Məhkəmə qərarları › İş №3(027)-546/2020

Quba Rayon Məhkəməsi Qərar — İş №3(027)-546/2020

28.07.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Quba şəhəri İş № 3(027)-546/2020 28.07.2020 QUBA RAYON MƏHKƏMƏSİ Həsənov Rahim Təşəkkül oğlunun sədrliyi, Muradov Əli Şakir oğlunun katibliyi ilə, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi tərəfindən tərtib edilmiş xx xxxx 2020-ci il tarixli, İXP ******* nömrəli inzibati xəta haqqında protokol və qərardan X2 tərəfindən verilmiş şikayətə baxaraq,məhkəmə MÜƏYYƏN ETDİ X1 rayon Məhkəməsinə şikayət ərizəsi ilə müraciət edərək, barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211.1-ci maddəsi ilə 200 manat məbləğində cərimə olunmağına dair Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi tərəfindən tərtib edilmiş xx xxxx 2020-ci il tarixli, İXP ******* nömrəli inzibati xəta haqqında protokol və onun əsasında çıxarılmış qərarın ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, o – xx xxxxxxx 1991 -ci ildə ünvan 1 ünvanında yaşayır. Müvəqqəti olaraq isə işi ilə əlaqədar Sumqayıt şəhərində kirayə qalır. xx.xx.2020 tarixində təqribən saat 12:00 radələrində Sumqayıt şəhərindən yaşamaqda olduğu Quba rayonuna ** DD *** nömrə nişanlı şəxsi avtomobillə ilə getmişdir. Qeyd etmişdir ki, müvəqqəti olaraq işi lə əlaqədar Sumqayıtda kirayədə qalır. Nazirlər kabinetinin 19 iyun tarixli 208 saylı qərarına əsasən fəaliyyətinə icazə verilmiş sahələrdə işçilərin 50 faizinin işə çıxması nəzərdə tutulmuşdur (tam heyətlə işləməyə icazə verilmir). Bir neçə aydır ki, işə çıxmış, lakin bu dəfə şirkət rəhbərliyi qərara uyğun olaraq ona bir müddətlik evdə qalmalı olduğunu bildirmişdir. Ona görə də Sumqayıtda kirayə qaldığı evdən çıxaraq Quba şəhərinə getməyi məqsədəuyğun saymışdır. Quba istiqamətinə doğru şəxsi avtomobili ilə hərəkət edərək Yaşma ərazisində (Bakı-Quba yolu 52 km) qurulan postdan keçərkən postdakı yoxlanışı həyata keçirən polis əməkdaşları yoxlanışdan sonra karantin rejimi qaydalarını pozduqlarını iddia edərək, ona 200 azn, həyat yoldaşına - 200 azn məbləğində cərimə tətbiq etmişlər və Qubaya getməylərinə icazə vermişlər. Onu da qeyd etmişdir ki, həmin tarix üçün icaze.gov.az-portalında hərəkətinə icazə də var idi (avtomobilinə də həmçinin), posta kimi olan bütün ərazilərdə hərəkəti ilə bağlı heçbir problem yox idi, post ərazisində də xüsusi karantin rejimi tətbiq olunmadığından, cərimə tətbiq olunmasını əsassız sayır. Əgər Qubaya getməyi ilə bağlı hər hansı bir problem və ya uyğunsuzluq olsaydı onları o postdan geriyə Bakı istiqamətinə qaytarmalı idilər. Lakin cərimənin tətbiqindən sonra Qubaya getməylərinə icazə verildi. Bu əsassız və absurd bir məsələdir. Məsələnin ədalətli həllini rica etmişdir. Beləliklə barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211.1-ci maddəsi ilə 200 manat məbləğində cərimə olunmağına dair Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi tərəfindən tərtib edilmiş xx xxxx 2020-ci il tarixli, İXP ******* nömrəli inzibati xəta haqqında protokol və onun əsasında çıxarılmış qərarın ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şikayət verən şəxs X2 məhkəməyə ərizə göndərərək, məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsi və şikayətin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə, şikayəti iş materialları ilə birlikdə araşdıraraq, hesab edir ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi tərəfindən tərtib edilmiş xx xxxx 2020-ci il tarixli, İXP ******* nömrəli inzibati xəta haqqında protokol və qərardan X2 tərəfindən verilmiş şikayət təmin olunmamalıdır. İş materillarından görünür ki, həmin qərar və protokol Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin tələbinə uyğun tərtib edilmişdir. Şikayətçi həmin qərar və protokolun ləğvi üçün əsaslı dəlillər məhkəməyə təqdim etməmişdir. Həmçinin həmin qərar və protokolun ləğvi üçün Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 135-ci maddəsində nəzərdə tutulmuş əsaslar mövcud deyildir. Beləliklə, məhkəmə hesab edir ki, X2 barəsində Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi tərəfindən tərtib edilmiş xx xxxx 2020-ci il tarixli, İXP ******* nömrəli inzibati xəta haqqında protokol və qərarın ləğv edilməsi üçün heç bir əsas yoxdur. Çünki, X2 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211.1-ci maddəsinin tələblərini pozaraq Quba şəhəri ərazisinə gəlmişdir. Ona görə də Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi tərəfindən tərtib edilmiş xx xxxx 2020-ci il tarixli, İXP ******* nömrəli inzibati xəta haqqında protokol və qərardan X2 tərəfindən verilmiş şikayət təmin olunmamalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-135-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi tərəfindən tərtib edilmiş xx xxxx 2020-ci il tarixli, İXP ******* nömrəli inzibati xəta haqqında protokol və qərardan X2 tərəfindən verilmiş şikayət təmin edilməsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində qərarı qəbul etmiş hakim vasitəsilə və ya Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Sədrlik edən: Rahim Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar