Azərbaycan Respublikası adından QƏRAR Quba şəhəri İş № 3(027)-545/2022 21.06.2022 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov İlqar Aslan oğlunun sədrliyi, Hacıyev Əmiraslan Arif oğlunun katibliyi ilə, Bakı Nəqliyyat Agentliyi tərəfindən Azərbaycan Respublikası İXM-nin 346.2-ci maddəsi ilə tərtib olunmuş BNA ******* nömrəli, 23 fevral 2022-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsi barədə X4 tərəfindən verilmiş şikayət ərizəsinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyənetdi: X1 rayon Məhkəməsinə müraciət edərək, barəsində tərtib edilmiş 23 fevral 2022-ci il tarixli, BNA ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini xahiş etmişdir. X4 şikayətində göstərmişdi ki, etibarnamə ilə idarə etdiyi ** SR *** dövlət nömrə nişanlı Mercedes Benz C180 markalı avtomobiliylə xx.xx.2022-ci il tarixində saat 16:22- də Bakı şəhəri Yasamal rayonu Moskva prospektində yolun kənarında dayanarkən İXM-nin 346.2 maddəsi ilə dayanma və durmaya görə 40 manat məbləğində BNA ******* nömrəli İTH qərar qəbul edilmişdir. Bu cərimə yolun kənarındakı BNA-ya məxsus kamera ilə o avtomobilin içərisində olduğu halda tərtib edilmişdir. Lakin İXM-nin 124.5-ci maddəsində dayanma və durma qaydalarının pozulmasına görə cərimə yazılması proseduru nəzərdə tutulub. Qanun deyir ki, cəriməni tərtib edən əməkdaş həmin nəqliyyat vasitəsinə yaxınlaşmalı, operativ nəqliyyat vasitəsinə quraşdırılmış bort kompüter və ya planşetlə onun foto və görüntüsünü qeydə almalıdır. Daha sonra sistem üzərindən elektron qaydada protokol tərtib etməli, həmin qərarı sistemə yerləşdirməlidir. Sürücünün iştirakı olmadan qərarın bir nüsxəsini isə çap edərək avtomobilin alın şüşəsinə qoymalıdır. Qanunda elektron qaydada protokol tərtib olunması nəzərdə tutulmur. Kamera vasitəsilə elektron qaydada protokol tərtib olunması nəzərdə tutulan inzibati xətaların siyahısı İXM- nin 122.1-ci maddəsində göstərilib. Həmin maddədə isə dayanma və durma qaydalarının pozulması və ən əsası 346.2-ci maddə yoxdur. Göstərilənləri nəzərə alaraq, Bakı Nəqliyyat Agentliyi tərəfindən qanunsuz olaraq tərtib olunmuş xx.xx.2022-ci il tarixli, BNA ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın etibarsız hesab edilməsini və həmin qərarın ləğv edilməsini xahiş etdi. İşə baxılmasının yeri və vaxtı barədə X3 və Bakı Nəqliyyat Agentliyinə məlumat verilsə də, məhkəmə iclasına X4 və Bakı Nəqliyyat Agentliyinin nümayəndəsi gəlməmişlər və işə baxılmasının təxirə salınması haqqında məhkəməyə vəsatət verməmişlər. Belə olan halda, məhkəmə işə, X4 və Bakı Nəqliyyat Agentliyinin nümayəndəsinin iştirakı olmadan baxmağı mümkün hesab edir. Məhkəmə iş sənədini tam, hərtərəfli və obyektiv tədqiq edərək hesab edir ki, hazırki inzibati xəta haqqında iş üzrə qəbul edilmiş qərar Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin tələblərinin kobud surətdə pozularaq tərtib edildiyindən şikayət ərizəsi təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası İXM-nin 122.1-cı maddəsinə əsasən bu Məcəllənin 327.1 - 327.5, 328, 329.1, 329.2, 330, 339.1-1, 346.3, 346-1.1, 346-1.5, 353.2 və 469.3-cü maddələrində nəzərdə tutulmuş xətalar foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələrin köməyi ilə aşkar edildikdə, xüsusi texniki vasitələrin məlumatları müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sisteminin proqram təminatı əsasında real vaxt rejimində elektron formada birbaşa həmin mərkəzi informasiya sisteminə ötürülür, inzibati xətanı törətmiş şəxsin iştirakı olmadan real vaxt rejimində, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada elektron sənəd şəklində inzibati tənbeh vermə haqqında elektron qərar çıxarılır və həmin mərkəzi informasiya sisteminin müvafiq səlahiyyətli əməkdaşının elektron imzası ilə təsdiqlənir. Təsdiq edilmiş həmin qərar real vaxt rejimində, xüsusi texniki vasitələrin məlumatları əlavə edilməklə, elektron qaydada müvafiq icra hakimiyyəti orqanının informasiya sisteminə göndərilir. Azərbaycan Respublikası İXM-nin 124.5-cı maddəsinə əsasən bu Məcəllənin 346.1 və ya 346.2-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətmiş şəxs nəqliyyat vasitəsinin yanında olmadığı və həmin nəqliyyat vasitəsi yol hərəkəti və piyadaların hərəkətinə maneə yaratdığı hallarda, habelə bu Məcəllənin 346-1.5-ci maddəsində nəzərdə tutulmuş hallarda, inzibati xəta törətmiş şəxsin iştirakı olmadan foto və ya video çəkiliş aparılmaqla nəqliyyat vasitəsinin istifadəçisi barədə inzibati tənbeh vermə haqqında qərar çıxarılır və nəqliyyat vasitəsi ən yaxın mühafizə edilən duracağa aparılır. Bu halda inzibati tənbeh vermə haqqında qərarda” nəqliyyat vasitəsinin aparıldığı duracağın ünvanı göstərilir. İnzibati tənbeh vermə haqqında qərar operativ nəqliyyat vasitəsində quraşdırılmış bort-kompüter vasitəsilə tərtib olunaraq dərhal müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sistemində yerləşdirilir və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə həmin qərar barədə bu Məcəllənin 125.2-ci maddəsində nəzərdə tutulmuş qaydada məlumat verilir. Məhkəmədə müəyyən edildi ki, Bakı Nəqliyyat Agentliyi tərəfindən X4 barəsində qəbul edilmiş inzibati tənbeh vermə haqqında 23 fevral 2022-ci il tarixli, BNA ******* nömrəli qərar Azərbaycan Respublikası İXM-nin 124.5-cı maddəsinin tələbinə əməl edilmədən qəbul edilmişdir. Azərbaycan Respublikası İXM-nin 135.1.1-cı maddəsinə əsasən səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. Azərbaycan Respublikası İXM-nin 134.1.4-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətlərə və ya protestə baxarkən məhkəmə, bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edir. İşdə olan şəxsiyyət vəsiqəsinin surətindən X1 şəhəri, Ərdəbil küçəsi, ev 24-də yaşayır. Məhkəmə, iş sənədlərini tam, hərtərəfli və obyektiv tədqiq edərək hesab edir ki, Bakı Nəqliyyat Agentliyi tərəfindən X4 barəsində qəbul edilmiş inzibati tənbeh vermə haqqında 23 fevral 2022-ci il tarixli, BNA ******* nömrəli qərar ləğv edilməli və inzibati işin yenidən araşdırılması üçün Bakı Nəqliyyat Agentliyinə göndərilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 131, 134.1.4 və 135.1.1-cı maddələrini rəhbər tutaraq, məhkəmə Qəraraaldı: X2 şikayəti təmin edilsin. Azərbaycan Respublikası Bakı Nəqliyyat Agentliyi tərəfindən 346.2-ci maddəsi ilə tərtib olunmuş 23 fevral 2022-ci il tarixli, BNA ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarı ləğv edilsin və inzibati iş yenidən araşdırılması üçün Azərbaycan Respublikası Bakı Nəqliyyat Agentliyinə göndərilsin. Qərarın surəti rəsmi qaydada təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Quba Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: İlqar Məmmədov
Məhkəmə qərarları › İş №3(027)-545/2022
Quba Rayon Məhkəməsi Qərar — İş №3(027)-545/2022
21.06.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver