Azərbaycan Respublikası adından QƏRAR Quba şəhəri İş № 3(027)-548/2024 10.07.2024 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Seyidov Vüqar Mircuma oğlunun sədrliyi, Fətəliyev Veysəl Surxay oğlunun katibliyi, İnzibati xəta haqqında qərardan şikayət verən şəxs X1 iştirakı ilə, X1 Quba RPŞ-nin xx.xx.2024-cü il tarixli, inzibati tənbeh vermə haqqında TP ******* nömrəli qərarından verdiyi şikayətə Quba Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: X2 məhkəməyə şikayət ərizəsi ilə müraciət edərək, şikayətini tam təmin edərək, haqqında qanuna zidd tərtib olunmuş protokola əsasən verilmiş TP ******* nömrəli qərarın əsassız hesab edilməsi və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şikayəti onunla əsaslandırmışdır ki, o, xx.xx.2024-cü il tarixində DYP müfəttişi X3 haqqında qanunsuz İXP ******* nömrəli protokol tərtib etmişdir. Belə ki, o, Fətəli Xan küçəsi ilə Bakı istiqamətində hərəkət edərkən DYP müfəttişi tərəfindən saxlanılmış, saxlama səbəbini soruşduqda ona 3.1 nişanlanma xəttinin tələbini pozduğunu iddia etmişdir. Həmin yerdə 3.1 nişanlanma xətti olmadığının və onun heç bir qayda pozmadığını ona dedikdən sonra müfəttiş onun iddia etdiyi qayda pozuntusunu etmədiyindən xəbərdar olduğunu gördüyü üçün "gəl sənə yüngül maddə yazım" deyərək onun haqqında qanunsuz protokol tərtib etməyə razı salmağa çalışmışdır. O, isə heç bir qayda pozmadığını israrla ona bildirmişdir. Polis baş serjantı Əlibalayev Elmar öz qanunsuz əməlinə davam edərək bu dəfə başqa qayda pozunusu iddiası ilə haqqında qanunsuz protokol tərtib edərək etirazıma baxmayaraq yerində TP ******* qərarını vermişdir. Bu qərarı kağız daşıyıcıda ona vermədən çıxıb getmişdir. Ona verilmiş bu qərar ilə bağlı SMS gəldikdən o, iddia olunan qayda pozuntusu ilə tanış olmuşdur. Verdiyi qərarda onun Memar Əcəmi küçəsində 3.1-“giriş qadağandır" nişanının tələbini pozduğu iddia olunur. Halbuki o, ümumiyyətlə Memar Əcəmi küçəsinə getməmişəm. Hərəkət trayektoriyam Quba şəhər Mərkəzi xəstəxanası istiqamətindən Bakı şəhəri istiqamətinə Fətəli xan küçəsi ilə hərəkətdə olmuş və burada heç bir yerdə 3.1-“giriş qadağandır" nişanı yoxdur. Əməkdaş kağız daşıyıcıda qərarı ona vermədən hadisə yerindən getmiş, həmçinin onun iddia etdiyi qayda pozuntusu ilə razılaşmadığına baxmayaraq o yerində qərar vermişdir. Məhkəmə iclasında inzibati xəta haqqında qərardan şikayət verən şəxs X2 şikayəti müdafiə edərək, şikayət ərizəsində yazılanlara uyğun izahat vermiş, şikayətinin təmin olunmasını, barəsində Azərbaycan Respublikası İXM-nin 327.2-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, Quba Rayon Polis Şöbəsinin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və işə təxirə salmaq barədə onlardan hər hansı vəsatət daxil olmamışdır. Ona görə də məhkəmə Azərbaycan Respublikası İXM-nin 133.2.4-cü maddəsinə əsasən hazırki şikayətə Quba Rayon Polis Şöbəsinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə, qərardan şikayət verən X1 izahatını dinləyib, iş üzrə toplanmış sübütlara hüquqi qiymət verərək hesab edir ki, Quba RPŞ-nin xx.xx.2024-cü il tarixli, inzibati tənbeh vermə haqqında TP ******* nömrəli qərarı ləğv edilməli, X1 əməlində Azərbaycan Respublikası İXM-nin 327.2-ci maddəsində göstərilən inzibati xətanın tərkibi olmadığı üçün, Azərbaycan Respublikası İXM-nin 327.2-ci maddəsi ilə başlanan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası İXM-nin 327.2-ci maddəsi Svetoforun və ya nizamlayıcının qadağanedici işarəsi verilərkən hərəkətin davam etdirilməsinə, 3.1 “Giriş qadağandır” yol nişanının tələblərinin və ya sərnişin daşıma, əks istiqamətli hərəkət zolağına çıxmaqla ötmə və ya manevr etmə, yolayrıcını keçmə qaydalarının pozulmasına, ümumi istifadədə olan nəqliyyat vasitələrinin, yaxud adamlar daşınan yük avtomobillərinin sərnişinlərlə yanacaqdoldurma məntəqəsinə daxil olmasına, 1.1, 1.3 və 1.11 üfüqi nişanlanma xətlərinin tələblərinə riayət etməyərək sola və ya geriyə dönməyə, yaxud maneəni kənardan keçməyə görə inzibati məsuliyyət nəzərdə tutur. İş materiallarında olan Quba RPŞ-nin xx.xx.2024-cü il tarixli, inzibati tənbeh vermə haqqında TP ******* nömrəli qərarından görünür ki, X2 xx.xx.2024-cü il tarixdə, saat 20:00da 3.1 “Giriş qadağandır” yol nişanının tələblərini pozduğuna görə Azərbaycan Respublikası İXM-nin 327.2-ci maddəsi ilə təqsirli bilinərək, 80 manat məbləğində cərimə edilmişdir. İnzibati xəta haqqında iş üzrə icraat başlamış vəzifəli şəxs tərəfindən X1 göstərilən vaxt nəqliyyat vasitəsini idarə edərkən 3.1 “Giriş qadağandır” yol nişanının tələblərini pozması halının mövcudluğunu təsdiq edən hər hansı sübut məhkəməyə təqdim edilməmişdir. Halbuki belə sübutları təqdim etmək və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin ona istinad olunan inzibati xətaların törədilməsində təqsirini sübuta yetirmək vəzifəsi bu icraatı başlamış vəzifəli şəxsin üzərinə düşür. Belə ki, Azərbaycan Respublikası İXM-nin 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllə ilə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsiri olmayan hesab edilir. Azərbaycan Respublikası İXM-nin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Azərbaycan Respublikası İXM-nin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb oulnan şəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunur. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, Azərbaycan Respublikası DİN Quba Rayon Polis Şöbəsi tərəfindən X2 barəsində xx.xx.2024-cü il tarixli, TP ******* nömrəli qərar qəbul edilmişdir. Həmin qərarın tərtib edilməsinə səbəb olan sübutlar protokolu tərtib edən orqan tərəfindən məhkəməyə təqdim edilməmişdir. Qanunvericiliyin tələblərinə əsasən, hər hansı şəxsin inzibati xəta törətməsi müəyyən olunarsa, ilk öncə həmin şəxs barəsində inzibati xətanın törətməsi ilə əlaqədar protokol tərtib olunur. Lakin, qeyd olunan inzibati xəta barəsində X2 bu barədə məlumatlandırılsa da, onun barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş onun razılığı olmadan həmin gün qərar qəbul edilmişdir. Qeyd edilənlərə əsasən məhkəmə işdə olan əsaslı şübhələri barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan X1 xeyrinə həll edərək, X1 əməlində Azərbaycan Respublikası İXM-nin 327.2-ci maddəsinin tərkibinin olmaması nəticəsinə gəlir. Azərbaycan Respublikası İXM-nin 3-cü maddəsinin tələbindən görünür ki, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməl (hərəkət və hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Başqa sözlə, şəxsin əməlində inzibati xətanın tərkibini təşkil edən 4 element-obyekt, obyektiv tərəf, subyektiv tərəf və subyekt olduqda, o, inzibati məsuliyyətə cəlb edilə və inzibati tənbeh tədbirinə məruz qala bilər. İnzibati xəta tərkibinin bu elementlərindən biri olmadıqda, şəxsin əməlində inzibati xətanın tərkibinin möcudluğu istisna edilir. Azərbaycan Respublikası İXM-nin 12-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. İşdəki sübutlardan birmənalı qaydada müəyyən olunur ki, X1 əməlində Azərbaycan Respublikası İXM-nin 327.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkibi sübuta yetirilmir. Əməldə inzibati xətanın tərkibi sübuta yetirilmədiyinə görə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi üçün qanunda göstərilmiş əsaslardan biridir. Belə ki, Azərbaycan Respublikası İXM-nin 53.2-ci maddəsinə əsasən hər hansı şəxs barəsində başlanılmış inzibati xətalar haqqında işlər üzrə icraata, həmçinin onun inzibati xəta törədilməsinə aidiyyəti olmadıqda və ya təqsirliliyi sübuta yetirilmədikdə, o cümlədən təqsirliliyin sübuta yetirilməsində qanuna zidd olaraq əldə edilmiş sübutlardan istifadə edildikdə xitam verilir. Azəbaycan Respublikası İXM-nin 114.2.1-ci maddəsinə əsasən Azərbaycan Respublikası İXM-nin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan biri mövcud olduqda, hakim inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarır. Törətdiyi inzibati xətanın xarakterini, şəxsiyyətini xarakterizə edən halları, təqsirinin dərəcəsini, əmlak vəziyyətini, məsuliyyətini yüngülləşdirən halları və məsuliyyətini ağırlaşdıran halların olmamasını nəzərə alaraq məhkəmə hesab edir ki, Quba RPŞ-nin xx.xx.2024-cü il tarixli, inzibati tənbeh vermə haqqında TP ******* nömrəli qərarı ləğv edilməli, X2 barəsində Azərbaycan Respublikası İXM-nin 327.2-ci maddəsi ilə başlanan inzibati xəta haqqında iş üzrə icraata onun təqsirliyi sübuta yetirilmədiyi üçün xitam verilməlidir. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası İXM-nin 112, 113, 114-115, 117, 125-126, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: Şikayət təmin edilsin. X2 barəsində AR DİN-nin Quba RPŞ-nin xx.xx.2024-cü il tarixli, inzibati tənbeh vermə haqqında TP ******* nömrəli “İnzibati tənbeh vermə haqqında” qərar ləğv edilsin. X2 barəsində Azərbaycan Respublikası İXM-nin 327.2-ci maddəsi ilə başlanan inzibati xəta haqqında iş üzrə icraata onun təqsirliyi sübuta yetirilmədiyi üçün xitam verilsin. Qərardan, onun surəti rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində qərarı qəbul etmiş hakim vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət və protest verilə bilər. Sədrlik edən: Vüqar Seyidov
Məhkəmə qərarları › İş №3(027)-548/2024
Quba Rayon Məhkəməsi Qərar — İş №3(027)-548/2024
10.07.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver