Məhkəmə qərarları › İş №3(027)-55/2024

Quba Rayon Məhkəməsi Qərar — İş №3(027)-55/2024

18.01.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Quba şəhəri İş № 3(027)-55/2024 18.01.2024 QUBA RAYON MƏHKƏMƏSİ Quba Rayon Məhkəməsinin hakimi Seyidov Vüqar Mircuma oğlu, Məhkəmə iclas katibi X1, Protokolu tərtib edən X2, Zərərçəkmiş şəxs1, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs iştirakı ilə xx.xx.1970-ci ildə Quba rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, fərdi əməklə məşğul olan, ünvan 1 ünvanında Qeydiyyatda olan və yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikası İXM) 510-cu maddəsilə Quba Rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında işə baxaraq, müəyyənetdi: Şəxs xx.xx.2023-cü il tarixdə, gecə saatlarında sərxoş vəziyyətdə ünvan 2 ünvanının qarşısında Zərərçəkmiş şəxs1 və digər sakinlərin eşidə biləcəyi formada ucadan nalayiq söyüşlər söyməklə ictimai qaydanı pozmuşdur. Ona görə də Quba RPŞ-nin İTB-nin polis sahə rəisi X3 tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 510-cu madddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi haqqında xx.xx.2024-cü il tarixli, MN 1663692-08 №-li protokol tərtib edilmişdir. Məhkəmədə protokol tərtib etmiş şəxs X3 bildirdi ki, Şəxs barəsində yaşadığı ərazidə qonşuları tərəfindən mütəmadi olaraq onun sərxoş vəziyyətdə ucadan söyüşlər söyməsi ilə əlaqədar polis şöbəsinə şikayətlər daxil olur. Dəfələrlə onunla profilaktik söhbətlər aparılmasına baxmayaraq etdiyi əməllərdən çəkinməmişdir. Şəxs İXM-nin 510cu maddəsində nəzərdə tutulan inzibati xətanı törətdiyindən barəsində tərəfindən inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs Azərbaycan Respublikası İXM-nin 510-cu maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli olduğunu, əməli içkili vəziyyətdə törətdiyini və hazırda bundan peşmançılıq çəkdiyini bildirmişdir. Məhkəmədə Zərərçəkmiş şəxs1 izahatında bildirmişdir ki, Şəxsla qonşudur. Son illər Şəxs içki aludəçisi olduğundan ailəsi də onu atıb getmişdir. Buna baxmayaraq spirtli içki qəbul etməkdə davam edir. Spirtli içki qəbul etdikdən sonra günün istənilən vaxtı ucadan söyüşlər söyür, bununla bağlı irad bildirdikdə isə onun ünvanına nalayiq söyüşlər söyür. Dəfələrlə onun özünə irad bildirmiş, nəticəsi olmadığından məcbur qalaraq RPŞ-yə rəsmi mürciətlər etmişdir. Sonuncu dəfə xx.xx.2023-cü il tarixdə, gecə saatlarında onun ünvanına gələrək ailə üzvlərini və onun özünü şəxsən söyərək narahat etmişdir. Hazırda Şəxs barəsində qanuni qərar qəbul edilməsini xahiş edir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Zərərçəkmiş şəxs3 ifadəsində göstərmişdir ki, Şəxs ilə qonşuluqda yaşayır. Onunla heç bir qohumluq münasibəti və ədavəti yoxdur. Şəxs son zamanlar spirtli içki aludəçisi olmuşdur. İçki qəbul etdikdən sonra məhəllədə ucadan ünvanlı və ya ünvansız söyüşlər söyür. (qeyri-etik olduğu üçün məhkəmə zalında həmin söyüşləri dilə gətirə bilməmişdir) Buna görə ona öz iradını bildirmişdir lakin mütamdi olaraq spirtli içkinin təsiri altında olduğundan öz əməllərinə davam edır. Məhkəmə inzibati xəta haqqında işin materiallarını tədqiq edib, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsi, zərərçəkmiş şəxsi və protokolu tərtib edən şəxsi və şahidi dinləyərək, hesab edir ki, toplanmış sübutlarla Şəxs Azərbaycan Respublikası İXM-nin 510-cu maddəsində göstərilən inzibati xətanı törətməsində təqsirli olması sübuta yetir. Belə ki, Azərbaycan Respublikası İXM-nin 510-cu maddəsi xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə inzibati məsuliyyət nəzərdə tutur. İnzibati tənbeh növünü tətbiq edərkən məhkəmə törədilmiş xətanın xarakterini, Şəxs şəxsiyyətini, onun təqsirinin dərəcəsini və əmlak vəziyyətini, habelə məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə inzibati xətanı törətməsindən səmimi peşmançılıq çəkməsini Şəxs məsuliyyətini yüngülləşdirən hal kimi hesab edir. Məhkəmə inzibati xətanı sərxoş halda törətməsini Şəxs məsuliyyətini ağırlaşdıran hal kimi nəzərə alır. Məhkəmə Şəxs törətdiyi inzibati xətanın hallarını nəzərə alaraq hesab edir ki, onun barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsinin sanksiyasında nəzrədə tutulmuş həbs növündə inzibati tənbeh tədbirinin tətbiq edilməsi məqsədə müvafiqdir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 112-115, 117 və 128-130-cu maddələrini rəhbər tutaraq məhkəmə, qəraraaldı: Şəxs Azərbaycan Respublikası İXM-nin 510-cu maddəsilə təqsirli bilinərək barəsində 04 (dörd) gün müddətində inzibati həbs tətbiq edilsin. Həbsin əvvəli 18 yanvar 2024-cü il tarixdən, saat 12:50-dən hesablansın. Qərardan, onun surəti rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində qərarı qəbul etmiş hakim vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət və protest verilə bilər. Sədrlik edən: Vüqar Seyidov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar