Azərbaycan Respublikası adından QƏRAR Quba şəhəri İş № 3(027)-567/2022 29.06.2022 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov İlqar Aslan oğlunun sədrliyi, Hacıyev Əmiraslan Arif oğlunun katibliyi, X1 iştirakı ilə, X1 Azərbaycan Respublikası DİN-nin Quba rayon PŞ-nin DYPX-nin inzibati xəta haqqında İXP4485871 saylı, xx.xx.2022-ci il tarixli protokolun ləğv edilməsi barədə şikayətinə və ona əlavə edilmiş sənədlərə açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi : Azərbaycan Respublikası DİN-nin Quba rayon PŞ-nin DYPB tərəfindən tərtib edilmiş İXP4485871 saylı, xx.xx.2022-ci il tarixli inzibati xəta haqqında protokoldan görünür ki, X2 Azərbaycan Respublikasının İXM-nin 329.1-ci maddələrinin tələbini pozmuşdur. Hal-hazırda X2 şikayət ilə müraciət edərək, Azərbaycan Respublikası DİN-nin Quba rayon PŞ-nin DYPX-nin inzibati xəta haqqında İXP4485871 saylı, xx.xx.2022-ci il tarixli protokolun ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmədə X2 şikayətini mdafiə edərək barəsində tərtib edilmiş Quba rayon PŞ-nin DYPX-nin İXP ******* saylı, xx.xx.2022-ci il tarixli İnzibati xəta haqqında protokolunun ləğv edilməsi bаrədə qərаr qəbul еdilməsini məhkəmədən xаhiş еtdi. X2 şikayətində göstərmişdi ki, xx.xx.2022-ci il tarixdə saat 10-1100 radələrində idarə etdiyi Niva markalı 40BN103 dövlət nömrə nişanlı avtomaşınla Quba rayon Qırmızı-Sloboda qəsəbəsi S.Vurğun küçəsi ilə Xudat şəhəri istiqamətinə hərəkət edib, bu vaxt DYP-nin əməkdaşları ona saxlama işarəsi veriblər, o avtomaşını saxlayıb onlara yaxınlaşıb, DYP əməkdaşları özlərini təqdim etmədən ona təhlükəsizlik kəmərindən istifadə etməməyini qüsur tutublar, onlara bildirib ki, o təhlükəsizlik kəmərindən istifadə edib və inanmırsızsa video görüntü ilə baxa bilərsiniz, polis əməkdaşları onu təhqir edib əli ilə ged deyiblər və onlardan biri ona deyib ki, sənə protokol yazdıq, o onlara etirazını bildirib, ona protokol mesajla göndərildikdən sonra o 103 xidmətinə dəfələrlə zəng vurub, şikayət edib, lakin ona hər dəfə araşdırırıq deyərək başdan sovdu cavab veriblər, ona görə də Quba DYPX-nin əməkdaşlarının qanunsuz hərəkətləri barədə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə şikayət ərizəsi yazıb və xx.xx.2022-ci il tarixdə ərizə Nazirliyə daxil olub, lakin tədbir görən olmayıb, ona görə də 2022-ci ilin may ayında Quba rayon Məhkəməsinə şikayət ərizəsi yazıb və Quba rayon Məhkəməsi 25 may 2022-ci il tarixli məktubu ilə ona qanunvericilik qaydasında müraciət etməyi tövsiyyə etdilər, ona görə də hazır ki, ərizə ilə məhkəməyə müraciət edirək, bildirir ki, xx.xx.2022-ci il tarixli protokol qanunsuzdur. O,Azərbaycan Respublikası İXM-nin 329.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməyib, ona görə də həmin protokol ləğv edilməlidir və göstərilənləri nəzərə alaraq, Quba rayon PŞ-nin DYPX tərəfindən barəsində tərtib edilmiş İXP ******* saylı, xx.xx.2022-ci il tarixli İnzibati xəta haqqında protokolun ləğv edilməsi bаrədə qərаr qəbul еdilməsini məhkəmədən xаhiş еtmişdi. İşə baxılmasının yeri və vaxtı barədə Azərbaycan Respublikası DİN-nin PŞ-nə məlumat verilsə də, Azərbaycan Respublikası DİN-nin Quba rayon PŞ-nin nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş və işə baxılmasının təxirə salınması haqqında məhkəməyə vəsatət verməmişdir. Belə olan halda, məhkəmə Azərbaycan Respublikası DİN-nin Quba rayon PŞ-nin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab edir. İşin bütün hallarının məcmusuna hərtərəfli, tam və obyektiv baxaraq və iş üzrə olan sübutları qiymətləndirərək, məhkəmə belə nəticəyə gəlir ki, X1 Azərbaycan Respublikası DİN-nin Quba rayon PŞ-nin DYPX-nin inzibati xəta haqqında İXP4485871 saylı, xx.xx.2022-ci il tarixli protokolunun ləğv edilməsi barədə şikayəti təmin edilməməlidir. Belə ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərərçəkmiş şəxs, habelə müdafiəçi nümayəndə tərəfindən inzibati xətalar haqqında İşlər üzrə qərarlardan şikayət, prokuror isə protest verə bilər. Göründüyü kimi qanunvericilikdə ancaq inzibati xətalar haqqında İşlər üzrə qərarlardan şikayət nəzərdə tutulmuşdur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında İşlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 84.1-ci maddəsinə əsasən, "İnzibati xətalar haqqında" işə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Şərh edilənlərə əsasən, məhkəmə X1 Azərbaycan Respublikası DİN-nin Quba rayon PŞ-nin DYPX-nin inzibati xəta haqqında İXP4485871 saylı, xx.xx.2022-ci il tarixli protokolunun ləğv edilməsi barədə şikayətinin təmin olunmamasını qanuni hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 128.1,357, 360, 364, 426-427 və 430-432, 436-cı maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı : X1 Azərbaycan Respublikası DİN-nin Quba rayon PŞ-nin DYPX-nin inzibati xəta haqqında İXP4485871 saylı, xx.xx.2022-ci il tarixli protokolun ləğv edilməsi barədə şikayəti təmin olunmasın. Qərarın surəti rəsmi qaydada təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətidə Quba Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: İlqar Məmmədov
Məhkəmə qərarları › İş №3(027)-567/2022
Quba Rayon Məhkəməsi Qərar — İş №3(027)-567/2022
29.06.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver