Məhkəmə qərarları › İş №3(027)-573/2024

Quba Rayon Məhkəməsi Qərar — İş №3(027)-573/2024

08.07.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Quba şəhəri İş № 3(027)-573/2024 08.07.2024 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Babayev Aydın Vahid oğlunun sədrliyi, Hacıyev Əmiraslan Arif oğlunun katibliyi ilə, Protokol tərtib edən Quba RPŞ-nin İTB-nin polis sahə rəisi X3, Zərərçəkmiş şəxs, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx.xx.1985-ci ildə Quba rayonu, Aşağı- Tüləkəran kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, Fin: xxxxxxx, orta təhsilli, evli, fərdi əməklə məşğul olan, ünvan 1 ünvanında yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsilə Quba rayon Polis şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: Quba RPŞ-dən daxil olmuş inzibati xəta haqqında xx.xx.2024-cü il tarixli, MN ******* saylı protokola əsasən Şəxs xx.xx.2024-cü il tarixdə, ünvan 2 ünvanında oğlu X5 dərəcəsi təyin olunmayan xəsarətlər yetirmişdir. Məhkəmədə inzibati xəta haqqında protokol tərtib edən X8 izahatında bildirmişdir ki, Zərərçəkmiş şəxs Quba RPŞ-nə ərizə ilə müraciət edərək, xx.xx.2024-cü il tarixdə Quba şəhəri Musabekov küçəsi, ev 42-də kirayə yaşadığları evdə oğlu Camalın üzünün yanıq olduğunu görmüş və arvadı Təravətin yandırdığını bildirmişdir. Protokol təhqiqatçının qərarına əsasən tərtib etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü qismən təqsirli bilərək izahatında bildirmişdir ki, xx.xx.2024-cü il tarixdə Quba şəhəri, Musabekov küçəsi, ev 42-də kirayədə yaşadığı evdə həyat yoldaşı boşanma ərizəsi verdiyi üçün oğlu Camalla yoldaşına təsir etmək istəyərkən qab aşıb uşağın üzünü yandırmışdır. Məhkəməyə ərizə təqdim edərək zərərçəkmişlə barışdığı üçün inzibati material üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs X4 qanuni nümyəndəsi X9 izahatında bildirmişdir ki, xx.xx.2024-cü il tarixdə yoldaşı X2 birlikdə yaşadıqları evə getmiş, qapıda kilid olduğundan üzərindən keçib evə daxil olmuş, böyük oğlu Camalın üzünün və əlinin yanıq olduğunu görmüşdür. Uşaqdan soruşduqda, anasının qaşıqla yandırdığını bildirmişdir. Həmçinin həyat yoldaşı 10-15 gün qabaq ondan boşanmaq istədiyini bildirmişdir. Ərizə təqdim edərək barışdıqları üçün şikayətçi olmadığını bildirmiş və inzibati material üzrə icraata xitam verilməsini xahiş etmişdir. İş materialında olan MTE və PAB Quba rayon şöbəsinin 315 nömrəli, 05 may 2024-cü il tarixli ekspert rəyindən göründüyü kimi, X4 bədəni üzərində aşkar olunan xəsarətlər - sifətində solda və sağ əlin arxa səthində 2-ci dərəcəli yanığa uyğun yanıq yaraları yüksək temperaturun təsirindən törənməklə yetirilmə müddəti qərarda göstərilən tarixə, yəni 04 may 2024-cü il tarixə uyğun gəlir, bu xəsarət müxtəlif vəziyyətdə və şəraitlərdə, o cümlədən qərarda göstərilən vəziyyətdə əmələ gələ bilər və sağlamlığa zərər vurmadıqlarından dərəcəsi təyin olunmayan xəsarətlər növünə aiddir. İş materiallarında olan cinayət işinin başlanmasının rədd edilməsi barədə 15 may 2024-cü il tarixli qərardan göründüyü kimi, X1 barəsində cinayət işinin başlanılması rədd edilməli onun barəsində Azərbaycan Respublikasının İXM-nin 157-ci maddəsi ilə inzibati təsir tədbiri görülməsi üçün qərarın sürəti Quba RPŞ-nin İTB-nə göndərilməsi qərara alınmışdır. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsi, zərərçəkmiş şəxsi və protokolu tərtib etmiş şəxsin izahatlarını dinləyib, işdə olan sənədlərini tam, hərtərəfli və obyektiv tədqiq edərək və zərərçəkmiş şəxslə barəsində inzibati icraat aparılan şəxsin barışmalarını nəzərə alaraq hesab edir ki, Şəxs inzibati məsuliyyətdən azad edilməli və barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 39.1-ci maddəsinə əsasən, bu Məcəllənin 157 və 158-ci maddələrində nəzərdə tutulmuş inzibati xəta haqqında iş üzrə icraat yalnız zərərçəkmiş şəxsin ərizəsinə əsasən başlanır, zərərçəkmiş şəxslə barəsində inzibati icraat aparılan şəxs barışdıqda isə həmin iş üzrə icraata xitam verilir. Habelə, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.1.9-cu maddəsinə əsasən bu Məcəllənin 157 və 158-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Şərh edilənləri və barışıq ərizələrini nəzərə alaraq, məhkəmə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmiş Şəxs inzibati məsuliyyətdən azad edilməsini və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini məqsədəmüvafiq hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 39, 157 və 114-115-ci maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmiş Şəxs zərərçəkmiş şəxslə barışdığı üçün inzibati məsuliyyətdən azad edilsin və inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə Quba Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Sədrlik edən: Aydın Babayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar