Məhkəmə qərarları › İş №3(027)-569/2020

Quba Rayon Məhkəməsi Qərar — İş №3(027)-569/2020

29.07.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Quba şəhəri İş № 3(027)-569/2020 29.07.2020 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov İlqar Aslan oğlunun sədrliyi, Hacıyev Əmiraslan Arif oğlunun katibliyi ilə, X2 Azərbaycan Respublikası DİN BDYPİ tərəfindən tərtib edilmiş xx.xx.2020-ci il tarixli inzibati xəta haqqında qərarın ləğv edilməsi barədə ərizəsinə və ona əlavə edilmiş sənədlərə açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi : X4 ərizə ilə müraciət edərək Azərbaycan Respublikası DİN BDYPİ tərəfindən tərtib edilmiş İXP ******* saylı protokol əsasında qəbul edilmiş xx.xx.2020-ci il tarixli qərarın ləğv edilməsi və iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şikayət vermiş şəxs X4 ərizəsində göstərmişdir ki, xx xxxx 2020-ci il tarixdə o, “xxxxxxx” KB ASC-yə məxsus “Mitsubishi L200” markalı **-AL-*** dövlət nömrə nişanlı avtomobillə hərəkət edərkən, Ramana qəsəbəsinin çıxışından aeroport yoluna doğru gedərkən yol patrul xidməti tərəfindən qurulmuş postda saxlanılmış. Ondan karantinlə əlaqədar evdən çıxmaqla bağlı icazəsinin olub-olmadığı soruşuldu. O, isə “xxxxxxx” KB ASC-də sürücü işlədiyini bildirib və bununla bağlı iş icazəsini rəsmi qaydada təqdim etmişdi. Buna baxmayaraq polis əməkdaşı barəsində İXM-nin 211-ci maddəsinin tələbinin pozulması ilə bağlı qərar qəbul etdi. Həmin qərarın surəti isə sonda ona təqdim edilmədi. Yalnız həmin gün ərzində barəsində ******* saylı inzibati xəta haqqında portokolun tərtib olunması haqda mobil telefonuna sms vasitəsilə göndərildi. Hesab edir ki, heç bir inzibati xəta törətmədiyindən əsassız olaraq barəsində qəbul edilmiş xx.xx.2020-ci il tarixli protokol ləğv edilməlidir. Belə olan halda, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə görə yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. 5-ci maddəsinə görə insan və vətəndaş hüquqları və azadlıqları ali dəyərə malikdir. Bu hüquqların və azadlıqların pozulmasına yol verən bütün dövlət orqanları, qurumlan və vəzifəli şəxslər məsuliyyət daşıyırlar. Bu Məcəllə insan və vətəndaş hüquqlarının və azadlıqlarının dövlət orqanları, qurumlan və vəzifəli şəxslər tərəfindən pozulmasının qarşısının alınmasını və onlara hörmət olunmasım təmin edir. İnzibati xətalar haqqında işlər üzrə icraatm təmin olunması tədbirləri tətbiq edilərkən insan ləyaqətini alçaldan qərarların verilməsinə və hərəkətin edilməsinə yol verilmir. 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllə ilə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimim-səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyltə cəlb olunmuş şəxs-öz təqsirsizliyini sübut etməyə borclu deyildir. 8.3-cü maddəsinin tələbinə görə inzibati məsuliyyətə cəlb olunan şəxs təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunur. 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqmda tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun olmalıdır. Göründüyü kimi, insan və vətəndaş hüquq və azadlıqlarını ali dəyər kimi qiymətləndirib insan və vətəndaş hüquqlarını və azadlıqlarını, şəxslərin iqtisadi maraqlarını, idarəçilik qaydalarını qorumağı, qanunçuluğu möhkəmləndirməyi və inzibati xətaların qarşısını almağı vəzifə kimi müəyyən edən İXM-yə görə, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb oluna bilər. Həmçinin qanunvericiliyə görə sübutetmə vəzifəsi vəzifəli şəxsin üzərinə qoyulub və manim karantin rejimi qaydalarım pozmağım vəzifəli şəxs tərəfindən sübut edilməlidir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin tələblərinə əsasən inzibati xəta hadisəsi olmadıqda inzibati xəta haqqmda iş üzrə icraata xitam verilir. Ərizəsinə əlavə edilmiş sənədlərdən görünür ki, xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixinədək onun rəsmi olaraq icazəsi olmuş və bu icazə sistemdə təsdiq edilmişdir. Belə olduğu halda yəni, həm kağız daşıyıcı formasında, həm də elektron sistemdə icazəsi olduğu halda onun inzibati məsuliyyətə cəlb edilməyi qanunsuz hesab olunmalıdır. Məcəlləsinin 53.0.1 və 53.0.2-ci maddələrinə əsasən, inzibati xəta hadisəsi olmadıqda və ya inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqmda işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 9.1-ci maddəsində göstərilir ki, inzibati xəta törətmiş şəxs haqqmda tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 21-ci maddəsində isə göstərilmişdir ki, İnzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Göstərilənlərə əsasən yuxarıda qeyd edilənlərə əsasən barəsində İXP ******* saylı protokol əsasında qəbul edilmiş inzibati xəta haqqında xx.xx.2020-ci il tarixli qərarın ləğv edilməsi və iş üzrə icraata xitam verilməsi məhkəmədən xаhiş еdilmişdi. İşə baxılmasının yeri və vaxtı barədə X3 və Azərbaycan Respublikası DİN BDYPİ-nə məlumat verilsə də, X4 və Azərbaycan Respublikası DİN BDYPİ -nin nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş və işə baxılmasının təxirə salınması haqqında məhkəməyə vəsatət verbəbişdir. Belə olan halda, məhkəmə X2 və Azərbaycan Respublikası DİN BDYPİ-nin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə iş sənədini tam, hərtərəfli və obyektiv tədqiq edərək hesab edir ki, hazırki inzibati xəta haqqında iş üzrə qəbul edilmiş qərar Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin tələblərinin kobud surətdə pozularaq tərtib edildiyindən şikayət ərizəsi qismən təmin edilməlidir. Belə ki, iş sənədlərinə əlavə edilmiş Elektron Hökümətin İnkişaf Mərkəzinin icaza.e-qov.az sənədin surətindən görünür ki, X3 xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixə kimi icazə verilmişdir. İşdə olan Azərbaycan Respublikası DİN BPQMİ-nin MARS şöbəsinin arayışından görünür ki, X1 rayonu İspik kəndində qeydiyyatdadır. Azərbaycan Respublikası İXM-nin 131.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə daxil olduğu gündən on gün müddətində baxılır. Azərbaycan Respublikası İXM-nin 135.1.6-cı maddəsinə əsasən bu Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulmas, inzibati məsuliyyət müəyyən edən qanunun normasının düzgün tətbiq edilməməsi inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. Azərbaycan Respublikası İXM-nin 134.1.4-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətlərə və ya protestə baxarkən məhkəmə, bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edir. Məhkəmə, iş sənədlərini tam, hərtərəfli və obyektiv tədqiq edərək hesab edir ki, Azərbaycan Respublikası DİN BDYPİ tərəfindən tərtib edilmiş İXP ******* saylı protokol əsasında qəbul edilmiş xx.xx.2020-ci il tarixliinzibati xəta haqqında qərar qərar ləğv edilməli və inzibati işin yenidən araşdırılması üçün Azərbaycan Respublikası DİN BDYPİ-nə göndərilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 131, 134.1.4 və 135.1.6-cı maddələrini rəhbər tutaraq, Qərara aldı : X2 şikayət ərizəsi qismən təmin edilsin. Azərbaycan Respublikası DİN BDYPİ tərəfindən tərtib edilmiş İXP ******* saylı protokol əsasında qəbul edilmiş xx.xx.2020-ci il tarixliinzibati xəta haqqında qərar ləğv edilsin və inzibati iş yenidən araşdırılması üçün Azərbaycan Respublikası DİN BDYPİ-nə göndərilsin. Qərarın surəti rəsmi qaydada təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətidə Quba Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: İlqar Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar