Məhkəmə qərarları › İş №3(027)-553/2024

Quba Rayon Məhkəməsi Qərar — İş №3(027)-553/2024

27.06.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Quba şəhəri İş № 3(027)-553/2024 27.06.2024 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Babayev Aydın Vahid oğlunun sədrliyi, Hacıyev Əmiraslan Arif oğlunun katibliyi, Quba rayon İcra və Probasiya şöbəsinin icra məmuru X4, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx.xx.1958-ci ildə Quba rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, FİN: 41WMN2P, evli, işləməyən, Quba rayonu, Vladimirovka kəndində qeydiyyatda olan və yaşayan Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsilə Quba rayon İcra və probasiya şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: Daxil olmuş MN ******* nömrəli, 27 iyun 2024-cü il tarixli inzibati xəta haqqında protokola əsasən borclu Şəxs Quba rayon Məhkəməsi tərəfindən verilmiş xx.xx.2017-ci il tarixli, 2(027)- 58/2017 saylı icra sənədini icra etməmiş və icra məmurunun tələblərini yerinə yetirməmiş, bununla da Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsilə nəzərdə tutulan inzibati xətanı törətmişdir. Məhkəmə iclasında protokol tərtib etmiş Quba rayon İcra və Probasiya şöbəsinin icra məmuru X6 təqdimatda göstərmişdir ki, Quba rayon Məhkəməsi tərəfindən verilmiş xx.xx.2017-ci il tarixli, 2(027)-58/2017 saylı icra vərəqəsinə əsasən Şəxs RX seriyalı, ******* nömrəli.Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət Qeydiyyatı Haqqında daşınmaz əmlakın dövlət reyestrindən Çıxarışa əsasən X1 Xüsusi mülkiyyətində olan 0,219833 hektar kənd təəsrrüfatı təyinatlı torpaq sahəsindən çıxarılmalıdır. Torpaq sahəsində Şəxs tərəfindən qeyri qanuni tikilmiş tikililər borclunun hesabına sökülməlidir. Apellyasiya şikayəti təmin edilməmiş, Quba rayon Məhkəməsinin 2(027)-58/2017 nömrəli,05 iyul 2017-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılması,İş üzrə aparılmış ekspertiza tədqiqatlarının dəyəri büçün tələb edilən cəmi 100 manat pul Şəxsov Feyzulla oğlundan tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (Az.MEM ,VÖEN ********** .müxbir hesab AZ 41 NABZ **********00003944 SWİFT BİK CTREAZ 22,hesab nömrəsi “ AZ34CTRE ********************) keçirilməli və apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu borclu Şəxs özünə aid edilməli, iddia ərizəsi və kassasiya şikayətinin verilməsi üçün ödənilmiş cəmi 15,40 manat dövlət rüsumunun əvəzi borclu Şəxs tutularaq, X2 verilməsi qət edilmişdir. Qeyd olunan icra sənədi şöbənin icraatına xx.xx.2023-cü il tarixdə daxil olmuş və qanuna müvafiq qaydada icraata başlanılmışdır. Borclu Şəxs rəsmi bildiriş göndərilmişdir. Məlumat üçün bildirir ki,qeyd olunan məhkəmə qərarının icrası ilə bağlı borclu Şəxs rəsmi və şifahi şəkildə xəbərdarlıq olunmasına baxmayaraq, məhkəmə qərarını qərəzli şəkildə icra etmir və qeyri-qanuni tikilmiş tikililəri öz hesabına sökməkdən imtina edir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs izahatında bildirmişdir ki, o məhkəmə qətnaməsilə razılaşmır, islahatlardan sonra həmin sahə ondadır və halhazırda 6-7 sot ona çatan sahədə əksiklik var. Buna görə ona xeyli ziyan dəyib, həmin sahəyə oul sərf edib v ziyanın ödənilməsi üçün məhkəməyə müraciət etmişdir, iş məhkəmənin icratındadır. Həmin iş yekunlaşmayana qədər torpaq sahəsini tərk etməyəcəyini bildirmişdir. Məhkəmə protokol tərtib edən şəxsi və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan dinləyib, inzibati xəta haqqında protokolu nəzərdən keçirib, toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Şəxs icra sənədindəki tələbi üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra etməməklə və icra məmurunun məhkəmə qərarlarının icrası ilə əlaqədar digər qanuni tələbləri yerinə yetirməməklə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan əməli törətmişdir. Onun əməli düzgün olaraq həmin maddə ilə tövsif olunmuşdur. Şəxs əməlinin inzibati xəta olmasını aradan qaldıran hallar və inzibati məsuliyyətdən azad edilməsi üçün əsaslar yoxdur. Belə ki, iş materiallarında olan Quba rayon Məhkəməsi tərəfindən verilmiş xx.xx.2017-ci il tarixli, 2(027)-58/2017 saylı icra vərəqəsinə əsasən Şəxs RX seriyalı, ******* nömrəli Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət Qeydiyyatı Haqqında daşınmaz əmlakın dövlət reyestrindən Çıxarışa əsasən X1 Xüsusi mülkiyyətində olan 0,219833 hektar kənd təəsrrüfatı təyinatlı torpaq sahəsindən çıxarılmalıdır. Torpaq sahəsində Şəxs tərəfindən qeyri qanuni tikilmiş tikililər borclunun hesabına sökülməsi qət edilmişdir. İcra vərəqəsindən görünür ki, qətnamədən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, Quba rayon Məhkəməsinin 2(027)-58/2017 nömrəli, 05 iyul 2017-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılması, iş üzrə aparılmış ekspertiza tədqiqatlarının dəyəri büçün tələb edilən cəmi 100 manat pul Şəxsov Feyzulla oğlundan tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (Az.MEM ,VÖEN ********** .müxbir hesab AZ 41 NABZ **********00003944 SWİFT BİK CTREAZ 22,hesab nömrəsi “ AZ34CTRE ********************) keçirilməli və Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu borclu Şəxs özünə aid edilməli, iddia ərizəsi və kassasiya şikayətinin verilməsi üçün ödənilmiş cəmi 15,40 manat dövlət rüsumunun əvəzi borclu Şəxs tutularaq, X2 verilməsi qət edilmişdir. İş materiallarında olan “İcraata başlamaq haqqında” qərarın surətindən görünür ki, Quba rayon Məhkəməsi tərəfindən verilmiş xx.xx.2017-ci il tarixli, 2(027)-58/2017 saylı icra sənədi xx.xx.2023-cü il tarixində icra məmuru Rauf Quliyevin icraatına daxil olmuşdur. İş materiallarında olan xx.xx.2023-cü il tarixli bildirişdən görünür ki, tələbin könüllü icrasını təmin etmək məqsədilə Şəxs bildiriş göndərilmiş və şəxsən qəbul edilmişdir. Məhkəmə hesab edir ki, borclu Şəxs qeyd edilən hərəkətləri icra sənədi üzrə tələbin icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə üzrsüz səbəbdən icra edilməməsi kimi qiymətləndirilməlidir. Belə ki, qeyd edilən icra sənədinin icrası ilə əlaqədar Quba rayon İcra və Probasiya şöbəsi tərəfindən borclu Şəxs tələbin könüllü icrası barədə bildirişlər göndərilməsinə, dəfələrlə icra şöbəsinə dəvət edilməsinə baxmayaraq, o icra sənədini icra etməmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Qeyd edilən Məcəllənin 9.1-ci maddəsinin tələbinə görə, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. AR İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 32-ci maddəsinə əsasən məsuliyyəti yüngülləşdirən hal müəyyən olunmamışdır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 33-cü maddəsinə əsasən məsuliyyətini ağırlaşdıran hal müəyyən olunmamışdır. Məhkəmə Şəxs barəsində inzibati tənbeh tətbiq edərkən onun törətdiyi inzibati xətanın xarakterini və ictimai təhlükəlilik dərəcəsini, inzibati xəta törədən şəxsin şəxsiyyətini, onun əmlak vəziyyətini nəzərə alaraq, barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş inzibati cərimə növündə inzibati tənbeh tədbirinin tətbiq edilməsini inzibati tənbehin məqsədlərinə nail olunması baxımından daha məqsədəmüvafiq hesab edir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin həmin Məcəllənin 9.2 və 35-ci maddələri baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 04 sentyabr 2018-ci il tarixli qərarına əsasən məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsi mütləq inzibati həbslə nəticələnməməli, icra məmurları müxtəlif qanuni vasitələrlə məhkəmə aktlarının icrasının təmin edilməsi üçün şərait yaratmalı və yalnız bütün imkanlar tükəndikdən sonra sərt inzibati və cinayət təsiri tədbirlərindən istifadə etməlidirlər. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1, 114-115-ci və 130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinərək 500 (beş yüz) manat məbləğində cərimə edilsin. Qərardan rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə Quba Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Sədrlik edən: Aydın Babayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar