Məhkəmə qərarları › İş №3(027)-564/2020

Quba Rayon Məhkəməsi Qərar — İş №3(027)-564/2020

14.07.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Quba şəhəri İş № 3(027)-564/2020 14.07.2020 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov İlqar Aslan oğlunun sədrliyi, Hacıyev Əmiraslan Arif oğlunun katibliyi Protokol tərtib etmiş şəxs X1 Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Əlimuradov Mövlüd Şirinbala oğlunun iştirakı ilə xx xxx 1973-cü ildə Quba rayonunda anadan olmuş, ailəli, orta thsilli, işsiz, Quba rayonu Gənclər qəsəbəsində qeydiyyatda olan Əlimuradov Mövlüd Şirinbala oğlu haqqında Quba RPŞ-dən daxil olmuş inzibati xəta haqqında protokola və ona əlavə edilmiş sənədlərə baxaraq, müəyyən etdi: Quba RPŞ-nin sahə rəisi X2 tərəfindən tərtib edilmiş MN ******* nömrəli xx xxxx 2020-ci il tarixli inzibati xəta haqqında protokola əsasən xx.xx.2020-ci il tarixdə Əlimuradov Mövlüd Şirinbala oğlunun Quba şəhəri ərazisində üzrərində 0,828 qram qurudulmuş marixuana aşkar olunmuşdur. Məhkəmədə protokolu tərtib etmiş şəxs - Quba RPŞ-nin sahə rəisi X2 göstərdi ki, xx.xx.2020-ci il tarixdə Əlimuradov Mövlüd Şirinbala oğlunun Quba şəhəri ərazisində üzrərində 0,828 qram qurudulmuş marixuana aşkar olunmuşdur. Protokolu təhqiqat qərarına əsasən tərtib etmişdir. Məhkəmədə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Əlimuradov Mövlüd Şirinbala oğlu özünü təqsirli bilərək göstərdi ki, törətdiyi əməldən peşmandır və gələcəkdə belə hərəkətə yol verməyəcək. Hazırda Himayəsində yetkinlik yaşına çatmayan qızının olmasını və 2-ci qrup Qarabağ əlili olmasını nəzərə alaraq ona yüngül cəza verilməsini məhkəmədən xahiş etdi. Beləliklə, inzibati xəta hadisəsinin olması və onun Əlimuradov Mövlüd Şirinbala oğlu tərəfindən törədilməsi inzibati xəta haqqında protokolla, protokola əlavə edilmiş sənədlərə və Əlimuradov Mövlüd Şirinbala oğlunun özünün etirafı ilə təsdiq olunur. İş materiallarında olan xx xxx 2020-ci il tarixli cinayət işinin başlanılmasının rədd edilməsi barədə qərardan görünür ki, Əlimuradov Mövlüd Şirinbala oğlunun barəsində cinayət işinin başlanması rədd edilmişdir. Əlimuradov Mövlüd Şirinbala oğlunun barəsində Azərbaycan Respublikası İXM-nin 206-cı maddəsi ilə inzibati tədbir görülməsi üçün Quba RPŞ-nə qərarın surəti göndərilmişdir. İş materialında olan 290509 nömrəli vəsiqənin surətindən görünür ki, Əlimuradov Mövlüd Şirinbala oğlu 2-ci qrup Qarabağ əlilidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 30.2-ci maddəsinə əsasən hamilə qadınlar və ya himayəsində on dörd yaşınadək uşağı olan qadınlar, on dörd yaşına çatmamış uşaqlarını təkbaşına böyüdən kişilər, on səkkiz yaşına çatmayan şəxslər, birinci və ya ikinci qrup əlillər, sağlamlıq imkanları məhdud uşaqlar, almış yaşına çatmış qadınlar və altmış beş yaşına çatmış kişilər, həmçinin hərbi qulluqçular, o cümlədən müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları və hərbi qulluqçu hazırlayan xüsusi təyinatlı təhsil müəssisələrinin kursantları barəsində inzibati həbs tətbiq edilə bilməz. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsinə əsasən qanunsuz olaraq narkotik vasitələrin, psixotrop maddələrin istehlakına, satış məqsədi olmadan şəxsi istehlak miqdarında hazırlanmasına, əldə edilməsinə, saxlanılmasına, daşınmasına və ya göndərilməsinə görə üç yüz manatdan dörd yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə və xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə iki ayadək müddətə inzibati həbs tətbiq edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 115.4.2-ci maddəsinin tələbinə əsasən dövriyyədən çıxarılmış əşyalar müvafiq müəssisələrə və ya idarələrə verilməlidir, yaxud məhv edilməlidir. Azərbaycan Respublikası İXM-nin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınmalıdır. Əlimuradov Mövlüd Şirinbala oğlunun Azərbaycan Respublikası İXM-nin 206-cı maddəsində nəzərdə tutulmuş xətanı törətməsinin təsdiq olunması qənaətinə gəlməklə, inzibati xətanın xarakterini, özünün etirafını, törətdiyi əməldən səmimi peşimançılıq keçirməsini, himayəsində yetkinlik yaşına çatmayan övladının olmasını və 2-ci qrup Qarabağ əlili olmasını məsuliyyətini yüngülləşdirən hallar kimi və məsuliyyətini ağırlaşdıran halın olmadığını nəzərə alaraq, məhkəmə hesab edir ki, onun barəsində Azərbaycan Respublikası İXM-nin 206-cı maddəsində nəzərdə tutulan cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilməsi məqsədəmüvafiqdir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İXM-nin 30,40, 43, 48- 51,128-130 və 206-cı maddələrini rəhbər tutaraq, q ə r a r a a l d ı: Əlimuradov Mövlüd Şirinbala oğlu Azərbaycan Respublikası İXM-nin 206-cı maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinib, 400 (dörd yüz) manat məbləğdə cərimə edilsin. İş üzrə maddi sübut olan və Quba rayon Polis şöbəsində saxlanılan Əlimuradov Mövlüd Şirinbala oğlunun üzərindən götürülmüş quru çəkisi 0,828 qram narkotik vasitə olan qurudulmuş marixuana müvafiq qaydada məhv edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Quba Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apelyasiya Məhkəməsinə şikayət və protest verilə bilər. Sədrlik edən: İlqar Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar