Azərbaycan Respublikası adından QƏRAR Quba şəhəri İş № 3(027)-551/2025 01.08.2025 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Kamilli Günel Hakim qızının sədrliyi, Xudaverdiyev Elşad Mütəllim oğlunun katibliyi, Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğın Nəzarəti Xidməti X7 Yanğın Nəzarəti İdarəsinin nümayəndəsi X1, Şəxs ASC-nin nümayəndəsi X3 iştirakı ilə, Şəxs ASC-nin barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 518.1-ci maddəsilə Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğın Nəzarəti Xidməti X7 Yanğın Nəzarəti İdarəsindən daxil olmuş inzibati xəta haqqında protokola və ona əlavə edilmiş sənədlərə baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: Quba Rayon Məhkəməsinin icraatına Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğın Nəzarəti Xidməti X7 Yanğın Nəzarəti İdarəsindən Şəxs ASC barəsində tərtib edilmiş inzibati xəta haqqında protokol daxil olmuşdur. MN ******* nömrəli, 20 iyun 2025-ci il tarixli inzibati xəta haqqında protokola əsasən 20 iyun 2025-ci il tarixdə Şəxs ASC-nin nəzdində olan gübrə satışı mağazasında keçirilən planlı YTM zamanı YTQ 6.5, 19.4-cü bəndlərinin tələblərinin pozulması aşkar edilmişdir. Məhkəmə iclasında protokolu tərtib edən Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğın Nəzarəti Xidməti X7 Yanğın Nəzarəti İdarəsinin nümayəndəsi X4 “Aqrar İnnovasiya və Təchizat Şirkəti» ASC-nin barəsində qanuni tədbir görülməsini xahiş etmişdir. Məhkəmə iclasında Aqrar İnnovasiya və Təchizat Şirkəti» ASC-nin nümayəndəsi X6 bildirmişdir ki, protokol əsassızdır. ASC tərəfindən obyekt icarəyə götürülmüş, bununla bağlı hüquqi şəxs ilə X5 arasında icarə müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə əsasən isə məsuliyyəti icarəçi deyil, məhz icarəyə verən daşıyır. Eyni zamanda pozuntuların mahiyyətindən də müəyyən olunur ki, həmin pozuntular üçün cavabdehliyi ASC daşımamalıdır. Qeyd olunanlara əsasən Şəxs ASC barəsində tərtib edilmiş protokol əsasında başlanılmış inzibati xəta haqqında icraata xitam verilməsini xahiş etmişdir. Eyni zamanda 03 iyul 2025-ci il tarixdə məhkəməyə etiraz ünvanlayaraq bildirilmişdir ki, icarəyə verənlə şirkət arasında bağlanmış 29 yanvar 2024-cü il tarixli icarə müqaviləsinin 6.6-cı bəndinə əsasən İcarə obyektini mövcud bütün qanunvericiliyin tələblərinə, o cümlədən “Yanğın Təhlükəsizliyi” haqqında AR Qanunun, anbarlar üçün yanğın təhlükəsizliyin qaydalarına, FHN-nin müəyyən etdiyi tələblərə ... uyğun olaraq icarəyə götürənə təhvil vermək və icarə dövründə qeyd edilən tələblərə uyğunluğu təmin etmək və belə tələblərin pozulmasına görə məsuliyyət daşımaq və cavabdeh olmaq” icarəyə verənin vəzifəsidir.”Yanğın təhlükəsizliyi tədbirləri obyektin ilkin vəziyyətindən asılıdır. Əmlakın ilkin planlaşdırılması, konstruksiyası, havalandırma və çıxış yolları, yanğın əleyhinə sistemlərin quraşdırılması-bütün bu məsələlər icarəyə götürən tərəfindən deyil, əmlak sahibinin, icarəyə verənin və tikinti layihələndirənlərin məsuliyyəti çərçivəsində həll olunmalıdır. Yanğın təhlükəsizliyi tələblərinə dair pozuntu varsa, bu pozuntu icarəyə verənin fəaliyyətsizliyi ilə bağlıdır. Əgər FHN tərəfindən aşkar edilən hər hansı pozuntu varsa, bu hal birbaşa icarəyə verənin obyektin istismara hazırlanması zamanı buraxdığı nöqsanlarla əlaqəlidir. Məhkəmə, proses iştirakçılarını dinləyib və iş materiallarını araşdıraraq hesab edir ki, Şəxs ASC-nin əməlində İXM-in 518.1-ci maddəsinin tərkib əlamətləri olmadığından, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: Yanğın-texniki müayinənin aparılması haqqında Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğın Nəzarəti Xidmətinin 04 iyun 2025-ci il tarixli, 3-18-79/Q- 1244/2025 nömrəli qərarından göründüyü kimi, Şəxs ASC-nin”ni nəzdində olan obyektdə plan üzrə növbəti yoxlamanın aparılması qərara alınmışdır. “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestri”ndən 17 iyun 2025-ci il tarixli KY252317113 nömrəli çıxarışdan görünür ki, Quba şəhərində yerləşən Şəxs ASC-nin nəzdində olan obyektdəxx.xx.2025-xx.xx.2025-ci il tarixədək yanğın təhlükəsizliyi haqqında qanunun tələblərinə riayət edilib-edilməməsinin yoxlanılacağı müəyyən edilmişdir. xx.xx.2025-ci il tarixli, 1244 nömrəli Yanğın texniki müayinə aktından göründüyü kimi, Quba şəhərində yerləşən Şəxs ASC-nin nəzdində olan obyektdə müayinə aparılarkən aşkar olunmuşdur ki: 1-ci nöqsan obyekt ilkin xəbər verici siqnalizasiya vasitələri ilə təmin edilməmişdir. 2-ci nöqsan obyektin daxili elektrik xətlərin sazlığı barədə mütəxəssis aktı tərtib olunmamışdır. X5 ilə Şəxs ASC arasında bağlanmış xx.xx.2024-cü il tarixli, AİSCO41/24 saylı pərakəndə satış nöqtəsinin icarə müqaviləsinə əsasən aylıq 1200 manat icarə haqqı ödəməklə 10 (on) il müddətinə Quba şəhəri, Məhəllə 20 ünvanında yerləşən 20 kv.m sahəsi olan obyekt Şəxs ASC-nin icarəsinə verilmişdir. Həmin Müqavilənin 6.6-cı bəndinə əsasən İcarə obyektini mövcud bütün qanunvericiliyin tələblərinə, o cümlədən “Yanğın Təhlükəsizliyi” haqqında AR Qanunun, anbarlar üçün yanğın təhlükəsizliyin qaydalarına, FHN-nin müəyyən etdiyi tələblərə ... uyğun olaraq icarəyə götürənə təhvil vermək və icarə dövründə qeyd edilən tələblərə uyğunluğu təmin etmək və belə tələblərin pozulmasına görə məsuliyyət daşımaq və cavabdeh olmaq” icarəyə verənin vəzifəsidir.” Məhkəməyə təqdim edilmiş ödəniş sənədlərindən müəyyən olunur ki, Şəxs ASC tərəfindən X2 hesabına müvafiq məbləğlər köçürülmüşdür. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 12.1-ci maddəsinə görə bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Məhkəmə tərəfindən tədqiq edilmiş sənədlər əsasında müəyyən edilmişdir ki, Şəxs ASC ilə X5 arasında bağlanmış xx.xx.2024-cü il tarixli, AİSCO41/24 saylı pərakəndə satış nöqtəsinin icarə müqaviləsinin 6.6-cı bəndinə əsasən “Yanğın Təhlükəsizliyi” haqqında AR Qanunun, anbarlar üçün yanğın təhlükəsizliyin qaydalarına, FHN-nin müəyyən etdiyi tələblərə ... uyğun olaraq icarəyə götürənə təhvil vermək və icarə dövründə qeyd edilən tələblərə uyğunluğu təmin etmək və belə tələblərin pozulmasına görə məsuliyyət daşımaq və cavabdeh olmaq vəzifəsi icarəçiyə, yəni ASC-yə həvalə edilməmiş, qeyd edilən hallarla bağlı icarəyə verənin məsuliyyəti müəyyən edilmişdir. Əlavə olaraq qeyd edilməlidir ki, aşkar edilmiş pozuntular, yəni obyektin ilkin xəbər verici siqnalizasiya vasitələri ilə təmin edilməməsi, eyni zamanda daxili elektrik xətlərinin sazlığı barədə mütəxəssis aktının tərtib olunmaması həmin obyektin birbaşa istifadəsi ilə əlaqəli olmadığından məhkəmə belə qənaətə gəlir ki, qeyd edilən hal obyektin icarəçisi qismində hüquqi şəxsin cavabdehlik daşımasını istisna edən haldır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 518.1-ci maddəsinə əsasən mülkiyyət formasından asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda, ictimai yerlərdə, anbarlarda, yataqxanalarda və ya digər yaşayış sahələrində, meşələrdə və nəqliyyatda yanğın təhlükəsizliyi standartlarının, normalarının və qaydalarının tələblərinin pozulmasına və ya yerinə yetirilməməsinə görə -fiziki şəxslərə xəbərdarlıq edilir və ya onlar iyirmi manatdan otuz manatadək məbləğdə cərimə edilir, vəzifəli şəxslərə xəbərdarlıq edilir və ya onlar yüz manatdan yüz əlli manatadək məbləğdə, hüquqi şəxslər üç yüz əlli manatdan beş yüz manatadək məbləğdə cərimə edilir. Sadalanan qanunvericilik normalarını işin faktiki hallarına tətbiq edərək, məhkəmə hesab edir ki, , Şəxs ASC barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 518.1-ci maddəsilə inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəlləsinin 105-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərədə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 485.1, 109-112 və 113-114-cü maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: Şəxs ASC barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 518.1-ci maddəsilə daxil olmuş inzibati xəta haqqında iş üzrə icraata, həmin Məcəllənin 53.1.2-ci maddəsinə əsasən xitam verilsin. Qərardan rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Quba Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Sədrlik edən: Günel Kamilli
Məhkəmə qərarları › İş №3(027)-551/2025
Quba Rayon Məhkəməsi Qərar — İş №3(027)-551/2025
01.08.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver