Məhkəmə qərarları › İş №3(027)-569/2024

Quba Rayon Məhkəməsi Qərar — İş №3(027)-569/2024

05.07.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Quba şəhəri İş № 3(027)-569/2024 05.07.2024 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Babayev Aydın Vahid oğlunun sədrliyi, Hacıyev Əmiraslan Arif oğlunun katibliyi ilə, Protokol tərtib edən Quba RPŞ-nin İTB-nin polis sahə rəisi X2, Zərərçəkmiş şəxs, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx.xx.1978-ci ildə Quba rayonu, Bərqov kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, Fin: xxxxxxx, orta təhsilli, evli, fərdi əməklə məşqul olan, Quba rayonu, Bərqov kəndində qeydiyyatda olan və yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsilə Quba rayon Polis şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: Quba RPŞ-dən daxil olmuş inzibati xəta haqqında xx.xx.2024-cü il tarixli, MN ******* saylı protokola əsasən Şəxs xx.xx.2024-cü il tarixdə, saat 02 radələrində Quba rayonu, Bərqov kəndində həmkəndlisi Zərərçəkmiş şəxs yaşadığı evə gələrək şəxsi münasibətlər zəmnində onu döyərək bədən xəsarətləri yetirmişdir. Məhkəmədə inzibati xəta haqqında protokol tərtib edən X5 izahatında bildirmişdir ki, Quba rayonu Bərqov kənd sakini X3 ***-***-**-** nömrəsindən zəng edərək, Vəsilə adlı qadının onu qab ilə vurub xəsarət yetirməsi barədə məlumat vermişdir. Protokol təhqiqatçının qərarına əsasən tərtib etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü təqsirli bilərək izahatında bildirmişdir ki, 07 may 2024-cü il tarixdə, saat 02 radələrində ərinin Badamın həyətinə girdiyini görmüş, arxası ilə evə girmiş və əri Vahid bu zaman ondan getməsini tələb etmişdir. Bu zaman mübahisə düşmüşdür və kimə xəsarət yetirməsini xatırlamır. Əməlindən peşman olduğunu bildirmiş və məhkəməyə ərizə təqdim edərək zərərçəkmişlə barışdığı üçün inzibati material üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs oğlu izahatında bildirmişdir ki, 07 may 2024-cü il tarixdə, saat 02 radələrində yaşadığı evdə həmkəndlisi Şəxs üzərinə hücum edib ərinin onun yanında olduğunu iddia edib onu təhqir etmişdir. Daha sonra saçından dartmış, televizoru dartıb yerə atmış, daha sonra əlində nə varsa ona yaxınlaşıb gözündən, başından vurmuşdur. Sonra dəhlizdə olan masanı dartıb qaldırmış və masa çırağa dəyib qırmışdır. Onu nalayiq ifadələrlə təhqir etmişdir. Həmin vaxt yanında nəvəsi X4 və digər nəvəsi X1 olub və bütün olanları görmüşlər. O, Vəsiləni vurmamış və təhqir etməmişdir. Ərizə təqdim edərək barışdıqları üçün şikayətçi olmadığını bildirmiş və inzibati material üzrə icraata xitam verilməsini xahiş etmişdir. İş materialında olan MTE və PAB Quba rayon şöbəsinin 324 nömrəli, 08 may 2024-cü il tarixli ekspert rəyindən göründüyü kimi, Zərərçəkmiş şəxs bədəni üzərində aşkar olunan xəsarətləralnında sağda qançır, sol gözün ağlı qişasında qansızma küt əşyanın təsirindən törənməklə yetirilmə müddəti qərarda göstərilən vaxta, yəni 07 may 2024-cu il tarixə uyğün gəlir və sağlamlığa zərər vurmadıqlarından dərəcəsi təyin olunmayan xəsarətlər növünə aiddir. İş materiallarında olan cinayət işinin başlanmasının rədd edilməsi barədə 17 may 2024-cü il tarixli qərardan göründüyü kimi, Şəxs Zərərçəkmiş şəxs ümumilikdə 650 manat maddi ziyan vurması ilə əlaqədar barəsində cinayət işinin başlanılması rədd edilməli, qərarın surəti barəsində AR İXM-nin 232-1 maddəsi ilə inzibati tədbir görülməsindən ötrü Quba RPŞ-nə İTB-nə göndərilməsi qərara alınmışdır. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsi, zərərçəkmiş şəxsi və protokolu tərtib etmiş şəxsin izahatlarını dinləyib, işdə olan sənədlərini tam, hərtərəfli və obyektiv tədqiq edərək və zərərçəkmiş şəxslə barəsində inzibati icraat aparılan şəxsin barışmalarını nəzərə alaraq hesab edir ki, Şəxs inzibati məsuliyyətdən azad edilməli və barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 39.1-ci maddəsinə əsasən, bu Məcəllənin 157 və 158-ci maddələrində nəzərdə tutulmuş inzibati xəta haqqında iş üzrə icraat yalnız zərərçəkmiş şəxsin ərizəsinə əsasən başlanır, zərərçəkmiş şəxslə barəsində inzibati icraat aparılan şəxs barışdıqda isə həmin iş üzrə icraata xitam verilir. Habelə, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.1.9-cu maddəsinə əsasən bu Məcəllənin 157 və 158-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Şərh edilənləri və barışıq ərizələrini nəzərə alaraq, məhkəmə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmiş Şəxs inzibati məsuliyyətdən azad edilməsini və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini məqsədəmüvafiq hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 39, 157 və 114-115-ci maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmiş Şəxs zərərçəkmiş şəxslə barışdığı üçün inzibati məsuliyyətdən azad edilsin və inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə Quba Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Sədrlik edən: Aydın Babayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar