Məhkəmə qərarları › İş №3(027)-568/2024

Quba Rayon Məhkəməsi Qərar — İş №3(027)-568/2024

05.07.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Quba şəhəri İş № 3(027)-568/2024 05.07.2024 QUBA RAYON MƏHKƏMƏSİ İş № 3(027)-568/2024 İnzibati xəta haqqında iş üzrə QƏRAR 05 iyul 2024-cü il Quba şəhəri Quba Rayon Məhkəməsi Quba Rayon Məhkəməsinin hakimi Seyidov Vüqar Mircuma oğlu, Fətəliyev Veysəl Surxay oğlunun katibliyi, Protokolu tərtib edən X1, Zərərçəkmiş şəxs, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs iştirakı ilə, xx.xx.1981-ci ildə Quba rayonu, Rustov kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, Quba rayonu, Rustov kəndində qeydiyyatda olan və yaşayan Şəxs haqqında Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə Quba Rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, m ü ə y y ə n e t d i: Quba Rayon Polis Şöbəsindən daxil olan inzibati xəta haqqında materiala əsasən, Şəxs xx.xx.2024-cü il tarixdə, saat 01:00 radələrində Quba rayonu, Rustov kəndində sərxo vəziyyətdə şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı arvadı Zərərçəkmiş şəxs döyərək, dərəcəsi təyin olunmayan bədən xəsarəti yetirmişdir. Bununla bağlı Quba Rayon Polis Şöbəsinin İTB-nin sahə rəisi polis baş-leytenantı X3 tərəfindən Şəxs barəsində 05 iyul 2024-cü il tarixdə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə inzibati xəta haqqında MN 1663929-3181 nömrəli protokol tərtib olunaraq, baxılması üçün Quba Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs bildirdi ki, xx.xx.2024-cü il tarixdə Quba rayonu, Rustov kəndində aralarında yaranmış mübahisə zamanı arvadı Zərərçəkmiş şəxs döyməmişdir. Zərərçəkmiş şəxs psixoloji çatışmazlıq olduğundan o öz başına evi tərk edərək naməlum istiqamətlərə gedir və bununla bağlı onun valideynlərinə dəfələrlə bildirmişdir. Onun bədənində olan xəsarətlər çox güman ki, yıxılaraq olmuşdur. Məhkəmə iclasında Zərərçəkmiş şəxs bildirdi ki, xx.xx.2024-cü il tarixdə Quba rayonu, Rustov kəndində aralarında yaranmış mübahisə zamanı yoldaşı Şəxs onu döymüşdür. Məhkəmə iclasında iştirak edən Quba RPŞ-nin polis sahə inspektoru X3 göstərilən xüsusatları təsdiq edərək protokolun onun tərəfindən tərtib edildiyini bildirdi. İş materiallarında olan Quba RPŞ-nin TQ-nun təhqiqatçısı X6 tərəfindən qəbul edilmiş cinayət işinin başlanmasının rədd edilməsi barədə 12 may 2024-cü il tarixli qərardan görünür ki, Şəxs əməlində cinayət tərkibi deyil, Azərbaycan Respublikası İXMnin 157-ci maddəsinin tərkibi olduğundan barəsində cinayət işinin başlanması rədd edilmiş, inzibati tədbir görülməsi üçün qərarın surəti RPŞ-nin İTB-nə (X2) göndərilmişdir. İş materiallarında olan barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs və zərərçəkmiş şəxs X4 tərəfindən verilmiş ərizələrdən görünür ki, onlar barışmışdır və Şəxs barəsində olan inzibati işin icraatına xitam verilməsi xahiş olunmuşdur. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərərçəkmiş şəxsin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsinə əsasən döymə və sair zorakı hərəkətlərlə qəsdən fiziki ağrı yetirməyə görə məsuliyyət nəzərdə tutulmuşdur. Eyni zamanda Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.1.9-cu maddəsinə əsasən bu Məcəllənin 157 və 158-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda, inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Beləliklə, məhkəmə hesab edir ki, Şəxs zərərçəkmiş şəxslə barışdığını və zərərçəkmiş şəxsin ona qarşı heç bir tələb və şikayətinin olmadığını nəzərə alaraq, yuxarıda göstərilən qanun normalarına əsasən Şəxs barəsində başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməli və o, inzibati məsuliyyətdən azad edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53, 114, 115, 117-ci maddələrini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l d ı: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin və o, inzibati məsuliyyətdən azad edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində qərarı qəbul etmiş hakim vasitəsilə və ya Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Sədrlik edən: Vüqar Seyidov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar