Azərbaycan Respublikası adından QƏRAR Quba şəhəri İş № 3(027)-564/2023 26.04.2023 QUBA RAYON MƏHKƏMƏSİ Quba Rayon Məhkəməsinin hakimi Seyidov Vüqar Mircuma oğlu, X3 oğlunun katibliyi, İnzibati xəta haqqında qərardan şikayət verən şəxs X1 iştirakı ilə, X1 İnzibati tənbeh vermə haqqında 06 mart 2023-cü il tarixli, İXP ******* №li qərarından verilmiş şikayətə baxaraq, müəyyənetdim: X2 məhkəməyə şikayət ərizəsi ilə müraciət edərək, barəsində Azərbaycan Respublikası İXM-nin 327.2-ci maddəsi ilə tərtib edilmiş inzibati tənbeh vermə haqqında xx.xx.2023-cü il tarixli İXP ******* nömrəli qərar ləğv edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, o, 06 mart 2023-cü il tarixdə, saat 15 radələrində X6 2.2CDİ markalı, **-HH-*** dövlət qeydiyyat nişanlı avtomobillə Bakı şəhəri Mikayıl Müşfiq küçəsində hərəkət edən zaman DYP yol patrul xidməti əməkdaşı onun avtomobilini saxlamış, idarə etdiyi avtomobilin işıqforun qadağan edici (qırmızı) işığında hərəkət etdiyini bildirmişdir. O, DYP yol patrul xidməti əməkdaşına qırmızı işıqda yolu keçmədiyini, keçdiyinə dair sübut varsa ona təqdim etməyini xahiş etdi. DYP yol patrul xidməti əməkdaşı onu avtomobilinə çağırıb, baqajı açaraq qara qutunu göstərərək qutunun açarının onda olmadığını, ona görə də, görüntünü ona göstərə bilmədiyini bildirdi. O, onunla razılaşmasa da, sənədlərini təqdim etməyini bildirdi. Sənədlərini təqdim edən zaman onun barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsi ilə İXM ******* nömrəli İnzibati xəta haqqında protokol tərtib edərək get məhkəməyə müraciət elə dedi. 20 ildən artıqdır ki, sürücülük hüququ var, yollarda daim diqqətli olmağa çalışmışdır. Törətmədiyi inzibati xətaya görə ona protokol tərtib edilməsi və sübutların ona təqdim edilməməsinə görə mənəvi sarsıntı keçirmişdir. Bundan sonra o, qeyd edilən halın araşdırılması üçün Azərbaycan Respublikası DİN-nə və BDYP-na müraciət etmişdir. Onu 31 mart 2023-cü il tarixdə idarəyə çağırmışlar. 03 aprel 2023-cü il tarixdə idarədə olan zaman video görüntüyə baxdı və orada yaşıl işıq sönüb-yanan zaman keçdiyi aşkar görünür. Qeyd etmək istəyir ki, Bakı şəhərində yolda maşınların hərəkəti intensiv olduğu üçün o, dərhal dayana bilməzdi. O zaman qəza şəraiti yaradardı və baş verən qəzaya görə məsuliyyət daşıyardı. Bundan başqa qanunla ona icazə vardır ki, o, yolunu davam etdirsin. Lakin BDYP-a onunla razılamamışlar. Bu səbəbdən də məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Törətmədiyi inzibati xətaya görə onun cərimə olunmağı ədalətsizlikdir. Göründüyü kimi onun barəsində tərtib etdiyi xx.xx.2023-cü il tarixli, İXP ******* nömrəli inzibati xəta haqqında protokol və həmin tarixli və nömrəli qərar əsassızdır. Məhkəmə iclasında inzibati xəta haqqında qərardan şikayət verən şəxs X2 şikayəti müdafiə edərək bildirdi ki, şikayətində göstərdiyi kimi işıqforun sarı işığında keçmişdir. DYPİ-də araşdırma zamanı bu öz əksini tapmışdır. Polisin çıxardığı qərarı ləğv edib onun hüququnun bərpa edilməsini xahiş edir. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, Bakı şəhər X7 İdarəsi məhkəmə iclasına gəlməmiş və işə təxirə salmaq barədə ondan hər hansı vəsatət daxil olmamışdır. Ona görə də, məhkəmə, Azərbaycan Respublikası İXM-nin 133.2.4-cü maddəsinə əsasən hazırki Bakı şəhər X7 İdarəsinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Şikayət vermiş şəxsi dinləyib və iş üzrə toplanmış sübütlara hüquqi qiymət verərək hesab edirəm ki, X1 şikayəti əsassız olduğundan təmin edilməməlidir. Belə ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərərçəkmiş şəxs, habelə müdafiəçi nümayəndə tərəfindən inzibati xətalar haqqında İşlər üzrə qərarlardan şikayət, prokuror isə protest verə bilər. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 135.1-ci maddəsində inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün, hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması; hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələrin işin faktiki hallarına uyğun olmaması; hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən müəyyən edilmiş iş üçün əhəmiyyətli olan halların sübuta yetirilməməsi; inzibati məsuliyyət müəyyən edən qanunun normasının düzgün tətbiq edilməməsi; tətbiq edilmiş tənbehin bu Məcəllənin 31-34-cü maddələrinin tələblərinə uyğun olmaması; bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş halların müəyyən olunması; bu Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması kimi əsaslar göstərilmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Məhkəmə qeyd edir ki, X1 məhkəmə prosesi zamanı verdiyi izahatında göstərdiyi kimi, işıqforun sarı işığında keçmişdir. Bu hal özünün ifadəsi və DYPİ-də araşdırma zamanı öz əksini tapmışdır. “X5” Azərbaycan Respublikası Qanunun 59-cu maddəsinin 2ci bəndinə əsasən yaşıl rəngli işığın yanıb-sönməsi bu siqnal hərəkətə icazə verir və bildirir ki, onun vaxtı qurtarır, tezliklə qadağan siqnalı yanacaq (yaşıl siqnalın sönməsinə qədər qalan müddəti sürücülərə bildirmək üçün rəqəmli tablo tətbiq edilə bilər) Həmin maddənin 3-cü bəndində əsasən sarı rəngli işığın yanması- bu siqnal hərəkəti qadağan edir və tezliklə siqnalların dəyişəcəyi barədə xəbərdarlıq edir. Buda onu göstərir ki, X2 qərarda göstərilən inzibati xətanı törətmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 84.1-ci maddəsinə əsasən, "İnzibati xətalar haqqında" işə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Şərh edilənlərə əsasən, məhkəmə X1 barəsində Azərbaycan Respublikası İXM-nin 327.2-ci maddəsi ilə tərtib edilmiş inzibati tənbeh vermə haqqında xx.xx.2023-cü il tarixli İXP ******* nömrəli protokol əsasında qəbul edilmiş qərar ləğv edilməsi barədə şikayətin təmin olunmamasını qanuni hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 134.1.1-ci maddələsini rəhbər tutaraq, q ə r a r a a l d ı m: X1 barəsində Azərbaycan Respublikası İXM-nin 327.2-ci maddəsi ilə tərtib edilmiş inzibati tənbeh vermə haqqında xx.xx.2023-cü il tarixli İXP ******* nömrəli protokol əsasında qəbul edilmiş qərar ləğv edilməsi barədə şikayəti təmin olunmasın. Qərarın surəti rəsmi qaydada təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətidə Quba Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Vüqar Seyidov
Məhkəmə qərarları › İş №3(027)-564/2023
Quba Rayon Məhkəməsi Qərar — İş №3(027)-564/2023
26.04.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver