Azərbaycan Respublikası adından QƏRAR Quba şəhəri İş № 3(027)-567/2021 04.08.2021 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Seyidov Vüqar Mircuma oğlunun sədrliyi, Fətəliyev Veysəl Surxay oğlunun katibliyi ilə, Şəxs MMC barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 505-ci maddəsi ilə Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Şimal Ərazi Baş Gömrük İdarəsindən daxil olmuş X3 materiala baxaraq, m ü ə y y ə n e t d i: Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Şimal Ərazi Baş Gömrük İdarəsi tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 505-ci maddəsi üzrə tərtib olunmuş X3 protokola əsasən 01.01.2017-01.01.2019-cu illər ərzində olan fəaliyyətinə dair Şimal Ərazi Baş Gömrük idarəsində aparılmış audit nəticəsində müəyyən olunmuşdur ki, Rusiya Federasiyasında qeydiyyatda olan və hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxs X2 və hüquqi şəxs- "xxxx" MMC tərəfindən Azərbaycan Respublikası, Quba şəhəri, məhəllə 22 ünvanında qeydiyyatda olan hüquqi şəxs-"Pro-Qrup LTD” Məhdud Məsuliyyətli Cəmiyyətinin ünvanına müvafiq olaraq 31.07.2018-ci il tarixli, **********0155 saylı və 29.08.2018-ci il tarixli, **********5402 saylı gömrük bəyannamələri əsasında idxal olunmuş "meşə materialı” yükləri Şimal Ərazi Baş Gömrük idarəsində “sərbəst dövriyyə üçün buraxılış” gömrük prosedurunda rəsmiləşdirilən zaman gömrük orqanına Rusiya Federasiyası mənşəli yük kimi bəyan edilmişdir. Lakin həmin yükləri idxal edən Şəxs MMC həmin yükləri Azərbaycan Respublikası Prezidentinin 27.07.2010-cu il tarixli, 1046 saylı Sərəncamı ilə təsdiq edilmiş “X1 malların mənşə ölkəsinin təyin edilməsi qaydaları haqqında Saziş”in iştirakçısı olmayan, Şotlandiya Respublikasında qeydiyyatda olan “Regiontrade L.P.” şirkəti ilə bağladığı 20.02.2018-ci il tarixli 15/02-18 və 05.09.2017-ci il tarixli 130 saylı müqavilələr əsasında idxal etdiyi üçün, həmin gömrük bəyannamələri üzrə ümumilikdə 2708,71 manat (iki min yeddi yüz səkkiz manat yetmiş bir qəpik) məbləğində gömrük ödənişini ödəməkdən yayınmışdır. Məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi xəbardarlıq edilmiş X3 protokolu tərtib etmiş Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Şimal Ərazi Baş Gömrük İdarəsi və barəsində X3 icraat aparılan Şəxs MMC–nin nümayəndələri məhkəməyə gəlməmiş, gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verilməmişlər. Məhkəmə işə İnzibati Xətalar Məcəlləsinin 64.3-cü maddəsinə əsasən onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan Şimal Ərazi Baş Gömrük İdarəsinin rəisinə göndərilmiş 21.06.2021-ci il tarixli, 34/012/003837 №li Raportda qeyd edilmişdir ki, Dövlət Gömrük Komitəsinin Sədrinin 24.10.2019-cu il tarixli 1000/1294Ş saylı əmrinin icrası ilə əlaqədar olaraq bildirirəm ki, Dövlət Gömrük Komitəsinin 08.02.2019-cu il tarixli 1000/039 nömrəli sərəncamına əsasən Şimal Ərazi Baş Gömrük İdarəsinin 01.01.2017-ci il tarixdən 01.01.2019-cu il tarixədək dövr ərzində fəaliyyətinin auditinin nəticəsinə görə "xxxx" MMC tərəfindən 31.07.2018-ci il tarixli **********0155, və 29.08.2018-ci il **********5402 saylı gömrük bəyannamələri ilə rəsmiləşdirilən 2 (iki) vaqon taxta yükü 20.02.2018-ci il tarixli 15/02-18 və 05.09.2017-ci il tarixli 130 saylı Regiontrade” L.P. (Şotlandiya) təşkilatı ilə bağlanmış müqavilələr əsasında idxal olunmuşdur. Yükün rəsmiləşdirilməsi zamanı "X1 malların mənşə ölkəsinin təyin edilməsi qaydaları haqqında" Azərbaycan Respublikasi Prezidentinin 27.07.2010-cu il tarxili 1046 saylı sazişin təsdiq edilməsi barədə sərəncamının tələbləri pozulması ilə əlaqədar 2,708.71 AZN gömrük borcu yaranmışdır. Cəmiyyətin hüquqi ünvanına 26.02.2020-ci il tarixli 1700-012/002-24/000733 və rəhbərin ünvanına isə 27.04.2021-ci il tarixli 1700-012/003-26/002020 nömrəli məktublar göndərilmiş, lakin bu vaxtadək gömrük borcunun ödənilməsi ilə bağlı Baş İdarəyə cəmiyyət tərəfindən müraciət olmamışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 505-ci maddəsinə əsasən gömrük ödənişlərini (borcunu) ödəməkdən yayınmağa görə, bu az miqdarda olduqdaödənilməli olan gömrük ödənişlərinin məbləğinin yetmiş faizindən yüz əlli faizinədək məbləğdə cərimə nəzərdə tutur. İş materiallarında olan 01400-0828/21 saylı protokoldan görünür ki, Şəxs MMC barəsində Azərbaycan Respublikası İXM-nin 505-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi haqqında 05.07.2021-ci tarixdə X3 protokol tərtib olunmuşdur. Məhkəmə iş materiallarını araşdıraraq, işdəki sübutlara hüquqi qiymət verərək, hesab edir ki, hazırkı inzibati iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 38.1-ci maddəsinə əsasən Yol hərəkəti qaydaları, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları, gömrük qaydaları, ətraf mühitin qorunması qaydaları, xarici dövlətlərin qeyri-hökumət təşkilatlarının filial və ya nümayəndəliklərinin fəaliyyət göstərməsi qaydaları, qrant müqavilələrinin (qərarlarının) qeydə alınması qaydaları, eləcə də maliyyə, vergilərin və rüsumların ödənilməsi qaydaları əleyhinə olan inzibati xətalara görə, habelə hüquqi şəxslərin dövlət reyestri üçün zəruri məlumatların verilməməsinə, hüquqi şəxslərin dövlət qeydiyyatı zamanı yanlış məlumatların verilməsinə, qeyri-hökumət təşkilatları haqqında və cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında, həmçinin dərman vasitələri haqqında qanunvericiliyin, habelə əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında olması və yaşaması qaydalarının, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin işə cəlb edilməsi qaydasının pozulmasına, xırda talamaya görə inzibati tənbeh inzibati xətanın törədildiyi gündən ən geci bir il keçənədək verilə bilər. İş materiallarından göründüyü kimi, inzibati xəta hadisəsi 31.07.2018-ci il və 29.08.2018-ci il tarixlərdə baş verdiyi halda Şəxs MMC barəsində inzaibati xəta haqqına protokol 05.07.2021-ci il tarixdə tərtib olunmuşdur. Qanunvericiliyin tələbinə əsasən inzibati xətaya görə protokol ən geci bir il keçənədək, yəni 29.08.2019-cu il tarixə dək inzibati tənbeh verilməsi üçün aidiyyatı üzrə göndərilməli olduğu halda, həmin müddət ötürülmüş X3 protokol məhkəməyə 22.07.2021-ci il tarixdə göndərilmiş, bununla da, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 38-ci maddəsində nəzərdə tutulmuş müddət ötürülmüşdür. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.1.6-cı maddəsinə əsasən bu Məcəllənin 38-ci maddəsində nəzərdə tutulmuş müddətlər başa çatdıqda, inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanılmış icraata isə xitam verilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114.2.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda, X3 iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Həmin Məcəllənin 106.0.4-cü maddəsinə əsasən hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xətalar haqqında işlərə baxarkən işin icraatını rədd edən halların mövcud olub-olmaması məsələsini həll edir. Beləliklə hesab edirəm ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 38-ci maddəsində nəzərdə tutulmuş inzibati məsuliyyətə cəlb etmə müddəti keçdiyinə görə Şəxs MMC-nin Azərbaycan Respublikası İXM-nin 505-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb olunması barədə Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Şimal Ərazi Baş Gömrük İdarəsindən daxil olmuş X3 iş üzrə icraata Azərbaycan Respublikası İXM-nin 53.1.6-cı maddəsinə əsasən xitam verilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İXM-nin 32, 33, 114, 115, 117-ci maddələrini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l d ı: Şəxs MMC barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 505-ci maddəsi ilə Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Şimal Ərazi Baş Gömrük İdarəsindən daxil olmuş X3 iş üzrə icraata xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində qərarı qəbul etmiş hakim vasitəsilə və ya Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Sədrlik edən: Vüqar Seyidov
Məhkəmə qərarları › İş №3(027)-567/2021
Quba Rayon Məhkəməsi Qərar — İş №3(027)-567/2021
04.08.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver