kimi qələmə verilən hadisənin baş vermə tarixləri də fərqli tarixlər yazılmışdır. Bu hal isə inzibati məsuliyyətə cəlb olunan şəxsin, yəni onun təqsirli olmağı barədə çox əsaslı şübhələr yaradır ki, bu şübhələr onun xeyrinə həll edilməli idi. Lakin ondan hal-hazırda 4000 manat məbləğində cərimə borcunu ödəməyi tələb edilir. O, qeyd edilən protokol və qərarla aşağıdakı səbələrə görə razılaşmır: hazırda mübahisələndirdiyi qərar qəbul edilərkən onun VÖEN”-ə malik olduğu əsas gətirilərək o, vəzifəli şəxs kimi cərimə olunmuşdur. Halbuki, onun sahibkar kimi VÖEN əsasında fəaliyyəti 22.01,2017-ci ildən xx.xx.2022-ci il tarixədək və xx.xx.2022-ci il tarixdən 02.01 2047-ci il tarixədək dayandırılmışdır. Bununla bağlı 3 saylı Ərazi Vergilər İdarəsinin vergi ödəyicisinin fəaliyyətinin dayandırılması barədə məktubunu şikayətinə əlavə edir. Həmin məktubdan da göründüyü kimi qərar qəbul edilən tarixdə, yəni 28 yanvar 2022-ci il tarixdə onun vəzifəli şəxs kimi məsuliyyətə cəlb edilməsinə əsas olmuş VÖEN aktiv olmamışdır. Həmin çay evi onun adına deyildir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 17-ci maddəsinə əsasən vəzifəli şəxslər öz vəzifələrinin yerinə yetirılməməsi və ya lazımınca yerinə yetırilməməsi ilə bağlı inzibati xətalara görə inzibati məsuliyyətə cəlb olunurlar. Həmin maddənin qeyd hissəsinə əsasən hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olaraq belə səlahiyyətləri yerinə yetirən fiziki şəxslər vəzifəli şəxs hesab edilirlər. Onun VÖEN-i dayandırıldığı üçün o qərar qəbul edilən tarixdə fərdi sahibkar deyildi və vəzifəli şəxs hesab olunmurdu. Ona görə də o, vəzifəli şəxs kimi məsuliyyətə cəlb edilə və 4000 manat məbləğində cərimə edilə bilməzdi. Peyvənd olunmadan çay evində müştəri qəbul etməyi iddia edilməsi onun epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin tələblərinin pozulması kimi qiymətləndirilməməlidir. Çünki, qeyd edilən çay evinin vəzifəli şəxsi o deyil Xüsusi karantin rejiminin müddətinin uzadılması və onları məhdudiyyətlərin aradan qaldırılması ilə bağlı tədbirlər barədə” 2021-ci il 26 may tarixli, 151 nömrəli Azərbaycan Respublikasının Nazirlər Kabineti Qərarının 2.5-5.3-cü bəndinə əsasən yaşı 18-dən yuxarı olan şəxslər ictimai iaşə müəssisələrində qapalı məkanda göstərilən xidmətlərdən yalnız etibarlı olan COVİD-19-a qarşı peyvənd olunması təsdiqləyən peyvənd sertifikatı və ya COVİD-19-dan Quba sağalaraq immunitetə malik olmanı təsdiqləyən sənədi, yaxud COVİD-19-a qarşı peyvəndə əks göstərişi müəyyən edən əks-göstəriş sertifikatı olduğu halda istifadə edə bilərlər. Ərizəyə əlavə edilmiş məktubdan da göründüyü kimi o, sahibkar deyilə, vergi ödəyicisi kimi fəaliyyətini dayandırmış, demək ki, digər şəxslərin vaksin olunub olunmamasına da o nəzarət edə bilməz, çünki belə bir hüququ yoxdur, eyni zamanda bu onun vəzifəsi də deyildir. Ümumiyyətlə inzibati xəta haqqında qərarda adı qeyd edilən ictimai iaşə obyekti ona məxsus deyildir. Onun öhdəliyi olmayan bir tələbə görə üzərinə hansısa ictimai iaşə obyetkinə vaksinsiz daxil olan vətəndaşlara görə 4000 manat məbləğində cərimə qoyulmağı qanunsuz olmaqla yanaşı ədalətsizdir və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211.1-ci maddəsinin tərkibini yaratmır. Onun həmin çay evinin sahibkarı olmağı, vəzifəli şəxs olmağı və ictimai iaşə obyektinə daxil olan vətəndaşlardan peyvənd sertifikatı tələb etmək hüququnun və ya öhdəliyinin olmasını, eyni zamanda inzibati xəta hadisəsinin həqiqətən baş verməsini sübut etmək yükü isə onun barəsində protokol və qərarı qəbul etmiş orqanın üzərinə düşür. Əlavə olaraq qeyd etmək istəyir ki, protokol tərtib edilərkən Quba rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən ondan etirafedici ifadələr alınmış və onun təzyiq altında verdiyi ifadələr sübut əhəmiyyəti daşımamalıdır. Hesab edir ki, Quba rayon Polis Şöbəsi tərəfindən onun 4000 manat məbləğində cərimə olunmağı üçün əsaslar mövcud olmamışdır. Ümumiyyətlə mövcud qanunvericiliyin tələbinə əsasən inzibati xətanın tərkibi olmadıqda iş üzrə icraata xitam verilməlidir və şəxsin təqsirli olmasına dair şübhələr onun xeyrinə həll olunmalıdır. Onun əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211.1-ci maddəsinin tərkibi yoxdur. Qeyd etdiklərinə əsasən hesab edir ki həmin qərar ləğv edilərək onun barəssində başlanmış iş üzrə icraata xitam verilməlidir. Məhkəmə iclasında inzibati xəta haqqında qərardan şikayət verən şəxs X4 şikayəti müdafiə edərək, barsində Quba rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən tərtib edilmiş 28 yanvar 2022-ci il tarixli, MN ******* saylı protokol və həmin protokol əsasında tərtib olunmuş 28 yanvar 2022-ci il tarixli, Azərbaycan Respublikası İXM-nın 211.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb olunamağı barədə MN0836874 saylı qərarın ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, Quba rayon Polis Şöbəsi məhkəmə iclasına gəlməmiş və işə təxirə salmaq barədə onlardan hər hansı vəsatət daxil olmamışdır. Ona görə də, məhkəmə, Azərbaycan Respublikası İXM-nin 133.2.4-cü maddəsinə əsasən hazırki şikayətə Quba rayon Polis Şöbəsinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab edir. İş materiallarına əlavə edilmiş İnzibati xəta haqqında MN ******* saylı, xx.xx.2022-ci il tarixli protokoldan görünür ki, Həsən Əliyev xx.xx.2022-ci il tarixdə saat 21:50 radələrində Quba şəhəri, Vaqif küçəsində yerləşən Qubasiti çay evini işlətdiyi zaman karantin rejimi qaydalarnı pozmuşdur. Bu barədə Quba RPŞ-nin İTB-nın sahə rəisi X1 tərəfindən protokol tərtib edilmişdir. İş materiallarına əlavə edilmiş MN ******* saylı, xx.xx.2022-ci il tarixli qərardan görünür ki, X4 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211.1-ci maddəsi ilə təqsirli bilinib, cərimə edilmişdir. İş materiallarında olan İqtisadiyyat Nazirliyi Yanında Dövlət Vergi Xidmətinin 3 saylı Ərazi Vergilər İdarəsinin xx.xx.2022-ci il tarixli, **********340600 saylı məktubundan görünür ki, X4 3 saylı Ərazi Vergilər İdarəsində 19 oktyabr 2006-cı il tarixdə vergi ödəyicisi kimi uçota alınmış, xx.xx.2017-ci il tarixdən xx.xx.2022-ci il tarixədək və 23.01,2022-ci il tarixdən xx.xx.2047-ci il tarixədək fəaliyyəti dayandırılmışdır. Məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, xx.xx.2022-ci il tarixdə Quba Rayon Polis Şöbəsinin İTB-nın sahə rəisi polis kapitanı X3 oğlu tərəfindən X4 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211.1ci maddəsi ilə MN1327018 №li protokol tərtib edilmiş, həmin protokola əsasən MN ******* saylı, xx.xx.2022-ci il tarixli qərarla X4 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211.1-ci maddəsi ilə təqsirli bilinib, cərimə edilmişdir. Həmin qərarda X2 cərimə olunması göstərilsədə hansı məbləğdə cərimə olunması qeyd olunmamışdır. X4 hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxs kimi dövlət vergi orqanlarında qeydiyyata alınmış və ona ********** №-li VÖEN verilmişdir. Lakin inzibati tənbeh vermə haqqında qərar qəbul edilərəkən, X2 VÖEN-nin aktiv olub-olmaması halı araşdırılmamışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, kollegial orqanın üzvü, vəzifəli şəxs işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin yuxarıda sadalanan normalarının tələblərindən görünür ki, şəxsin inzibati məsuliyyətə cəlb edilməsi üçün sübutların məcmusu tələb olunur və heç bir sübutun, o cümlədən sübutlardan biri olan inzibati xəta haqqında protokolun və qərarın qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211.1-ci maddəsinə əsasən epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulmasına görə görə inzibati məsuliyyət nəzərdə tutulmuşdur. Həmin Məcəllənin 135.1.1-ci maddəsinə əsasən hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. Həmin Məcəllənin 134.1.4-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətlərə və ya protestə baxarkən məhkəmə, bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edir. Məhkəmə, iş üzrə sənədləri tam, hərtərəfli və obyektiv tədqiq edərək hesab edir ki, X4 barəsində Quba rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən tərtib edilmiş 28 yanvar 2022-ci il tarixli, MN ******* saylı protokol və həmin protokol əsasında tərtib olunmuş 28 yanvar 2022-ci il tarixli, Azərbaycan Respublikası İXM-nın 211.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb olunamağı barədə MN ******* saylı qərar ləğv edilməli və inzibati işin yenidən araşdırılması üçün Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Quba Rayon Polis Şöbəsinə göndərilməlidir. Yuxarıda qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 8, 53, 114, 128-131 və 134.1.4 və 135.1.6-ci maddələrini rəhbər tutaraq, q ə r a r a a l d ı: Şikayət təmin edilsin. X4 barəsində Quba rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən tərtib edilmiş 28 yanvar 2022-ci il tarixli, MN ******* saylı protokol və həmin protokol əsasında tərtib olunmuş 28 yanvar 2022-ci il tarixli, Azərbaycan Respublikası İXM-nın 211.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb olunamağı barədə MN ******* saylı qərar ləğv edilsin və inzibati iş yenidən araşdırılması üçün Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Quba Rayon Polis Şöbəsinə göndərilsin. Qərardan 10 gün müddətində Quba Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Vüqar Seyidov
Məhkəmə qərarları › İş №3(027)-541/2022
Quba Rayon Məhkəməsi Qərar — İş №3(027)-541/2022
20.06.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver