Məhkəmə qərarları › İş №3(027)-573/2022

Quba Rayon Məhkəməsi Qərar — İş №3(027)-573/2022

23.06.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Quba şəhəri İş № 3(027)-573/2022 23.06.2022 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Həsənov Rahim Təşəkkül oğlunun sədrliyi, X30 qızının katibliyi, X13 iştirakı ilə, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi BDYPİ-nin inzibati tənbeh vermə haqqında xx.xx.2019-cu il tarixli EQ 680204 nömrəli qərarından X20 tərəfindən verilmiş şikayətə baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X11 rayon Məhkəməsinə şikayət ərizəsi ilə müraciət edərək, AR Daxili İşlər Nazirliyi BDYPİ-nin xx.xx.2019-cu il tarixli EQ 680204 saylı inzibatı tənbeh vermə haqqında qərarının ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, VAZ 211230 markalı, 2008-ci il buraxılışlı, **- NV-*** dövlət qeydiyyat nişanlı avtomobil xüsusi mülkiyyət hüququ ilə X17 məxsusdur. Qeyd edilən nəqliyyat vasitəsinə xx.xx.2012-ci il tarixli AB 675523 saylı qeuydiyyat şəhadətnnaməsi verilmişdir. **-NV-*** dövlət qeydiyyat nişanlı avtomobil hal-hazırda etibarnamə əsasında onun istifadəsindədir. X4 məxsus olsa da ilk gündən avtomobili X15 idarə etmiş, sonradan avtomobilə dair müxtəlif şəxslərə etibarnamələr vermişdir. xx.xx.2013-cü il tarixində X8 adına etibarnamə verilmiş, etibarnamənin müddəti xx.xx.2014-cü il tarixində bitmişdir. Lakin qeyd avtomobilin mülkiyyətçisinə də məlum olmayan səbəblərdən **-NV-*** dövlət qeydiyyat nişanlı avtomobil başqa bir şəxsin-X2 verilmişdir. Bununla bağlı X22 dəfələrlə hüquq mühafizə orqanlarına müraciət etmiş, özünə məxsus olan avtomobilin geri qaytarılmasını xahiş etmişdir. X5 avtomobili X17 qaytarılmamış, nəticədə X6 inzibati qaydada törətdikləri xətalarla bağlı cərimələr X16 adına gəlmişdir. Avtomobilin saxlanması üçün BBDYPİ-nə edilən müraciətlərdən sonra müraciət araşdırılmış, müvafiq tədbirlərin görülməsi üçün ərizə Xaçmaz RPŞ-nə göndərilmiş və RPŞ-dən verilmiş məlumatla sübut olunmuşdur ki, VAZ 211230 markalı, 2008-ci il buraxılışlı, **-NV-*** dövlət qeydiyyat nişanlı avtomobil xx.xx.2016-cı il tarixdən X1. Nəticədə avtomobilin mülkiyyətçisi olan X7 Rayon Məhkəməsinə müraciət edərək, özünə məxsus olan VAZ 211230 markalı, 2008-ci il buraxılışlı, **-NV-*** dövlət qeydiyyat nişanlı avtomobilin X6 qanunsuz sahibliyindən alınaraq özünə qaytarılmasını xahiş etmiş, Xaçmaz Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli 2(067)-6072/2016 saylı qətnaməsi ilə iddia təmin edilmiş, VAZ 211230 markalı, 2008-ci il buraxılışlı, **-NV-*** dövlət qeydiyyat nişanlı avtomobilin X6 qanunsuz sahibliyindən alınaraq X17 qaytarılması qərara alınmışdır. Məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, X16 adına olan VAZ 211230 markalı, 2008-ci il buraxılışlı, **-NV-*** dövlət qeydiyyat nişanlı avtomobilə dair xx.xx.2012-xx.xx.2062-ci illərə dair X9 adına; xx.xx.2012-xx.xx.2062-ci illərə dair X13 adına; xx.xx.2013-xx.xx.2014-cü illərə dair X18 adına; xx.xx.2013-xx.xx.2014-cü illərə dair X19 adına; xx.xx.2013-xx.xx.2014-cü illərə dair Orucov islam Sərdar oğlunun adına; xx.xx.2013-xx.xx.2014-cü illərə dair X27 adına; xx.xx.2013-xx.xx.2014- cü illərə dair X14 adına; xx.xx.2013-xx.xx.2014-cü illərə dair X8 adına etibarnamələr verilmişdir. xx.xx.2019cu il tarixli ərizədən görünür ki, X22 ərizə ilə Xaçmaz rayon İcra və Probasiya şöbəsinə müraciət edərək avtomobilin özünə qaytarılmasını nəzərə alaraq icra sənədinə xitam verilməsini xahiş etmiş, xx.xx.2019-cu il tarixli icra sənədi üzrə icraata xitam verilməsi barədə qərarın surətindən görünür ki, Xaçmaz rayon məhkəməsinin 2(067)-6072 saylı, xx.xx.2016-cı il tarixli icra sənədi üzrə icraata xitam verilmişdir. Ərizəyə əlavə etdiyi Xaçmaz Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli 2(067)- 6072/2016 saylı qətnaməsindən də görünür ki, VAZ 211230 markalı, 2008-ci il buraxılışlı, 90- NV-523 dövlət qeydiyyat nişanlı avtomobil uzun müddət qeyri-şəxslərin sahibliyində və istifadəsində olmuşdur. Xaçmaz Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli 2(067)- 6072/2016 saylı qətnaməsində məhkəməninn araşdırması və gəldiyi nəticə bunun açıq sübutudur. Lakin xx.xx.2014-cü il tarixdən başlayaraq xx.xx.2019-cu il tarixədək onlar tərəfindən yol verilmiş inzibati xəta ilə bağlı qərarlar onun adına gəlmişdir. Halbuki inzibati xətalar onun tərəfindən törədilməmişdir və bu xətaların törədilməsinə görə yazılmış cərimələrin ondan tələb edilməsi qanunsuzdur. Eyni zamanda bildirirmişdir ki, avtomobil onda olmayan zaman qeyri şəxs tərəfindən yol hərəkəti qaydalarının pozulması ilə nəticələnən inzibati xəta törədilmiş, 10 (on) manat mənləğində inzibati cərimə növündə tənbeh tətbiq edilmiş, xx.xx.2019-cu il tarixli EQ 680204 saylı inzibati tənbeh vermə haqqında qərar çıxarılmışdır. Baxmayaraq ki, qeyd edilən inzibati xətanın törədilməsində o təqsirkar deyil, onun əməlində hər hansı inzibati xətanın tərkibi yoxdur. Məhkəmə iclasında X20 şikayəti müdafiə edərək, təmin olunmasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş AR Daxili İşlər Nazirliyi BDYPİ-nin nümayəndəsinin gəlməməsinin səbəbləri haqqında məlumat olmadığından məhkəmə işə onun iştirakı olmadan baxmışdır. Məhkəmə izahatı dinləyib, şikayəti iş materialları ilə birlikdə araşdıraraq, hesab edir ki, Quba rayon Polis Şöbəsinin inzibati tənbeh vermə haqqında xx.xx.2019-cu il tarixli EQ 680204 nömrəli qərarından X20 tərəfindən verilmiş şikayət təmin olunmalıdır. Belə ki, iş materiallarında olan xx.xx.2019-cu il tarixli EQ 680204 nömrəli inzibati tənbeh vermə haqqında qərardan görünür ki, X20 Azərbaycan Respublikasının İnzibati Xəatalar Məcəlləsinin 327.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinib, barəsində 40 manat cərimə cəzası tətbiq edilmişdir. İş materiallarında olan Xaçmaz Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli 2(067)- 6072/2016 saylı qətnaməsindən görünür ki, iddiaçı X16 cavabdeh X10 qarşı əmlakın qanunsuz sahiblikdən geri tələbinə dair iddiası təmin olunmuş, VAZ 211230 markalı, 2008ci il buraxılışlı, **-NV-*** dövlət qeydiyyat nişanlı avtomobilin X6 qanunsuz sahibliyindən alınaraq X17 qaytarılması qərara alınmışdır. İş materiallarında xx.xx.2019-cu il tarixli ərizədən görünür ki, X22 ərizə ilə Xaçmaz rayon İcra və Probasiya şöbəsinə müraciət edərək avtomobilin özünə qaytarılmasını nəzərə alaraq icra sənədinə xitam verilməsini xahiş etmiş, Xaçmaz rayon İcra və Probasiya şöbəsinin xx.xx.2019-cu il tarixli icra sənədi üzrə icraata xitam verilməsi barədə qərarı ilə Xaçmaz rayon məhkəməsinin 2(067)-6072 saylı, xx.xx.2016-cı il tarixli icra sənədi üzrə icraata xitam verilmişdir. Göründüyü kimi inzibati xəta törədilən zaman avtomobil X3 olmamışdır. Bundan başqa, inzibati tənbeh vermə haqqında qərar Azərbaycan Respublikası İXM-nin 115-ci maddəsinin tələblərinə uyğun olmadan tərtib edilmişdir. Belə ki, qərarda işinə baxılan vətəndaşın fərdi identifikasiya nömrəsi qeyd edilməmiş və işə baxılarkən müəyyən edilmiş hallar araşdırılmamışdır. Azərbaycan Respublikası İXM-nin 12-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Qeyd olunan hallar barəsində inzibati tənbeh haqqında qərar qəbul edilmiş şəxsin təqsirli olmasını şübhə altına aldığından həmin şübhələr onun xeyrinə həll edilməlidir. Belə ki, Azərbaycan Respublikası İXM-nin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Azərbaycan Respublikası İXM-nin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Azərbaycan Respublikasının İXM-nin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. Azərbaycan Respublikasının İXM-nin 122.1-122.3-cü maddəsinə əsasən bu Məcəllənin 327.1 - 327.5, 328, 329.1, 329.2, 330, 339.1-1, 346.3, 346-1.1, 346-1.5, 353.2 və 469.3-cü maddələrində nəzərdə tutulmuş xətalar foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələrin köməyi ilə aşkar edildikdə, xüsusi texniki vasitələrin məlumatları müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sisteminin proqram təminatı əsasında real vaxt rejimində elektron formada birbaşa həmin mərkəzi informasiya sisteminə ötürülür, inzibati xətanı törətmiş şəxsin iştirakı olmadan real vaxt rejimində, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada elektron sənəd şəklində inzibati tənbeh vermə haqqında elektron qərar çıxarılır və həmin mərkəzi informasiya sisteminin müvafiq səlahiyyətli əməkdaşının elektron imzası ilə təsdiqlənir. Təsdiq edilmiş həmin qərar real vaxt rejimində, xüsusi texniki vasitələrin məlumatları əlavə edilməklə, elektron qaydada müvafiq icra hakimiyyəti orqanının informasiya sisteminə göndərilir. İnzibati tənbeh vermə haqqında elektron qərar müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sisteminin məlumatlarına əsasən nəqliyyat vasitəsinin istifadəçisi (nəqliyyat vasitəsini icarə və ya digər əşya hüquqlarına dair müqavilə və ya nəqliyyat vasitəsindən istifadə etmə və ya ona dair sərəncam vermə hüquqları ilə bağlı etibarnamə əsasında sonuncu dəfə təkrar dövlət qeydiyyatından keçirilərkən qeydiyyata götürülmüş şəxs, hüquqi şəxsin mülkiyyətində və ya istifadəsində, yaxud dövlət qurumunun istifadəsində olan nəqliyyat vasitəsinin sürücüsü, belə məlumat olmadıqda isə nəqliyyat vasitəsinin mülkiyyətçisi olan fiziki şəxs) barəsində çıxarılır. Azərbaycan Respublikasının İXM-nin 122.7-ci maddəsinə əsasən barəsində bu Məcəllənin 122.1-ci, 124.5-ci və ya 124.6-cı maddələrində nəzərdə tutulmuş qaydada inzibati tənbeh vermə haqqında qərar çıxarılmış şəxs inzibati xətanın törədilməsi zamanı nəqliyyat vasitəsinin digər şəxsin sahibliyində və ya istifadəsində olması, yaxud digər şəxslərin qanunsuz əməlləri nəticəsində onun sahibliyindən çıxması ilə bağlı və ya digər səbəbdən qərarla razılaşmadığı hallarda həmin qərardan bu Məcəllənin 126.1-ci maddəsində nəzərdə tutulmuş qaydada yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya məhkəməyə şikayət verə bilər. Şikayət verən şəxs inzibati xətanın törədilməsi zamanı nəqliyyat vasitəsini kimin idarə etdiyinə dair ehtimalını şikayətdə göstərə bilər. Şikayətdə göstərilən məlumatlar təsdiq olunarsa, inzibati tənbeh vermə haqqında qərar ləğv edilir və inzibati xətanı törətmiş şəxsin inzibati məsuliyyətə cəlb edilməsi üçün müvafiq tədbirlər görülür. Azərbaycan Respublikası İXM-nin 134.1.4-cü maddəsinin tələbinə əsasən hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması və Azərbaycan Respublikası İXM ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında məhkəmə qərar qəbul edir. Azərbaycan Respublikasının İXM-nin 133.2.8-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim edilmiş materiallar əsasında yoxlanılır. Beləliklə, məhkəmə hesab edir ki, AR Daxili İşlər Nazirliyi BDYPİ-nin inzibati tənbeh vermə haqqında xx.xx.2019-cu il tarixli EQ 680204 nömrəli qərarından X20 tərəfindən verilmiş şikayət təmin edilməli, həmin inzibati tənbeh vermə haqqında qərar ləğv edilərək, inzibati xəta haqqında iş yenidən baxılması üçün AR Daxili İşlər Nazirliyi BDYPİ-nə göndərilməlidir. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası İXM-nin 128-137-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: X20 tərəfindən verilmiş şikayət təmin edilsin. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi BDYPİ-nin inzibati tənbeh vermə haqqında xx.xx.2019-cu il tarixli EQ 680204 nömrəli qərarı ləğv edilsin. İnzibati xəta haqqında iş yenidən baxılmaq üçün Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi BDYPİnə göndərilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində qərarı qəbul etmiş hakim vasitəsilə və ya Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və protesti verilə bilər. Sədrlik edən Rahim Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar