Azərbaycan Respublikası adından QƏRARDAD Quba şəhəri İş № 3(027)-57/2022 18.05.2022 QUBA RAYON MƏHKƏMƏSİ Mən, Quba Rayon Məhkəməsinin hakimi Məmmədov İlqar Aslan oğlu, Xaçmaz rayon Yol Patrul Xidməti inspektoru X2 tərəfindən tərtib edilmiş 13 yanvar 2022-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında qərardan X1 tərəfindən verilmiş şikayətə və əlavə edilmiş sənədləri araşdırıb, Müəyyən etdim: Xaçmaz rayon Yol Patrul Xidməti inspektoru X2 tərəfindən tərtib edilmiş 13 yanvar 2022-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında qərardan X1 tərəfindən verilmiş şikayət və əlavə edilmiş sənədlər məhkəməyə daxil olmuşdur. Məhkəmə şikayət və əlavə edilmiş sənədləri araşdıraraq hesab edir ki, iş baxılması üçün aidiyyəti üzrə Xaçmaz Rayon Məhkəməsinə göndərilməlidir. Belə ki, iş materiallarında olan 13 yanvar 2022-ci il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın surətindən görünür ki, X1 13.01.2022- ci il tarixdə saat 11:40 radələrində Xaçmaz rayonu, Quba yolunun 2-ci kilometirliyində Azərbaycan Respublikası inzibati Xətalar Məcəlləsində nəzərdə tutulmuş 342.2.4-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinmiş və 150 manat məbləğində cərimə olunmuşdur. İş materiallarında olan birinci instansiya məhkəməsinin 24.01.2022-ci il tarixli, 3(027)- 57/2022 nömrəli “işin icraata qəbul edilməsi barədə” qərardadından görünür ki, X1 tərəfindən Xaçmaz rayonu Yol Patrul Xidməti inspektoru polis kiçik serjantı X2 tərəfindən qəbul edilmiş 13 yanvar 2022-ci il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan verilmiş şikayət məhkəmənin icraatına qəbul edilmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası inzibati Xətalar Məcəlləsinin 129.1.3-cü maddəsinin şərh olunmasına dair” 04 noyabr 2020-ci il tarixli qərarına əsasən qanunverici tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 129.1.3-cü maddəsində dəyişikliklər edilənədək səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından məhkəməyə şikayət həmin Məcəllənin 110.1 -ci maddəsində müəyyən olunmuş qaydaya uyğun olaraq inzibati xətanın törədildiyi və yaxud barəsində qərar çıxarılmış şəxsin vəsatətinə əsasən onun yaşadığı yer üzrə verilə bilər. Azərbaycan Respublikası inzibati Xətalar Məcəlləsinin 110.1 -ci maddəsinə əsasən inzibati xəta haqqında işə onun törədildiyi yerdə baxılır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin vəsatətinə əsasən inzibati xəta haqqında işə onun yaşadığı yer üzrə baxıla bilər. Şərh olunan maddənin mənasından da anlaşıldığı kimi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs tərəfindən inzibati xəta haqqında işə yaşadığı yer üzrə baxılması ilə bağlı vəsatət, yalnız səlahiyyətli orqan tərəfindən tərtib olunmuş inzibati xətaya dair protokolun baxılması üzrə məhkəmə aidiyyətini özündə ehtiva edir. Hazırkı halda isə ərizəçi tərəfindən səlahiyyətli orqanın qəbul etdiyi qərar mübahisələndirilir. Belə qənaətə gəlirəm ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası inzibati Xətalar Məcəlləsinin 129.1.3cü maddəsinin şərh olunmasına dair” 04 noyabr 2020-ci ıl tarixli qərarındakı mövqeyinə əsasən, inzibati xəta hadisəsinin Xaçmaz rayonu ərazisində törədilməsini nəzərə alaraq verilmiş şikayətə Xaçmaz Rayon Məhkəməsində baxılmalıdır. Azərbaycan Respublikası İXM-in 106-cı maddəsinə əsasən hakim inzibati xəta haqqında işin baxılmağa hazırlanması zamanı işin baxılmasının onun səlahiyyətinə aid olub-olmamasını (mad 106.0.1) həll etməlidir. Azərbaycan Respublikası İXM-nin 109.1.7-cı maddəsinə əsasən əgər bu məsələnin baxılması hakimin, orqanın (vəzifəli şəxsin) səlahiyyətinə aid deyildirsə, yaxud hakimə, kollegial orqanın üzvünə, vəzifəli şəxsə etiraz etmə barədə qərardad çıxarılmışdırsa, inzibati xəta haqqında pttokolun və ya digər materialların baxılması üçün aidiyyati üzrə göndərilməsi barədə qərardad qəbul edilir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 114, 119-ci maddəsini rəhbər tutaraq, Qərara aldı: Xaçmaz rayon Yol Patrul Xidməti inspektoru X2 tərəfindən tərtib edilmiş 13 yanvar 2022-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında qərardan X1 tərəfindən verilmiş şikayət və əlavə edilmiş sənədlər baxılması üçün Xaçmaz Rayon Məhkəməsinə göndərilsin. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Quba Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: İlqar Məmmədov
Məhkəmə qərarları › İş №3(027)-57/2022
Quba Rayon Məhkəməsi Qərardad — İş №3(027)-57/2022
18.05.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver