Azərbaycan Respublikası adından QƏRAR Quba şəhəri İş № 3(027)-542/2022 01.07.2022 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov İlqar Aslan oğlunun sədrliyi, Hacıyev Əmiraslan Arif oğlunun katibliyi, X1 iştirakı ilə, Azərbaycan Respublikası DİN-nin Quba PŞ İTB-nin rəisi X4 tərəfindən tərtib edilmiş 15 yanvar 2022-ci il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi barədə X2 tərəfindən verilmiş şikayət ərizəsinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi : X2 Azərbaycan Respublikası DİN-nin Quba PŞ İTB-nin rəisi X4 tərəfindən tərtib edilmiş 15 yanvar 2022-ci il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi barədə ərizə ilə məhkəməyə müraciət etmişdir. Məhkəmədə X2 barəsində tərtib olunmuş 15 yanvar 2022-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini məhkəmədən xahiş etdi. X2 ərizəsini onunla əsaslandırmışdır ki, Azərbaycan Respublikası Konstitusiyasının 7,24,26,57,60,71-ci maddələrinə əsasən Azərbaycan Respublikası hüquqi dövlətdir, hər kəsin doğulduğu andan pozulmaz və ayrılmaz hüquq və azadlıqları, müraciət etmək hüququ vardır, hüquqların məhkəmədə müdafiəsinə dövlət təminat verir, lakin o AR hüquq-mühafizə orqanları əməkdaşları tərəfindən pozulmuş hüquqlarını təmin edə bilmir. Belə ki, 15 yanvar 2022-ci il tarixində onun icarəyə götürdüyü "Həzkluba" Yalçın adlı polis əməkdaşı gələrək orda pivə içməyə gələn vətəndaşın vaksini olmadığına görə cərimə yazıb, hansı ki, ora gələnləri yoxlamaq və xidmət etməyi ofisantlara tapşırdığına görə onların işidir, sənədləri də onlar yoxlayırdılar, o ərzaq dalınca, ora bura gedib. Ona heç bir xəbərdalıq olunmadan və həmin adama da cərimə yazmadığlarından onların qurma işi olduqlarını bilib, ondan qabaq gəlib onlar ondan aylıq istəyiblər, lakin imkan olmadığından onların dediyi məbləği verə bilməyib. Ona tənbeh kimi xəbərdarlıq yazacaqlarını bildirib protokola imza atdırıblar, həmin şəxsin yenə də soyadını həmin protokola yazmayıblar. Sonradan sahə müvəkkilinin adı ilə həmin protokolun yazıdığını öyrənib, lakin ondan sonra onu heç yerə çağırmayıblar. Quba məhkəmə icraçılarında olan digər cərimə ilə əlaqədar o polis şöbəsindən ona yazılan protokola görə hansı tənbehin yazıldığını öyrənmək istədikdə İTB-nin rəisi həmin protokolu və qərarı tapa bilməyib, dəfələrlə müraciətdən sonra həmin protokolun qeydiyyata salınmadan sahə müvəkkilində olduğunu biləndən sonra xx.xx.2022-ci il tarixində surətlərini sahə müvəkkilindən alıb və ona 4000 min manat cərimə yazıldığını biləndən sonra məhkəməyə gedib və ona qərardan şikayət yazılması təklif olunub. Quba polis şöbəsinin əməkdaşları tərəfindən AR İPMnin 36,367.0.5,386,410-426-cı maddələrinin tələblərini kobudcasına pozmuşlar. Belə ki, inzibati cərimə qanuna və qanun pozuntusuna görə yazılır, protokol yazılarkən şahidlərin iştirakı təmin olunur, izahatlar alınır, qərar qəbul edildikdə tərəflərin iştirakı təmin olunur, on gün ərzində tərəflərə göndərilir. Ona bildiriblər ki, nazirin əmrinə görə bütün köhnə cərimələr məcburi alınmalıdır. Avropa İnsan hüquq və Azadlıqları haqqında Konvensiyaya görə də sifarişlə kimlərinsə şəxsi marağına görə qəbul edilmiş qərarların qanuni əsası yoxdur, dərhal ləğv olunmalıdır, heş kim belə qərarları icra edilməyə məcbur edilə bilməz. Qüvvədə olan qabunvericiliyə görə cərimə yazılandan 2 ay müddətində ödənilməsinə vaxt verilir, sonradan məcburi tədbirlər görülür. 6 ay ərzində cərimələr ödənilmədikdə məhkəmə icraçılarına məcburi alınması üçün göndərilir, lakin ona yazılmış cərimə ilə bağlı qərar heç yerə göndərilməyib, ona da bildirilməyib. Odur ki, göstərilənləri nəzərə alaraq, Azərbaycan Respublikası DİN-nin Quba PŞ İTB-nin rəisi X4 tərəfindən tərtib edilmiş 15 yanvar 2022-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə Azərbaycan Respublikası DİN-nin Quba PŞ-nə lazımı qaydada məlumat verilsə də, Azərbaycan Respublikası DİN-nin Quba PŞ-nin nümayəndəsi məhkəmə iclasında iştirak etməmişlər, işə baxılmasını təxirə salmaq haqqında onlardan vəsatət daxil olmamışdır. Məhkəmə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 61.3-cü və 62.4-cü maddələrinə əsasən işə Azərbaycan Respublikası DİN-nin Quba PŞ-nin nümayəndəsinin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. İşin bütün hallarının məcmusuna hərtərəfli, tam və obyektiv baxaraq və iş üzrə olan sübutları qiymətləndirərək, məhkəmə belə nəticəyə gəlir ki, X1 Azərbaycan Respublikası DİN-nin Quba PŞ İTB-nin rəisi X4 tərəfindən tərtib edilmiş 15 yanvar 2022-ci il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi barədə şikayəti təmin edilməməlidir. Belə ki, iş materiallarında olan 15 yanvar 2022-ci il tarixli, MN ******* saylı qərardan görünür ki, Seyfur Qeybullayev xx.xx.2022-ci il tarixdə işlətdiyi Quba şəhəri, C.Cabbarlı küçəsində yerləşən "Həzklub" çay evində karantin rejimi qaydalarını pozmuşdur. X2 Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 211.1-ci maddəsinə əsasən 4000 (dörd min) manat cərimə eddilmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərərçəkmiş şəxs, habelə müdafiəçi nümayəndə tərəfindən inzibati xətalar haqqında işlər üzrə qərarlardan şikayət, prokuror isə protest verə bilər. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktiki məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 84.1-ci maddəsinə əsasən, "İnzibati xətalar haqqında" işə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Şərh edilənlərə əsasən, məhkəmə Azərbaycan Respublikası DİN-nin Quba PŞ İTB-nin rəisi X4 tərəfindən tərtib edilmiş 15 yanvar 2022-ci il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi barədə X1 şikayət ərizəsinin təmin olunmamasını qanuni hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 128.1, 211-ci maddələrini rəhbər tutaraq,məhkəmə Qərara aldı : Azərbaycan Respublikası DİN-nin Quba PŞ İTB-nin rəisi X4 tərəfindən tərtib edilmiş 15 yanvar 2022-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi barədə X1 şikayət ərizəsi təmin olunmasın. Qərarın surəti rəsmi qaydada təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Quba Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: İlqar Məmmədov
Məhkəmə qərarları › İş №3(027)-542/2022
Quba Rayon Məhkəməsi Qərar — İş №3(027)-542/2022
01.07.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver