Məhkəmə qərarları › İş №3(027)-553/2022

Quba Rayon Məhkəməsi Qərardad — İş №3(027)-553/2022

09.06.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Quba şəhəri İş № 3(027)-553/2022 09.06.2022 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Seyidov Vüqar Mircuma oğlunun sədrliyi, Fətəliyev Veysəl Surxay oğlunun katibliyi ilə, Şəxs barəsində Quba Rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında protokollara və əlavə edilmiş sənədlərə baxaraq, məhkəmə müəyyən etdi: Quba RPŞ-nin, İTB-nin polis sahə rəisi polis leytenantı X1 tərəfindən Şəxs oğlu barəsində Azərbaycan Respulikası İXM-nin 510 və İXM-nin 535.1-ci maddələri ilə inzibati xəta haqqında 08.06.2022-ci il tarixli MN 1398423-1006 №li və MN 1398422-1002 №li protokollar tərtib edilərək, baxılması üçün Quba Rayon Məhkəməsinə göndərilmişdir. Həmin protokollarda göstərilir ki, Şəxs 08.06.2022-ci il tarixdə saat 02:00 radələrində Quba RPŞ-nin inzibati binasının daxilində polis əməkdaşının qanuni tələblərini qəsdən icra etməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 111.3-cü maddəsinə görə inzibati həbs tənbeh növü nəzərdə tutan inzibati xətalar haqqında işlərə inzibati xəta haqqında protokola daxil olduğu gün baxılır. Həmin Məcəlləsinin 34.2-ci maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərcivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. Həmin Məcəllənin 34.3-cü maddəsinə əsasən şəxsin eyni və ya müxtəlif vaxtlarda törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin işlərə eyni vaxtda baxılmalıdır. Məhkəmə hesab edir ki, Şəxs oğlunun Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu və 535.1-ci maddələri ilə təqsirləndirilməsinə dair işə 08.05.2022-ci il tarixli inzibati xəta haqqında protokollara eyni vaxtda baxılmasının təmin olunması üçün 3(027)-553/2022№li və 3(027)-554/2022 №li iş bir icraatda 3(027)-554/2022 nömrə ilə birləşdirilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.2-ci maddəsini rəhbər tutararaq məhkəmə qərara aldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu və 535.1-ci maddələri ilə təqsirləndirilməsinə dair işə 09.06.2022-ci il tarixli il tarixli inzibati xəta haqqında protokollara eyni vaxtda baxılmasının təmin olunması üçün 3(027)-553/2022№li və 3(027)-554/2022 №li iş bir icraatda 3(027)-554/2022 nömrə ilə birləşdirilsin. Hakim: Vüqar Seyidov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar