Məhkəmə qərarları › İş №3(027)-544/2022

Quba Rayon Məhkəməsi Qərar — İş №3(027)-544/2022

24.06.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Quba şəhəri İş № 3(027)-544/2022 24.06.2022 QUBA RAYON MƏHKƏMƏSİ Həsənov Rahim Təşəkkül oğlunun sədrliyi, X7 qızının katibliyi ilə, X3 nümayəndəsi və vəkili Nümayəndə1 iştirakı ilə, Azərbaycan Respublikası Mərkəzi Bankının baş direktoru X9 tərəfindən tərtib edilmiş 29 aprel 2022-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında qərardan X3 nümayəndəsi və vəkili Nümayəndə1 tərəfindən verilmiş şikayətə baxaraq,məhkəmə MÜƏYYƏN ETDİ: X3 nümayəndəsi və vəkili Nümayəndə1 Quba rayon Məhkəməsinə şikayət ərizəsi ilə müraciət edərək, Azərbaycan Respublikası Mərkəzi Bankının inzibati tənbeh vermə haqqında 29 aprel 2022-ci il tarixli, MN ******* nömrəli qərarının ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, X10 barəsində 29 aprel 2022-ci il tarixdə ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar qəbul olunmuşdur. Həmin qərar bununla əsaslandırılmışdır ki, X10 331 650 ABŞ dolları məbləğində olan vəsaiti Bank hesabından 25 fevral 2020-ci il tarixdə Azərbaycan Respublikasından kənara qabaqcadan ödəniş etməklə köçürmüşdür. Ödənişin aparıldığı gündən iki ildən artıq müddət keçsə də, 194 823,28 ABŞ dolları məbləğində vəsait hesabına alınan malların ölkəyə idxalını təsdiq edən sənədləri banka təqdim etməmiş, qabaqcadan ödənilmiş valyuta vəsaiti xaricdən geri qayıtmamışdır. Qərarda qeyd olunan inzibati xəta hazırkı iş üzrə mövcud deyildir. Belə ki, Zakir Kərimov tərəfindən ödənilmiş pulun bir qisminə mal gətirilmiş və qalan qismi də geri qaytarılmışdır. Qeyd olunan inzibati xəta Zakir Kərimovun əməlində mövcud deyildir. Belə ki, MBG və fiziki şəxs X10 arasında imzalanmış 99EXP-2020 saylı xx.xx.2020-ci il tarixli müqaviləyə görə MBG X5 331650 ABŞ Dolları dəyərində mal göndərəcək, X10 da həmin malın qarşılığında MBG-yə ilkin olaraq 265320 ABŞ dolları (ümumi qiymətin 80%-i), geri qalan 20% hissəsini yəni 66330 ABŞ dollarını mallar hazır olduğu zaman ödəyəcəkdir. X10 müqavilə üzrə öz ödəliyini tam icra etmiş və 331650 ABŞ dollarını MBG-yə ödəmişdir. Bundan sonra MBG, X10 və X6 arasında xx.xx.2020-ci il tarixdə üçtərəfli müqavilə imzalanmış və həmin müqaviləyə görə borclu X10 9EXP-2020 saylı xx.xx.2020-ci il tarixli müqavilə üzrə ona məxsus hüquq və öhdəliklərini X4 ötürmüş, X6 isə X3 MBG-yə ödədiyi 331650 ABŞ dollarını X5 ödəmişdir. 9EXP-2020 saylı xx.xx.2020-ci il tarixli müqavilə əsasında MBG X4 136.826,72 ABŞ Dolları dəyərində mal göndərmiş, 194.823,28 ABŞ Dolları dəyərində borclu qalmışdır. 31 mart 2021-ci il tarixli 001/21 saylı mal alınmasına dair müqavilə əsasında MBG X4 avans olaraq 151.603,73 ABŞ dolları dəyərində ödəniş həyata keçirmiş, X6 isə həmin ödəniş qarşılığında gələcək aylarda müvafiq malları MBGyə hissə-hissə göndərməyi öhdəsinə götürmüşdür. Tərəflər arasında imzalanmış 15 aprel 2021-ci il tarixli E001059 saylı müqavilə əsasında MBG X4 43.320 ABŞ dolları dəyərində qaz sayğacları satmış və X6 43.320 ABŞ dolları dəyərində borclanmışdr. X1 MBG-yə 194.923,73 ABŞ dolları, MBG-nin isə X4 9EXP-2020 saylı xx.xx.2020-ci il tarixli müqavilə əsasında 194.823,28 ABŞ dolları dəyərində mal vermə öhdəliyi yaranmışdır. Daha sonra MBG mal alınmasına dair Əli Mehdiyevlə imzaladığı müqaviləyə əsasən Malların göndərilməsində gecikmə olduğundan Tərəflər yəni MBG və Əli Mehdiyev öz aralarında yazılı olaraq razılaşırlar ki, aralarında imzalanmış 9EXP-2020 saylı xx.xx.2020-ci il və xx.xx.2020-ci il tarixli müqavilələr əsasında MBG-nin X4 qarşı yaranmış 194.823,28 ABŞ Dolları dəyərində mal vermə öhdəliyi, 001/21 saylı 31 mart 2021-ci il və E001059 saylı 15 aprel 2021-ci il tarixli müqavilələr əsasında isə X2 MBG-yə yaranmış 194.923.73 ABŞ dolları ödəmə öhdəliyi qarşılıqlı olaraq əvəzləşdirilir və bununla da həmin ödəmələr üzrə öhdəliklər qarşılıqlı olaraq icra olunmuşdur. MBG-yə ödənilmiş 331650 ABŞ dollarının X4 136.826,72 ABŞ Dolları dəyərində soyuducu avadanlıqları və 43.320 ABŞ Dolları dəyərində qaz sayğacları göndərilmiş və qalıq 151.603.73 ABŞ dolları isə Əli Mehdiyevə bank vasitəsi ilə göndərilmişdir. Malların alınması və qalıq pulun qaytarılması barədə gömrük bəyənnamələrini və bank çıxarışını şikayətə əlavə edirlər. Yuxarıda qeyd olunanlara və Məhkəməyə təqdim olunan sənədlərə əsasən X10 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsində nəzərdə tutulan inzibati xətanı törətmədiyindən barəsində 29 aprel 2022-ci il tarixli ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar əsassızdır və buna görə də ləğv olunmalıdır. Azərbaycan Respublikası Mərkəzi Bankının inzibati tənbeh vermə haqqında 29 aprel 2022-ci il tarixli, ******* nömrəli qərarı Zakir Kərimova xx.xx.2022-ci il tarixdə poçt vasitəsi ilə çatdırılmışdır. Məhkəmə iclasında X3 nümayəndəsi və vəkili Nümayəndə1 şikayətə uyğun izahat verərək qeyd edilən qərarın ləğv edilməsini məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikası Mərkəzi Bankının nümayəndəsi məhkəmə prosesində iştirak etməmişdir. Məhkəmə işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə şikayəti iş materialları ilə birlikdə araşdıraraq, hesab edir ki, Azərbaycan Respublikası Mərkəzi Bankının baş direktoru X9 tərəfindən tərtib edilmiş 29 aprel 2022-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında qərardan X10 tərəfindən verilmiş şikayət təmin olunmamalıdır. Belə ki, iş materiallarında olan 9EXP-2020 saylı xx.xx.2020-ci il, xx.xx.2020-ci il, 001/21 saylı xx.xx.2021-ci il və E001059 saylı xx.xx.2021-ci il tarixli müqavilələr əsasında yaranmış öhdəliklərin güzəşti barədə xx.xx.2022-ci il tarixli razılaşdırılma protokolundan görünür ki, MBG və fiziki şəxs X10 arasında imzalanmış 9EXP-2020 saylı xx.xx.2020-ci il tarixli müqaviləyə görə MBG X5 331650 ABŞ dolları dəyərində mal göndərəcək, X10 da həmin malın qarşılığında MBG-yə ilkin olaraq 265320 ABŞ Dolları (ümumi qiymətin 80%-i) geri qalan 20% hissəsini yəni 66330 ABŞ Dollarını mallar hazır olduğu zaman ödəyəcəkdir. X10 müqavilə üzrə öz ödəliyini tam icra etmiş və 331650 ABŞ Dollarını MBGyə ödəmişdir. Tərəflər ( MBG, X10. X6) arasında xx.xx.2020-ci ildə üçtərəfli müqavilə imzalanmış və həmin müqaviləyə görə borclu X10 9EXP-2020 saylı xx.xx.2020-ci il tarixli müqavilə üzrə ona məxsus hüquq və öhdəliklərini X4 ötürmüş, X6 isə X3 MBG-yə ödədiyi 331650 ABŞ Dollarını ona yəni X5 ödəməyi öhdəsinə götürmüşdür. 9EXP-2020 saylı xx.xx.2020-ci il tarixli müqavilə əsasında MBG X4 136.826,72 ABŞ Dolları dəyərində mal göndərmiş, 194.823.28 ABŞ Dolları dəyərində borclu qalmışdır. 31 mart 2021-ci il tarixli 001/21 saylı müqavilə əsasında MBG X4 avans olaraq 151.603,73 ABŞ Dolları dəyərində ödəniş həyata keçirmiş. X6 isə həmin ödəniş qarşılığında gələcək aylarda müvafiq malları MBG-yə hissə- hissə göndərməyi öhdəsinə götürmüşdür. Tərəflər arasında imzalanmış 15 aprel 2021-ci il tarixli E001059 saylı müqavilə əsasında MBG X4 43.320 ABŞ Dolları dəyərində qaz sayğacları satmış və X6 43.320 ABŞ Dolları dəyərində borclanmışdr. X1 MBG-yə 194.923,73 ABŞ Dolları, MBG-nin isə X4 9EXP-2020 saylı xx.xx.2020-ci il tarixli müqavilə əsasında 194.823,28 ABŞ Dolları dəyərində mal vermə öhdəliyi yaranmışdır. Tərəflər razılaşırlar ki. aralarında imzalanmış 9EXP-2020 saylı xx.xx.2020-ci il və xx.xx.2020- ci il tarixli müqavilələr əsasında MBG-nin X4 qarşı yaranmış 194.823.28 ABŞ Dolları dəyərində mal vermə öhdəliyi, 001/21 saylı 31 mart 2021-ci il və E001059 saylı 15 aprel 2021-ci il tarixli müqavilələr əsasında isə X2 MBG-yə yaranmış 194.923.73 ABŞ Dolları ödəmə öhdəliyi qarşılıqlı olaraq əvəzləşdirilir. İş materiallarında olan X10 ilə MBG şirkəti arasında olan 9EXP-2020 saylı xx.xx.2020-ci il müqavilədən görünür ki, 331.650 ABŞ dolları dəyərində mal göndərəcək, X10 da həmin malın qarşılığında MBG-yə ilkin olaraq 265320 ABŞ Dolları (ümumi qiymətin 80%-i) geri qalan 20% hissəsini yəni 66330 ABŞ Dollarını mallar hazır olduğu zaman ödəyəcəkdir. İş materiallarında olan qəbzdən görünür ki, 9EXP-2020 saylı xx.xx.2020-ci il müqavilə əsasında X10 tərəfidən xx.xx.2020-ci il tarixdə 331650 ABŞ dollar məbləğində 1 ədəd “soğuk oda” dəsti alınmışdır. İş materiallarında olan 9EXP-2020 saylı xx.xx.2020-ci il tarixli satış müqaviləsi üzrə hüquqların və öhdəliklərin verilməsi barədə xx.xx.2020-ci il tarixli müqavilədən görünür ki, üçtərəfli müqavilə imzalanmış və həmin müqaviləyə görə borclu X10 9EXP-2020 saylı xx.xx.2020-ci il tarixli müqavilə üzrə ona məxsus hüquq və öhdəliklərini X4 ötürmüşdür. İş materiallarında olan gömrük bəyannamələrindən görünür ki, MBG şirkəti tərəfindən X2 adına xx.xx.2021-ci il tarixdə 153 ədəd 34325,56 manat dəyərində, 15 ədəd 17895,92 manat dəyərində,xx.xx.2021-ci il tarixdə 60 ədəd 10953,02 manat dəyərində qaz sayğacları, xx.xx.2020-ci il tarixdə 3720 kq çəkidə 7146,65 manat dəyərində, 9160 kq çəkidə 8531,21 manat dəyərində, 2510 kq çəkidə 6628,57 manat dəyərində, 5020 kq çəkidə 14292,99 manat dəyərində soyuducu və ya dondurucu avadanlıqların quraşdırılması üçün mebel göndərilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Mərkəzi Bankının baş direktoru X9 tərəfindən tərtib edilmiş 29 aprel 2022-ci il tarixli, MN ******* qərardan görünür ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsinə əsasən X10 barəsində 194,823.28 ABŞ dolları məbləğində cərimə növündə inzibati tənbeh tətbiq edilmişdir. İş materiallarından görünür ki, həmin qərar Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin tələbinə uyğun tərtib edilmişdir. Şikayətçi həmin qərarın ləğvi üçün əsaslı dəlillər məhkəməyə təqdim etməmişdir. Həmçinin həmin qərarın ləğvi üçün Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 135-ci maddəsində nəzərdə tutulmuş əsaslar mövcud deyildir. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsinə əsasən avans yolu ilə ödənilmiş valyuta vəsaitinin müqabilində müəyyən edilmiş müddətlərdə müvafiq mallar idxal edilmədikdə, işlər görülmədikdə və ya xidmətlər göstərilmədikdə ödənilmiş valyuta vəsaitinin xaricdən geri qaytarılmamasına görə inzibati məsuliyyət nəzərdə tutulub. Qeyd edilən maddənin dispozitiv şərtlərindən görünür ki, inzibati xəta ilə bağlı məsuliyyətin yaranması üçün müvafiq malların idxal edilməməsi, işlər görülməməsi və ya xidmətlər göstərilməməsi əsasdır. X10 qərarın ləğvi əsası kimi tərəflərin arasında olan öhdəliklərin əvəzləşdirilməsini qeyd edir. Lakin məhkəmə araşdırması zamanı tərəflər arasında olan öhdəliklərin əvəzləşdirilməsi predmetinin məhz yuxarıda sadlanan müqavilər əsasında olması ilə bağlı sübut aşakar olunmamışdır. Azərbaycan Respublikası Mərkəzi Bankının İdarə Heyətinin 2016-cı il 28 noyabr tarixli 45/1 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının rezidentlərinin xarici valyutada, habelə qeyri-rezidentlərin milli və xarici valyutada əməliyyatlarının aparılması Qaydaları”nda dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası Mərkəzi X8 xx.xx.2020-ci il tarixli, 06/1 saylı qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının rezident və qeyri-rezidentlərinin xarici valyuta əməliyyatlarının aparılması Qaydaları”nın 4.3.1.3-cü bəndinə əsasən qabaqcadan ödəniş aparıldıqda banka ödənişin təyinatını, şərtlərini və məbləğini əks etdirən sənəd təqdim edilir. Qabaqcadan ödəniş müqabilində malların ölkəyə idxalını (xidmətlərin göstərilməsini) təsdiq edən gömrük bəyannaməsi (xidmətlərin göstərilməsini təsdiq edən sənəd) banka təqdim olunmalıdır və ya xeyrinə qabaqcadan ödənişin edildiyi şəxs və ya üçüncü şəxs tərəfindən qabaqcadan ödənilmiş məbləğ geri qaytarılmalıdır. Müvafiq sənədlər ödənişin aparıldığı gündən ən geci 2 (iki) il müddətində banka təqdim edilmədikdə və ya qabaqcadan ödənilmiş məbləğ geri qaytarılmadıqda və bu zaman idxal edilməyən malların (göstərilməyən xidmətlərin) və ya geri qaytarılmayan məbləğin qalıq dəyəri 10 000 (on min) ABŞ dolları ekvivalenti məbləğindən çox olduqda, bank tərəfindən qabaqcadan ödəniş əməliyyatına dair bütün sənədlər 5 (beş) iş günü ərzində Azərbaycan Respublikasının Mərkəzi Bankına təqdim edilir. Beləliklə, məhkəmə hesab edir ki, X10 barəsində Azərbaycan Respublikası Mərkəzi Bankının baş direktoru X9 tərəfindən tərtib edilmiş 29 aprel 2022-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında qərarın ləğv edilməsi üçün heç bir əsas yoxdur. Ona görə də Azərbaycan Respublikası Mərkəzi Bankının baş direktoru X9 tərəfindən tərtib edilmiş 29 aprel 2022-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında qərardan X10 tərəfindən verilmiş şikayət təmin olunmamalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-135-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: Azərbaycan Respublikası Mərkəzi Bankının baş direktoru X9 tərəfindən tərtib edilmiş 29 aprel 2022-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında qərardan X10 tərəfindən verilmiş şikayət təmin edilməsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində qərarı qəbul etmiş hakim vasitəsilə və ya Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və protesti verilə bilər. Sədrlik edən: Rahim Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar