Azərbaycan Respublikası adından QƏRARDAD Quba şəhəri İş № 3(027)-558/2025 30.06.2025 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Xəlilova Nigar Nemət qızı Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikası İXM) 342.9-cu maddəsi ilə başlanmış inzibati xəta haqqında iş materiallarını araşdırıb, m ü ə y y ə n e t d i m: Quba rayonu yol patrul xidməti inspektor, polis serjantı X2 tərəfindən Şəxs Azərbaycan Respublikası İXM-nin 342.9-cu maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi barədə xx.xx.2025-ci il tarixli, İXP ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilmiş və xx.xx.2025-ci il tarixdə baxılması üçün aidiyyatı üzrə Quba Rayon Məhkəməsinə göndərilmişdir. İnzibati xəta haqqında protokolun və ona əlavə olunmuş materialların Azərbaycan Respublikasının İXM-nin 106-cı maddəsinə müvafiq olaraq baxılması üçün hazırlanması zamanı müəyyən etdim ki, təqdim edilmiş materiallar natamam olduğundan, işə baxılarkən tamamlamaq mümkün olmadığından inzibati xəta haqqında protokol və ona əlavə olunmuş sənədlər geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 342.9-cu maddəsində nəqliyyat vasitələrinin müvafiq icazə olmadan xüsusi (çoxavazlı) səs və ya sayrışan işıq siqnalları və ya operativ nəqliyyat vasitələri üçün müəyyən edilmiş rənglənmə sxemləri, yazılar və tanınma nişanları ilə təchiz edilməsinə, yaxud nəqliyyat vasitəsinin dövlət qeydiyyat nişanının görünüşünü çətinləşdirən örtüklərdən və ya qurğulardan, nəqliyyat vasitəsinin sürətini ölçməyə maneçilik törədən və ya ölçmə cihazlarının işinə mane olan antiradar və digər texniki vasitələrdən, yaxud əhalinin dincliyini nümayişkaranə şəkildə pozan səs siqnallarından istifadə edilməsinə görə inzibati xətanın törədilməsində alət və ya inzibati xətanın bilavasitə obyekti olmuş predmet müsadirə edilməklə, beş yüz manatdan səkkiz yüz manatadək məbləğdə cərimə nəzərdə tutulmuşdur. İş materiallarında olan Quba rayon Polis Şöbəsinin xx.xx.2025-ci il tarixli materialın Quba Rayon Məhkəməsinə göndərilməsi barədə məktubdan görünür ki, inzibati xəta haqqında protokola inzibati xətanın törədilməsində alət və ya inzibati xətanın bilavasitə obyekti olmuş predmet əlavə olunmamışdır. Azərbaycan Respublikası İXM-nin 109.1.6-cı maddəsinə əsasən inzibati xəta haqqında işin baxılmağa hazırlanması zamanı protokol və digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib olunduqda, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda, işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xətalar haqqında protokolun və digər sənədlərin onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılması haqqında qərardad qəbul edilir. Hesab edirəm ki, qeyd edilən halların işə baxılarkən tamamlanması mümkün olmadığından, inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər Quba rayonu yol patrul xidməti inspektor, polis serjantı X1 qaytarılmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İXM-nin 109-cu maddəsini rəhbər tutaraq, q ə r a r a a l d ı m: Şəxs barəsində Azərbaycan Respublikası İXM 342.9-cu maddəsi ilə Quba rayonu yol patrul xidməti inspektor, polis serjantı X2 tərəfindən tərtib olunmuş inzibati xəta haqqında xx.xx.2025-ci il tarixli, İXP ******* nömrəli protokol və digər sənədlər Quba rayonu yol patrul xidməti inspektor, polis serjantı X1 qaytarılsın. Hakim: Nigar Xəlilova
Məhkəmə qərarları › İş №3(027)-558/2025
Quba Rayon Məhkəməsi Qərardad — İş №3(027)-558/2025
30.06.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver