Məhkəmə qərarları › İş №3(027)-57/2021

Quba Rayon Məhkəməsi Qərar — İş №3(027)-57/2021

19.06.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Quba şəhəri İş № 3(027)-57/2021 19.06.2021 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Həsənov Rahim Təşəkkül oğlunun sədrliyi, X14 oğlunun katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs iştirakı ilə, xx.xx.1966-cı ildə Quba rayonu, şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, Bakı şəhəri, Yasamal rayonu, 5-ci Yasamal, 126 ünvanlnda qeydiyyatda olan və Quba şəhəri, Xətai küçəsi ev 2 saylı ünvanda yaşayan (X5 xxxxxxx) Şəxs haqqında Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə Quba rayon İcra və probasiya Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, m ü ə y y ə n e t d i: Quba rayon İcra və probasiya Şöbəsindən daxil olan inzibati xəta haqqında materiala əsasən Şəxs Quba rayon Məhkəməsinin 08.06.2011-ci il tarixli, 2(027)-61/2011 saylı icra sənədinin icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərini yerinə yetirməmişdir. Bununla da Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Bu barədə Quba rayon İcra və probasiya Şöbəsinin icra məmuru Vahid Məmmədov tərəfindən 13.01.2021-ci il tarixdə inzibati xəta haqqında MN ******* nömrəli protokol tərtib olunaraq, baxılması üçün Quba rayon Məhkəməsinə göndərilmişdir. 13.01.2021-ci il tarixdə keçirilmiş məhkəmə iclasında Quba rayon İcra və probasiya Şöbəsinin icra məmuru Vahid Məmmədov məhkəməyə verdiyi izahatında göstərdi ki, Quba Rayon Məhkəməsi tərəfindən verilən 08.06.2011-ci il tarixli, 2(027)-61 saylı icra sənədinə əsasən X2 şəhəri, Xətai küçəsi 2 saylı ünvanda yerləşən yaşayış evinin və həyətyanı torpaq sahəsinin mülkiyyət hüququ üzrə X1 məxsus hissəsindən çıxarılmalıdır. Vurulmuş maddi və mənəvi ziyana görə borclular X3 2500 manat, Şəxs 3000 manat məbləğində pul alınaraq X1 verilməlidir. ünvan 3 ünvandakı yaşayış evinin X1 aid olan hissədə yaranmış kommunal (qaz, su-kanalizasiya, elektrik) və digər vergi xərcləri üzrə qətnamə icra olunan günədək yaranmış borclarının ödənilməsi X7 aid edilməlidir. ünvan 3 evin tələbkar Kimya Abdullayevaya aid hissəsinin həyət qapısının və mənzilinin açarları borclulardan alınaraq tələbkar Kimya Abdullayevaya verilməlidir. Borclulara tapşırılmalıdır ki, mənzilin tələbkara aid hissəsində təmirabadlıq işlərinin aparılması zamanı onlara maneə olmaqdan çəkinməlidirlər.ünvan 3 ünvandakı miras mülkün hasarla bölünməsi (mərz çəkilməsi) xərclərinin ½ hissəsi borclu X3 alınmaqla onun hesabına edilməlidir. Həmin icra sənədinə əsasən başlanılmış icraat zamanı Şəxs 3000 manat məbləğində pul alınaraq X1 verilməsi təmin edilmişdir. Sonradan iş üzrə borclu X6 vəfat etdiyi məlum olmuşdur. Qanunvericiliyə uygun olaraq ölmüş fiziki şəxsin vərəsələri ilə əvəz edilməsi istiqamətində zəruri icra hərəkətləri həyata keçirilmişdir. Keçirilmiş icra hərəkətləri nəticəsində Bakı şəhəri, Yasamal rayonu, 19 saylı Notariat ofisinin qanun üzrə vərəsəlik hüququna dair 27 08.2020-ci il tarixli şəhadətnaməyə əsasən Bakı şəhər sakinləri Şəxs, X10 və X8 borclu, mərhum X6 qanuni vərəsələri olması müəyyən edilmişdir. Ona görədə tələbin tam təmin edilməsi üçün “İcra Haqqında" Azərbaycan Respublikası qanununun 31ci maddəsinə əsasən iş üzrə borclu (mərhum) X6 qanuni vərəsələri kimi Şəxs, X10, X13 07.01.2021-ci il tarixli qərarla əvəz edilmiş və onlar icraatda borclu qismində tanınmışdır. İcraat zamanı boclu Şəxs şöbəyə dəvət olunmuş və ona icra sənədi üzrə tələbkar Kimya Abdullayevaya ödənilməli olan 2500 manat pul vəsaitini ödəməsi təklif olunmuşdur. Lakin borclu Şəxs müxtəlif bəhanələr irəli sürərək tələbi təmin etməkdən yayınmağa çalışmışdır. Qeyd olunanları nəzərə alaraq Şəxs barəsində İnzibati Xətalar Məcəlləsinin tələblərinə uyğun tədbir görülməsini xahiş etdi. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahat verərək göstərdi ki, Quba Rayon Məhkəməsi tərəfindən verilən 08.06.2011-ci il tarixli, 2(027)-61 saylı icra sənədinə əsasən X2 şəhəri, Xətai küçəsi 2 saylı ünvanda yerləşən yaşayış evinin və həyətyanı torpaq sahəsinin mülkiyyət hüququ üzrə X1 məxsus hissəsindən çıxarılmalıdır. Vurulmuş maddi və mənəvi ziyana görə borclular X3 2500 manat, Şəxs 3000 manat məbləğində pul alınaraq X1 verilməlidir. ünvan 3 ünvandakı yaşayış evinin X1 aid olan hissədə yaranmış kommunal (qaz, su-kanalizasiya, elektrik) və digər vergi xərcləri üzrə qətnamə icra olunan günədək yaranmış borclarının ödənilməsi X7 aid edilməlidir. ünvan 3 evin tələbkar Kimya Abdullayevaya aid hissəsinin həyət qapısının və mənzilinin açarları borclulardan alınaraq tələbkar Kimya Abdullayevaya verilməlidir. Borclulara tapşırılmalıdır ki, mənzilin tələbkara aid hissəsində təmirabadlıq işlərinin aparılması zamanı onlara maneə olmaqdan çəkinməlidirlər.ünvan 3 ünvandakı miras mülkün hasarla bölünməsi (mərz çəkilməsi) xərclərinin ½ hissəsi borclu X3 alınmaqla onun hesabına edilməlidir. Bildirmişdir ki, həmin icra sənədi ilə razı deyildir və icra sənədində göstərilən borcu ödəməyəcəkdir. Bundan başqa qeyd etmişdir ki, o, məhkəmədən qaçıb gizlənməmişdir. Odur ki, qərar qəbul edilərkən, qeyd olunanların nəzərə alınmasını xahiş etdi. Müvafiq qaydada işə baxılmasının yeri və vaxtı barədə xəbərdar olunmuş zərərçəkmiş şəxs X4 məhkəmə iclasına gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 62.4-cü maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə izahatları dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsində təqsirli olması sübuta yetirilir. Bundan başqa, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs 13.01.2021-ci il tarixdə məhkəmə prosesində zərəçəkmiş şəxslə barışıq əldə edilməsi üçün ona 1 gün vaxt verilməsini xahiş etməsinə baxmayaraq o, məhkəmə prosesinə gəlməmiş və müxtəlif bahanələrlə məhkəmədən yayınmışdlr. Ona görə də, Quba rayon Məhkəməsinin 3(027)-57/2021 saylı, 14.01.2021-ci il tarixli qərarı ilə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs – xx.xx.1966-cı ildə Quba şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, ünvan 4 ünvanında qeydiyyatda olan və yaşayan Şəxs barəsində axtarış elan olunmuşdur. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 82.1-ci maddəsinə əsasən borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədi icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə üzrsüz səbəbdən icra olunmadıqda, icra məmuru borclunun Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada inzibati məsuliyyətə cəlb olunması üçün inzibati xəta haqqında protokol tərtib edir və onu işin digər materialları ilə birlikdə müvafiq məhkəməyə göndərir (vergilər, faizlər və maliyyə sanksiyaları üzrə borcların alınması (vergilərin ödənilməməsi) ilə əlaqədar qanuni qüvvəyə minmiş məhkəmə qərarları ilə bağlı verilmiş icra sənədləri istisna olmaqla). Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə əsasən məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə inzibati məsuliyyət nəzərdə tutulmuşdur. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinin tələbinə görə yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən Fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Bununla da məhkəmə hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsində təqsirli olması məhkəmə araşdırması zamanı öz təsdqini tapmışdır. Şəxs əməlində inzibati məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir Məhkəmə Şəxs törətmiş olduğu inzibati xətanın xarakterini, onun təqsirinin dərəcəsini və şəxsiyyətini nəzərə alaraq ona Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş inzibati həbs növündə inzibati tənbeh tədbirinin tətbiq edilməsini məqsədəmüvafiq hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 32, 33, 114, 115, 117-ci maddələrini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l d ı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, barəsində 10 (on) gün müddətində inzibati həbs növündə inzibati tənbeh tədbiri tətbiq edilsin. Həbs etmənin əvvəli 19.06.2021-ci il tarixdən, saat 11:30-dan hesablansın. Qərarın icrası Quba rayon Polis Şöbəsinə həvalə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində qərarı qəbul etmiş hakim vasitəsilə və ya Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Sədrlik edən Rahim Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar