Azərbaycan Respublikası adından QƏRAR Quba şəhəri İş № 3(027)-552/2025 22.07.2025 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Xəlilova Nigar Nemət qızının sədrliyi, Fətəliyev Veysəl Surxay oğlunun katibliyi, İnzibati xəta haqqında qərardan şikayət verən şəxs X2 iştirakı ilə, X2 19 sentyabr 2024-cü il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan verdiyi şikayətə Quba Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: X1 Rayon Məhkəməsinə şikayət ərizəsi ilə müraciət edərək, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 5 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin rəis müavini X4 tərəfindən barəsində tərtib edilmiş 19 sentyabr 2024cü il tarixli, MN ******* saylı qərarın ləğv edilməsi və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Şikayəti onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 5 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin rəis müavini X4 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 233.1-ci maddəsi ilə təqsirli bilənərək, onu 2500 (iki min beş yüz) manat məbləğində inzibati qaydada cərimə etmişlər. Həmin qərarda Siyəzən, Şabran və Xaçmaz rayonlarının inzibati ərazilərində tullantı su təmizləyici qurğuların çıxışlarından ETSN-nın XKEMJ-sı tərəfindən götürülmüş su nümunələri üzərində aparılmış analiz nəticələrinə görə ərtaf mühitə atılan zərərli mədələrin miqdarı yol verilə bilən normativlərdən artıq olması qeyd edilmişdir. O, bu qərarla razılaşmır. Onun barəsində 5 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin 19 sentyabr 2024-cü il tarixli, MN ******* saylı qərarı qanunsuz və əsassızdır. Ona görə ki, o, barəsində inzibati xəta haqqında qərar tərtib edilən vaxtı 1 saylı X8 idarəsinin mühəndis texnoloqu vəzifəsində işləyirdi. Barəsində tərtib edilmiş qərarda göstərilən işləri o, yerinə yetirə bilməz. O, ərtaf mühitə atılan zərərli maddələrin miqdarını azaldan və buna məsul olan şəxs deyil. O, mühəndis texnoloqdur. Onun vəzifə təlimatlarında barəsində inzibati xəta haqqında qərarda göstərilən halların aradan qaldırılması barədə səlahiyyəti yoxdur. O, vəzifə təlimatlarına və səlahiyyətinə aid olmayan məsələlər barəsində işlər görə bilməz, bu onun vəzifə səlahiyyətlərinin aşılması sayılır. Yuxarıda qeyd etdiklərindən də göründüyü kimi 5 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən barəsində inzibati tənbeh tətbiq edilməsi barədə qərar qəbul edilərkən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 106-cı maddəsində nəzərdə tutulmuş hallar yoxlanılmamışdır. Məhkəmə iclasında inzibati xəta haqqında qərardan şikayət verən şəxs X3 şikayəti müdafiə edərək, şikayət ərizəsində yazılanlara uyğun izahat vermiş və bildirmişdir ki, o, barəsində inzibati xəta haqqında qərar tərtib edilən vaxtı 1 saylı X8 idarəsinin mühəndis texnoloqu vəzifəsində işmiş, protokolda göstərilən işləri o, yerinə yetirməmiş, ərtaf mühitə atılan zərərli maddələrin miqdarını azaldan və buna məsul olan şəxs deyildir. Ona görə də şikayətinin təmin olunmasını xahiş edir. Qərarından şikayət verilən Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 5 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi məhkəmə iclaslarının yeri və vaxtı barədə müvafiq qaydada xəbərdar edilsə də, nümayəndəsi məhkəmə iclaslarına gəlməmiş və gəlməməsinin üzürlü səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Buna görə də, məhkəmə həmin orqanını nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 5 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin rəis müavini X4 tərəfindən barəsində tərtib edilmiş 19 sentyabr 2024-cü il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərardan görünür ki, Siyəzən, Şabran və Xaçmaz rayonlarının inzibati ərazilərindən tullantı su təmizləyici qurğuların çıxışlarından ETSN-nin XKEMİ-si tərəfindən götürülmüş su nümunələri üzərində aparılmış analiz nəticələrinə görə ətraf mühitə atılan zərərli maddələrin miqdarı yol verilə bilən normativlərdən artıq olduğuna görə, X3 Azərbaycan Respublikası İXM-nin 233.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə təqsirli bilinərək, 2500 manat məbləğinə cərimə edilmişdir. İş materiallarına əlavə edilmiş "xxxx" ASC-nin 1 nömrəli Regional Sukanal İdarəsinin Tullantı sutəmizləyici qurğusunun mühəndis texnoloqunun vəzifə təlimatından görünür ki, mühəndis-texnoloqun əsas vəzifəsi Tullantı sutəmizləyici qurğusunun texnoloji hazırlığını və texniki cəhətdən yenidən qurulmasını, materiala, əmək sərfinə qənaət, işlərin (xidmətlərin) keyfiyyətinin yaxşılaşdırılmasını təmin edə biləcək istehsalat rejimini təşkil etməkdən ibarətdir. İş materiallarına əlavə edilmiş "xxxx" ASC-nin 1 nömrəli Regional Sukanal İdarəsinin Tullantı sutəmizləyici qurğusunun qurğu rəisinin vəzifə təlimatından görünür ki, qurğu rəisinin əsas vəzifəsi nasos stansiyalarının, təmizləyici qurğuların vəziyyətinin mövcud standartlara və tələblərə, sanitar-texniki tələblərə uyğun olmasını təmin etmək, o, cümlədən fəaliyyəti ilə əlaqədar ətraf mühitə mənfi təsirlərin qarşısını almaq, baş vermiş qəzaların qarşısını vaxtında almaqdan ibarətdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 233.1-ci maddəsinə əsasən ətraf mühitə atılan, axıdılan və ya basdırılan zərərli maddələrin miqdarının yol verilə bilən normativlərdən artıq olmasına görə - vəzifəli şəxslər iki min beş yüz manatdan dörd min manatadək məbləğdə, hüquqi şəxslər on min beş yüz manatdan on iki min beş yüz manatadək məbləğdə cərimə edilir. Məhkəmə təhqiqatı zamanı müəyyən olunmuşdur ki, xx.xx.2024-cü il tarixdə ******* nömrəli protokol tərtib olunmuş, həmin protokol əsasında xx.xx.2024-cü il tarixli, ******* saylı qərarla X3 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 233.1-ci maddəsi ilə təqsirli bilinib, 2500 manat məbləğində cərimə edilmişdir. Lakin inzibati xəta haqqında protokolu tərtib etmiş Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 5 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin əməkdaşı mühüm əhəmiyyət kəsb edən bütün faktiki halları araşdırmamışdır. Həmçinin qurumun nümayəndəsi məhkəmə iclasına gəlmədiyi üçün müvafiq məsələləri araşdırmaqda mümkün olmamışdır. Beləliklə, məhkəmə hesab edir ki, X2 xx.xx.2024-cü il tarixdə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 233.1-ci maddəsi ilə inzibati xətanın törədilməsi ilə əlaqədar Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin tələbləri pozulmaqla lazımi qaydada araşdırma aparılmadan cərimə edilməsi bu Qanunun ədalətlik prinsipi ilə uzlaşmır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, kollegial orqanın üzvü, vəzifəli şəxs işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin yuxarıda sadalanan normalarının tələblərindən görünür ki, şəxsin inzibati məsuliyyətə cəlb edilməsi üçün sübutların məcmusu tələb olunur və heç bir sübutun, o cümlədən sübutlardan biri olan inzibati xəta haqqında protokolun və qərarın qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 135.1.1-ci maddəsinə əsasən hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. Həmin Məcəllənin 134.1.4-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətlərə və ya protestə baxarkən məhkəmə, bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edir. Məhkəmə, iş üzrə sənədləri tam, hərtərəfli və obyektiv tədqiq edərək hesab edir ki, X3 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 233.1-ci maddəsi ilə təqsirli bilinməsinə dair Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 5 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən qəbul edilmiş inzibati xəta haqqında MN ******* saylı, 19 sentyabr 2024-cü il tarixli qərar ləğv edilməli və inzibati iş yenidən araşdırılması üçün Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 5 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinə göndərilməlidir. Yuxarıda qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 8, 53, 114, 128-131 və 134.1.4 və 135.1.6-ci maddələrini rəhbər tutaraq, q ə r a r a a l d ı: Şikayət qismən təmin edilsin. X3 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 233.1-cü maddəsi ilə təqsirli bilinməsinə dair Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 5 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən qəbul edilmiş inzibati xəta haqqında MN ******* saylı, 19 sentyabr 2024-cü il tarixli qərar ləğv edilsin və inzibati iş yenidən araşdırılması üçün Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 5 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinə göndərilsin. Şikayət qalan hissədə təmin olunmasın. Qərardan 10 gün müddətində Quba Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Nigar Xəlilova
Məhkəmə qərarları › İş №3(027)-552/2025
Quba Rayon Məhkəməsi Qərar — İş №3(027)-552/2025
22.07.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver