Məhkəmə qərarları › İş №3(027)-558/2022

Quba Rayon Məhkəməsi Qərar — İş №3(027)-558/2022

10.06.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Quba şəhəri İş № 3(027)-558/2022 10.06.2022 QUBA RAYON MƏHKƏMƏSİ Quba Rayon Məhkəməsinin hakimi Seyidov Vüqar Mircuma oğlu, Məhkəmə iclas katibi X3, Protokolu tərtib edən X1, Zərərçəkmiş şəxs, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs oğlunun iştirakı ilə xx.xx.1980-ci ildə Quba rayonu, Mirzəqışlaq kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ailəli, işləməyən, Quba rayonu, Mirzəqışlaq kəndində qeydiyyatda olan və həmin kənddə yaşayan Şəxs haqqında Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikası İXM) 510-cu maddəsilə icraatı başlanmış inzibati xəta haqqında işə açıq məhkəmə iclasında baxaraq məhkəmə, müəyyən etdi: Şəxs 25.05.2022-ci il tarixdə, saat 15:20 radələrində Quba rayonu, Mirzəqışlaq kəndində yaşadığı ünvanda bacısı Zərərçəkmiş şəxs söymüşdür. Ona görə də Quba RPŞ-nin İTB-nin polis sahə rəisi, polis mayoru X2 barəsində Azərbaycan Respublikası İXM-nin 510-cu madddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi haqqında 10 iyun 2022-ci il tarixli, MN 1398226-1013 №-li protokol tərtib edilmişdir. Məhkəmədə protokol tərtib etmiş şəxs X2 bildirdi ki, Şəxs İXM-nin 510-cu maddəsində nəzərdə tutulan inzibati xətanı törətdiyindən barəsində tərəfindən inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs Azərbaycan Respublikası İXM-nin 510-cu maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilərək, izahatında göstərmişdir ki, 25.05.2022-ci il tarixdə 15:20 radələrində Quba rayonu, Mirzəqışlaq kəndində yaşadığı ünvanda bacısı Zərərçəkmiş şəxs ilə aralarında pul məsələsi ilə əlaqədar mübahisə omuş, həmin vaxt bacısı onun ünvanına söyüşlər və təhqirlər işlətdiyinə görə, o, da bunun qarşılğında Semnarəni söymüşdür. Həmçinin bildirmişdir ki, bacısı Semnarə və ailəsi ilə uzun illərdir ki mübahisəlidirlər. Bu mübahisənin kökündə də, əvvəlki mübahisələri dayanır. Hazırda bacısına qarşı işlətdiyi ifadələrə görə əməlindən peşmandır. Məhkəmədə Zərərçəkmiş şəxs, izahatında göstərdi ki, 25.05.2022-ci il tarixdə, saat 15:20 radələrində qardaşı Şəxs aralarında yaranmış mübahisə vaxtı onun ünvanına söyüş ifadələri işlətmişdir. Şəxs Yusif oğlu barəsində qanuni qərar qəbul edilməsini xahiş edir. Məhkəmə inzibati xəta haqqında işin materiallarını tədqiq edib, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsi, zərərçəkmiş şəxsi və protokolu tərtib edən şəxsi dinləyərək, hesab edir ki, toplanmış sübutlarla Şəxs Azərbaycan Respublikası İXMnin 510-cu maddəsində göstərilən inzibati xətanı törətməsində təqsirli olması sübuta yetir. Belə ki, Azərbaycan Respublikası İXM-nin 510-cu maddəsi xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə inzibati məsuliyyət nəzərdə tutur. İnzibati tənbeh növünü tətbiq edərkən məhkəmə törədilmiş xətanın xarakterini, Şəxs şəxsiyyətini, onun təqsirinin dərəcəsini və əmlak vəziyyətini, habelə məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə inzibati xətanı törətməsindən səmimi peşmançılıq çəkməsini Şəxs məsuliyyətini yüngülləşdirən hal kimi hesab edir. Məhkəmə tərəfindən Şəxs məsuliyyətini ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə Şəxs Yusif oğlunun törətdiyi inzibati xətanın hallarını nəzərə alaraq hesab edir ki, onun barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510cu maddəsinin sanksiyasında nəzrədə tutulmuş həbs növündə inzibati tənbeh tədbirinin tətbiq edilməsi məqsədə müvafiqdir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 112-115, 117 və 128-130-cu maddələrini rəhbər tutaraq məhkəmə, qərara aldı: Şəxs Azərbaycan Respublikası İXM-nin 510-cu maddəsilə təqsirli bilinərək barəsində 5 (beş) gün müddətində inzibati həbs tətbiq edilsin. Həbsin əvvəli 10 iyun 2022-ci il tarixdən, saat 12:50-dən hesablansın. Qərardan, onun surəti rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində qərarı qəbul etmiş hakim vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət və protest verilə bilər. Sədrlik edən: Vüqar Seyidov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar