Məhkəmə qərarları › İş №3(027)-545/2025

Quba Rayon Məhkəməsi Qərar — İş №3(027)-545/2025

10.07.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Quba şəhəri İş № 3(027)-545/2025 10.07.2025 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Xəlilova Nigar Nemət qızının sədrliyi, Fətəliyev Veysəl Surxay oğlunun katibliyi, İnzibati xəta haqqında qərardan şikayət verən şəxs X1 iştirakı ilə, X1 Quba RPŞ-nin xx.xx.2025-ci il tarixli, inzibati tənbeh vermə haqqında TP ******* nömrəli qərardan verdiyi şikayətə Quba Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: X2 məhkəməyə şikayət ərizəsi ilə müraciət edərək, Quba rayon Polis şöbəsi tərəfindən barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333-1.1-ci maddəsi və 342.5-ci maddəsi ilə təqsirli bilinib 600 manat cərimə edilməsinə dair 04 fevral 2025-ci il tarixli qərarı ləğv edib, barəsində olan inzibati işin icraatına xitam verilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. Şikayəti onunla əsaslandırmışdır ki, mülkiyyətində və istifadəsində VAZ 21063 markalı ** EM *** dövlət qeydiyyat nişanlı avtomobil vardır. xx.xx.2025-ci il tarixində saat təxminən 15:00-16:00 radələrində idarə etdiyi polis əməkdaşları saxladılar. Onlar avtomobilin xarici görünüşündə nasazlıqlar olduğunu bildirərək protokol tərtib etdilər və onu polis şöbəsinə aparıb, orada narkotik və psixatrop maddələr istifadə edib-etmədiyini yoxlayıb, narkotik maddə qəbulundan yüngül sərxoş olduğunu müəyyən edib onun barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsinin əlamətlərinin olması barəsində protokol tərtib edib inzibati materialları tədbir görülməsi üçün Quba rayon məhkəməsinə göndərdilər və Quba rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli qərarı ilə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə təqsirli bilinərək 15 gün inzibati qaydada həbs cəzası çəkmişdir. O, hal-hazırda cəzasını çəkib bitirmişdir. Onu 2025-ci ilin iyun ayının sonlarında Quba rayon İcra və Probasiya şöbəsinə dəvət edib Quba rayon Polis şöbəsinin xx.xx.2025-ci il tarixli qərarı ilə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.1.1 və 342.5-ci maddələri ilə təqsirli bilinərək 600 manat məbləğində cərimə olunduğunu bildirdilər. O, öz narazılığını bildirib ona xx.xx.2025-ci il tarixli qərar təqdim olunmadığı üçün 16 iyun 2025-ci il tarixində protokol və qərarı əldə etdi və barəsində qəbul edilmiş qərar qanunsuz və ədalətsiz olduğu üçün hal-hazırki ərizə ilə məhkəməyə müraciət etməli olmuşdur. Məhkəmə iclasında inzibati xəta haqqında qərardan şikayət verən şəxs X2 şikayəti müdafiə edərək, şikayət ərizəsində yazılanlara uyğun izahat vermiş, şikayətinin təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, Quba Rayon Polis Şöbəsinin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və işə təxirə salmaq barədə onlardan hər hansı vəsatət daxil olmamışdır. Ona görə də məhkəmə Azərbaycan Respublikası İXM-nin 133.2.4-cü maddəsinə əsasən hazırki şikayətə Quba Rayon Polis Şöbəsinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə, qərardan şikayət verən X1 izahatını dinləyib, iş üzrə toplanmış sübütlara hüquqi qiymət verərək hesab edir ki, Quba RPŞ-nin xx.xx.2025-ci il tarixli, inzibati tənbeh vermə haqqında TP ******* nömrəli qərarı ləğv edilməli, X1 əməlində Azərbaycan Respublikası İXM-nin 333-1.1-ci maddəsində göstərilən inzibati xətanın tərkibi olmadığı üçün, Azərbaycan Respublikası İXM-nin 333-1.1-ci maddəsi ilə başlanan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməli, X2 barəsində Azərbaycan Respublikası İXM-nin 342.5-ci maddəsi ilə başlanan inzibati xəta haqqında iş yenidən araşdırılması üçün Quba Rayon Polis Şöbəsinə göndərilməlidir. Belə ki, Azərbaycan Respublikası İXM-nin 333-1.1-ci maddəsi nəqliyyat vasitəsini idarə etmək hüququ olan şəxs tərəfindən nəqliyyat vasitəsinin narkotik vasitələrdən, psixotrop maddələrdən və ya güclü təsir edən digər maddələrdən istifadə olunması nəticəsində sərxoş vəziyyətdə idarə edilməsinə görə inzibati məsuliyyət nəzərdə tutur. İş materiallarında olan TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan görünür ki, İXP6874450 nömrəli xx.xx.2025-ci il tarixli inzibati xəta haqqında protokola əsasən X2 Azərbaycan Respublikası İXM-nın 333-1.1-ci və 342.5-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilərək 600 manat məbləğində cərimə edilmişdir. İş materiallarında olan Quba Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli 3(027)-103 №li qərardan görünür ki, X2 Azərbaycan Respublikası İXM-nin 206-cı maddəsilə təqsirli bilinib, barəsində 15 (on beş) gün müddətində inzibati həbs tətbiq edilmiş, inzibati həbsin əvvəli 04 fevral 2025-ci il tarixdən, saat 15:30-dan hesablanmışdır. İş materiallarından müəyyən olunur ki, X2 barəsində xx.xx.2025-ci il tarixli, inzibati xəta haqqında İXP ******* saylı protokol saat 15:48-də tərtib olunmuş, Quba Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 3(027)-103/2025 №li qərarında X1 04 fevral 2025-ci il tarixdə saat 15:30 radələrində Quba RPŞ-nin İTB-nin sahə rəisi polis kapitanı X3 tərəfindən inzibati qaydada tutulması qeyd olunmuşdur. Göründüyü kimi, X2 barəsində xx.xx.2025-ci il tarixdə saat 15:48-də Quba şəhəri, Fətəlixan küçəsində “Favorit” marketin yanında protokol tərtib edilərkən X1 orada olma ehtimalı yoxdur. Belə ki, X2 digər inzibati xətaya görə 04 fevral 2025-ci il tarixdə saat 15:30 radələrində Quba RPŞ-nin İTB-nin sahə rəisi polis kapitanı X3 tərəfindən inzibati qaydada tutulmuşdur. Azərbaycan Respublikası İXM-nin 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllə ilə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsiri olmayan hesab edilir. Azərbaycan Respublikası İXM-nin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Azərbaycan Respublikası İXM-nin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb oulnan şəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunur. Qeyd edilənlərə əsasən məhkəmə işdə olan əsaslı şübhələri barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan X1 xeyrinə həll edərək, X1 əməlində Azərbaycan Respublikası İXM-nin 333.1.1-ci maddəsinin tərkibinin olmaması nəticəsinə gəlir. Azərbaycan Respublikası İXM-nin 3-cü maddəsinin tələbindən görünür ki, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməl (hərəkət və hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Başqa sözlə, şəxsin əməlində inzibati xətanın tərkibini təşkil edən 4 element-obyekt, obyektiv tərəf, subyektiv tərəf və subyekt olduqda, o, inzibati məsuliyyətə cəlb edilə və inzibati tənbeh tədbirinə məruz qala bilər. İnzibati xəta tərkibinin bu elementlərindən biri olmadıqda, şəxsin əməlində inzibati xətanın tərkibinin möcudluğu istisna edilir. Azərbaycan Respublikası İXM-nin 12-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. İşdəki sübutlardan birmənalı qaydada müəyyən olunur ki, X1 əməlində Azərbaycan Respublikası İXM-nin 333-1.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkibi sübuta yetirilmir. Əməldə inzibati xətanın tərkibi sübuta yetirilmədiyinə görə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi üçün qanunda göstərilmiş əsaslardan biridir. Belə ki, Azərbaycan Respublikası İXM-nin 53.2-ci maddəsinə əsasən hər hansı şəxs barəsində başlanılmış inzibati xətalar haqqında işlər üzrə icraata, həmçinin onun inzibati xəta törədilməsinə aidiyyəti olmadıqda və ya təqsirliliyi sübuta yetirilmədikdə, o cümlədən təqsirliliyin sübuta yetirilməsində qanuna zidd olaraq əldə edilmiş sübutlardan istifadə edildikdə xitam verilir. Azəbaycan Respublikası İXM-nin 114.2.1-ci maddəsinə əsasən Azərbaycan Respublikası İXM-nin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan biri mövcud olduqda, hakim inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarır. Törətdiyi inzibati xətanın xarakterini, şəxsiyyətini xarakterizə edən halları, təqsirinin dərəcəsini, əmlak vəziyyətini, məsuliyyətini yüngülləşdirən halları və məsuliyyətini ağırlaşdıran halların olmamasını nəzərə alaraq məhkəmə hesab edir ki, AR DİN-nin Quba RPŞ-nin xx.xx.2025-ci il tarixli, inzibati tənbeh vermə haqqında TP ******* nömrəli qərarı ləğv edilməli, X2 barəsində Azərbaycan Respublikası İXM-nin 333-1.1-ci maddəsi ilə başlanan inzibati xəta haqqında iş üzrə icraata onun təqsirliyi sübuta yetirilmədiyi üçün xitam verilməli, X2 barəsində Azərbaycan Respublikası İXM-nin 342.5-ci maddəsi ilə başlanan inzibati xəta haqqında iş yenidən araşdırılması üçün Quba Rayon Polis Şöbəsinə göndərilməlidir. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası İXM-nin 112, 113, 114-115, 117, 125-126, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: Şikayət qismən təmin edilsin. X2 barəsində AR DİN-nin Quba RPŞ-nin xx.xx.2025-ci il tarixli, inzibati tənbeh vermə haqqında TP ******* nömrəli qərar ləğv edilsin. X2 barəsində Azərbaycan Respublikası İXM-nin 333-1.1-ci maddəsi ilə başlanan inzibati xəta haqqında iş üzrə icraata onun təqsirliyi sübuta yetirilmədiyi üçün xitam verilsin. X2 barəsində Azərbaycan Respublikası İXM-nin 342.5-ci maddəsi ilə başlanan inzibati xəta haqqında iş yenidən araşdırılması üçün Quba Rayon Polis Şöbəsinə göndərilsin. Qərardan, onun surəti rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində qərarı qəbul etmiş hakim vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət və protest verilə bilər. Sədrlik edən: Nigar Xəlilova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar