Məhkəmə qərarları › İş №3(027)-556/2021

Quba Rayon Məhkəməsi Qərardad — İş №3(027)-556/2021

28.07.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Quba şəhəri İş № 3(027)-556/2021 28.07.2021 QUBA RAYON MƏHKƏMƏSİ Seyidov Vüqar Mircuma oğlunun sədrliyi, Fətəliyev Veysəl Surxay oğlunun katibliyi ilə X1 inzibati xəta haqqında protokolun ləğv edilməsi barədə şikayət ərizəsini ona əlavə edilmiş sənədlərlə birlikdə nəzərdən keçirərək, müəyyən etdi: X4 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək, barəsində Quba rayonu Yol Patrul xidməti inspektoru polis serjantı X3 tərəfindən tərtib edilmiş İXP ******* nömrəli, 11.07.2021ci il tarixli inzibati xəta haqqında protokolun ləğv edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikası İXM) prosessual hissəsində qanunun analogiyası qadağan edilmədiyindən, həm də normativ-hüquqi aktlar haqqında Azərbaycan Respublikası Konstitusiya Qanununun 15-ci maddəsində o cümlədən İXM-də məsuliyyətin müəyyən edilməsi, məsuliyyətin ağırlaşdırılması və vəzifələr müəyyən edilərkən qanunun analogiyasının tətbiqinin qadağan edilməsi, qalan hallarda isə qadağan edilməməsi müəyyən edildiyindən, hesab edirəm ki, qanunun analogiyası üzrə Azərbaycan Respublikası İXMnin 109.1.6-cı maddəsi tətbiq edilməklə, hazırki şikayət ərizəsi və ona əlavə olunmuş sənədlər geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası İXM-nin 109.1.6-cı maddəsinə görə protokol və digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib edildikdə, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda, işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xətalar haqqında protokolun və ya digər sənədlərin onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılması barədə qərardad qəbul edilir. Şikayətçi barəsində şikayət vermiş olduğu qərarın surətini məhkəməyə təqdim etməmişdir. Belə olduğu halda, X1, barəsində tərtib edilmiş inzibati xəta haqqında protokol üzrə qərar çıxarılıb çıxarılmadığını müəyyən etmək mümkün olmamışdır. İş materiallarından görünür ki, hazırki şikayət ərizəsində inzibati xəta haqqında protokolun ləğv edilməsi xahiş olunur ki, Azərbaycan Respublikası İXM-də inzibati xəta haqqında protokolun ləğv edilməsi ilə bağlı prosessual prosedur nəzərdə tutulmamışdır. Eyni zamanda şikayətçi şikayət ərizəsində hansı inzibati xəta haqqında iş üzrə qərarın (qərarların tarixi, kim tərəfindən və nə vaxt qəbul edilməsi göstərilməmişdir) ləğv edilməli olmasını göstərməmişdir. Həmçinin şikayətçi həmin qərarı nə vaxt almasını və ondan şikayət müddətini ötürüb-ötürməməsini qeyd etməmişdir. Bu da şikayət ərizəsinə baxılmasını mümkünsüz edir. Qeyd edilənlərə əsasən hesab edirəm ki, X1 inzibati xəta haqqında protokolun ləğv edilməsi barədə şikayət ərizəsi və ona əlavə olunmuş sənədlər X2 geri qaytarılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 109.1.6 və 128-132-cu maddələrini rəhbər tutub, qərara aldı: X1 inzibati xəta haqqında protokolun ləğv edilməsi barədə şikayət ərizəsi və ona əlavə olunmuş sənədlər X2 geri qaytarılsın. Hakim: Vüqar Seyidov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar