Azərbaycan Respublikası adından QƏRAR Quba şəhəri İş № 3(027)-547/2025 14.07.2025 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Xəlilova Nigar Nemət qızı, Fətəliyev Veysəl Surxay oğlunun katibliyi ilə, İnzibati xəta haqqında qərardan şikayət verən şəxs X2 iştirakı ilə, X2 inzibati tənbeh vermə haqqında İXP ******* saylı xx.xx.2025-ci il tarixli qərardan verilmiş şikayətə baxaraq, müəyyənetdim: X3 məhkəməyə şikayət ərizəsi ilə müraciət edərək, xx.xx.2025-ci il tarixli İXP ******* nömrəli protokol əsasında tərtib edilmiş xx.xx.2025-ci il tarixli qərar əsassız olduğundan ləğv edilməsi və barəsində olan inzibati xəta üzrə icraata xitam verilməsini xahiş etmişdir. Şikayəti onunla əsaslandırmışdır ki, xx.xx.2025-ci il tarixində saat 19:32-də idarə etdiyi “NİSSAN SUNNY MİNİK” markalı **-BL-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə Quba-Qusar yolunun 2-ci km hərəkət edərkən YPX xidməti avtomobilində YPX əməkdaşları tətəfindən saxlanıldı. Avtomobilə yaxınlaşan polis əməkdaşı idarə etdiyi avtomobillə əks istiqamətli hərəkət zolağına çıxmaqla ötmə qaydalarını pozduğuna görə barəsində protokol tərtib edəcəklərini bildirmişlər. Bir müddət sonra SMS radar.az mobil tətbiqi vasitəsi ilə İXP ******* saylı protokola əsasən İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsilə 100 manat edilməynə dair bildiriş əldə etdi. Elektron protokola qayda pozuntusuna dair hec bir şəkil və video dəllilər əlavə edilməmişdir. O, hər zaman yol hərəkəti qaydalarına riayət etmiş, həmin hadisə zamanı həmçinin qayda pozuntusuna yol verməmişdir, ona görə ona qarşı tərtib edilmiş inzibatı tənbeh tədbiri əsasızdır. Məhkəmə iclasında inzibati xəta haqqında qərardan şikayət verən şəxs X3 şikayəti müdafiə edərək, şikayət ərizəsində yazılanlara uyğun izahat vermiş, barəsində əsasız olaraq protokol və qərar tərtib olunmuşdur. Şikayətinin təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, AR DİN-nin BDYPİ-nin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və işə təxirə salmaq barədə onlardan hər hansı vəsatət daxil olmamışdır. Ona görə də, məhkəmə, Azərbaycan Respublikası İXM-nin 133.2.4-cü maddəsinə əsasən hazırki şikayətə BDYPİ-nin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Şikayət verən şəxsi dinləyib, şikayət ərizəsində qeyd olunanlara və iş üzrə toplanmış sübütlara hüquqi qiymət verərək hesab edirəm ki, X2 şikayəti əsassız olduğundan təmin edilməməlidir. Belə ki, “ASAN PAY” ödəniş sistemindən çıxarışdan da görünür ki, X3 barəsində olan TP ******* saylı xx.xx.2025-ci il tarixli qərar üzrə cərimə və dəbbə pulunu ödəmişdir. Buda onu göstərir ki, X1 qərarla razıdır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərərçəkmiş şəxs, habelə müdafiəçi nümayəndə tərəfindən inzibati xətalar haqqında İşlər üzrə qərarlardan şikayət, prokuror isə protest verə bilər. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 135.1-ci maddəsində inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün, hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması; hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələrin işin faktiki hallarına uyğun olmaması; hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən müəyyən edilmiş iş üçün əhəmiyyətli olan halların sübuta yetirilməməsi; inzibati məsuliyyət müəyyən edən qanunun normasının düzgün tətbiq edilməməsi; tətbiq edilmiş tənbehin bu Məcəllənin 31-34-cü maddələrinin tələblərinə uyğun olmaması; bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş halların müəyyən olunması; bu Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması kimi əsaslar göstərilmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 84.1-ci maddəsinə əsasən, "İnzibati xətalar haqqında" işə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Şərh edilənlərə əsasən, məhkəmə X2 barəsində xx.xx.2025-ci il tarixdə İXP ******* nömrəli protokol əsasında tərtib edilmiş TP ******* saylı xx.xx.2025-ci il tarixli qərarın ləğv edilməsi barədə şikayətinin təmin olunmamasını qanuni hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 134.1.1-ci maddələsini rəhbər tutaraq, q ə r a r a a l d ı m: X2 barəsində xx.xx.2025-ci il tarixdə İXP ******* nömrəli protokol əsasında tərtib edilmiş TP ******* saylı xx.xx.2025-ci il tarixli qərarın ləğv edilməsi barədə şikayəti təmin olunmasın. Qərarın surəti rəsmi qaydada təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətidə Quba Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Nigar Xəlilova
Məhkəmə qərarları › İş №3(027)-547/2025
Quba Rayon Məhkəməsi Qərar — İş №3(027)-547/2025
14.07.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver