Azərbaycan Respublikası adından QƏRAR Quba şəhəri İş № 3(027)-574/2025 18.07.2025 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Kamilli Günel Hakim qızının sədrliyi, X3 qızının katibliyi, Şikayət verən X2 iştirakı ilə X2 Azərbaycan Respublikası DİN-nin BDYPİ–nin Azərbaycan Respublikası İXM-nin 327.2-ci maddəsilə tərtib edilmiş qərarın ləğv edilməsi barədə şikayətinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M ü ə y y ə n e t d i: X4 məhkəməyə müraciət edərək, barəsində Azərbaycan Respublikası İXM-nin 327.2-ci maddəsinə əsasən 100 manat məbləğində cərimə olunması barədə Azərbaycan Respublikası DİN BDYPİ-nin 02 aprel 2025-ci il tarixli, EQ 27059263 saylı qərarının ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, xx.xx.2025-ci il tarixdə saat 14.00 radələrində Quba rayonu Bazar ərazisində avtomobillə hərəkətdə olarkən qəflətən vəziyyəti pisləşmişdir. Bu zaman o, özünü yaxında olan klinikaya çatdırmaq üçün olduğu yol istiqamətinin soluna, sağına və ümumilikdə ətrafına baxaraq, heç kimə və heç nəyə mane olmadığını görüb qırmızı işıqda keçmişdir. Yolda qəflətən yadına gəlmişdir ki, Qusar rayon X1 şöbəsində bir az müddət əvvəl həkim “kaptopril” tabletkası təyin etmişdir və onun bir listini bardaçoka atmışdır. Dərman qəbul etdikdə səhhəti yenidən düzəlmişdir. İşıqforun qırmızı işığını son zərurət vəziyyətində keçmişdir. Müddəti gecikdirməsinin səbəbi səhhəti ilə bağlı olmuşdur. Məhkəmə iclasında şikayət verən X4 izahatında bildirmişdir ki, o, işıqforun qırmızı işığını səhhətində yaranmış problemlə bağlı keçmişdir. Belə ki, 02 aprel 2025-ci il tarixində o, avtomobili idarə edərkən qəflətən halı pisləşmişdir. Həmin vaxt avtomobilinin bardaçokunda olan “kaptopril” adlı dərmanı qəəbul etdikdən sonra vəziyyəti düzəlmişdir. Dərman təxminən bir ay əvvəl Qusar rayon X1 şöbəsində olan həkim tərəfindən ona yazılmışdır. Belə ki, təxminən bir ay əvvəl olar ki, onun səhhətində təzyiqlə bağlı problem yaranmışdır və xəstəxənaya getmək məcburiyyətində qalmışdır. 02 aprel 2025-ci il tarixində hər hansı bir xəstəxanaya müraciət etməmişdir. Sadəcə dərman qəbul etmişdir. Yanında digər bir şəxs olmamışdır. Xəstəxanaya müraciət edərək, bir ay bundan əvvəl orda müalicə alması ilə bağlı sənədlərin təqdim edilməsini xahiş etsə də, bunun məhkəmənin yazılı sorğusu əsasında mümkün olacağını bildirdilər. Qərarın surətini yeni əldə edə bilmişdir. İşə baxılmasının yeri və vaxtı barədə qərarından şikayət verilən Quba RPŞ-nin YPXyə məlumat verilsə də, nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmiş və səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə işə, qərarından şikayət verilən orqanın nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə şikayəti və təqdim olunmuş inzibati xəta materialını tədqiq edərək hesab edir ki, qərardan verilmiş şikayət təmin edilməməlidir. İşə əlavə edilmiş Azərbaycan Respublikası DİN BDYPİ-nin 02 aprel 2025-cü il tarixli, EQ 27059263 saylı qərarına əsasən X4 Azərbaycan Respublikası İXM-nin 327.2-ci maddəsinin tələblərini pozduğuna görə 100 manat məbləğində cərimə edilmişdir. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 61-ci maddəsinin 2ci bəndinə əsasən yol nişanları 7 nişan qrupundan ibarətdir: xəbərdarlıq, üstünlük, qadağan, məcburi hərəkət istiqaməti, məlumatverici-göstərici, servis, əlavə məlumat (lövhəciklər). Yolun nişanlanması nəqliyyat axınının qaydaya salınmasına və yolun buraxıcılıq qabiliyyətinin yüksəldilməsinə xidmət edir. Bu nişanlanmalar yol hərəkət qaydalarını müəyyənləşdirir, yolun istiqamətini və ya yol qurğularının ölçülərini bildirir. Yolun nişanlanmasına yolun hərəkət hissəsinə, yolun və yol qurğularının digər elementlərinə çəkilən xətlər, yazılar aiddir. Yolun nişanlanmasının iki forması var: üfüqi və şaquli. Üfüqi nişanlanmaya yolun hərəkət hissəsinə çəkilən xətlər, yazılar aiddir. Nişanlanmaların nömrəsi olur. Nömrədəki 1-ci rəqəm nişanlanmanın qrupunu, 2-ci rəqəm nişanlanmanın qrupdakı sıra nömrəsini, əgər bu nişanlanmadan bir ədəd deyilsə və onlar mənasına görə bir-birinə çox yaxındırsa 3-cü rəqəm nişanlanmanın həmin növünün nömrəsini göstərir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. İXM–nin 327.2-ci maddəsinə əsasən svetoforun və ya nizamlayıcının qadağanedici işarəsi verilərkən hərəkətin davam etdirilməsinə, 3.1 “Giriş qadağandır” yol nişanının tələblərinin və ya sərnişin daşıma, əks istiqamətli hərəkət zolağına çıxmaqla ötmə və ya manevr etmə, yolayrıcını keçmə qaydalarının pozulmasına, ümumi istifadədə olan nəqliyyat vasitələrinin, yaxud adamlar daşınan yük avtomobillərinin sərnişinlərlə yanacaqdoldurma məntəqəsinə daxil olmasına, 1.1, 1.3 və 1.11 üfüqi nişanlanma xətlərinin tələblərinə riayət etməyərək sola və ya geriyə dönməyə, yaxud maneəni kənardan keçməyə görə- yüz manat məbləğində cərimə edilir İXM-nin 122.1-ci maddəsinə əsasən bu Məcəllənin 327.1 - 327.5, 328, 329.1, 329.2, 330, 339.1-1, 346, 346-1.1, 346-1.5, 353.2 və 469.3-cü maddələrində nəzərdə tutulmuş xətalar foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələrin köməyi ilə aşkar edildikdə, xüsusi texniki vasitələrin məlumatları müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sisteminin proqram təminatı əsasında real vaxt rejimində elektron formada birbaşa həmin mərkəzi informasiya sisteminə ötürülür, inzibati xətanı törətmiş şəxsin iştirakı olmadan real vaxt rejimində, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada elektron sənəd şəklində inzibati tənbeh vermə haqqında elektron qərar çıxarılır və həmin mərkəzi informasiya sisteminin müvafiq səlahiyyətli əməkdaşının elektron imzası ilə təsdiqlənir. Təsdiq edilmiş həmin qərar real vaxt rejimində, xüsusi texniki vasitələrin məlumatları əlavə edilməklə, elektron qaydada müvafiq icra hakimiyyəti orqanının informasiya sisteminə göndərilir. İXM-in 122.2-ci maddəsinə əsasən inzibati tənbeh vermə haqqında elektron qərar müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sisteminin məlumatlarına əsasən nəqliyyat vasitəsinin istifadəçisi (nəqliyyat vasitəsini icarə və ya digər əşya hüquqlarına dair müqavilə və ya nəqliyyat vasitəsindən istifadə etmə və ya ona dair sərəncam vermə hüquqları ilə bağlı etibarnamə əsasında sonuncu dəfə təkrar dövlət qeydiyyatından keçirilərkən qeydiyyata götürülmüş şəxs, hüquqi şəxsin mülkiyyətində və ya istifadəsində, yaxud dövlət qurumunun istifadəsində olan nəqliyyat vasitəsinin sürücüsü, belə məlumat olmadıqda isə nəqliyyat vasitəsinin mülkiyyətçisi olan fiziki şəxs) barəsində çıxarılır. “Yol hərəkəti haqqında” AR Qanununun 59-cu maddəsinin 5-ci bəndinə əsasən qırmızı rəngli işığın yanması və ya yanıb-sönməsi — bu siqnal hərəkəti qadağan edir. X5 inzibati tənbeh verilməsi barədə qərardan təqdim etdiyi şikayəti onunla əsaslandırır ki, nizamlayıcının qadağanedici işarəsi verilərkən hərəkətini davam etdirməsinə əsas məhz həmin tarixdə, yəni 02 aprel 2025-ci il tarixdə səhhətinin qəfil pisləşməsi (son zərurət vəziyyəti) olmuşdur. Məhkəmənin şəxsin qeyd edilən tarixdə səhhətində hər hansı bir problem yaranıbyaranmaması, bununla bağlı hər hansı bir tədbir görülüb-görülməməsi (xəstəxanaya müraciət edilməsi və s.) ilə bağlı apardığı araşdırma istiqamətində müəyyən edilmişdir ki, sözügedən şəxsin həmin tarixdə inzibati xətanı son zərurət vəziyyətində törətməsini təsdiqləyən hər hansı bir sübut mövcud deyildir. Belə ki, şəxs özü məhkəməyə verdiyi izahatında da qeyd etmişdir ki, səhhətində yaranmış problemlə bağlı sonuncu dəfə təxminən bir ay əvvəl Qusar rayon Mərkəzi Xəstəxanasına müraciət etmişdir. İnzibati xətanın törədildiyi 02 aprel 2025-ci il tarixdə avtomobili idarə edərkən halı pisləşdiyindən qırmızı işıqda keçmək məcburiyyətində qalmış, daha sonra dərmanı qəbul etməklə yaranmış problemi aradan qaldırmışdır. Lakin bununla bağlı məhkəməyə hər hansı bir sübut təqdim edə bilməmişdir. Məhkəməyə yalnız əvvəlki tarixlərdə (təxminən 1 ay əvvəl) müalicə alması ilə bağlı sənədlərin təqdim edilməsinin mümkün olmasını bildirsə də, məhkəmə bunun inzibati tənbeh verilməsi barədə qərarın ləğvi üçün əsas olmadığı qənaətinə gəlir. Belə ki, şəxs məhz inzibati xətanın törədildiyi tarixdə, bunun son zərurət vəziyyətində baş verdiyini sübuta yetirməli idi. AR İXM-in 19.1-ci maddəsinə əsasən bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulmuş əməllərin əlamətlərinə uyğun olsa da, son zərurət vəziyyətində, yəni şəxsin özünün və ya başqa şəxsin həyatını, sağlamlığını və ya hüquqlarını, dövlətin və ya cəmiyyətin mənafeyini qorxu altına alan təhlükəni aradan qaldırmaq üçün edilmiş hərəkət, əgər həmin vəziyyətdə bu təhlükəni digər vasitə ilə aradan qaldırmaq mümkün deyildirsə və bu zaman son zərurət həddinin aşılmasına yol verilməmişdirsə, bu, inzibati xəta hesab olunmur. Qeyd edilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, Farid Həzərov tərəfindən AR İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı son zərurət vəziyyətində törətməsini sübuta yetirilə bilinmədiyindən xx.xx.2025-ci il tarixli, EQ 27059263 nömrəli qərarın ləğv edilməsi üçün əsas mövcud deyildir. Odur ki, şikayət təmin olunmamalıdır. Bundan əlavə məhkəmə qeyd edir ki, sözügedən şəxs xx.xx.2025-ci il tarixdə tərtib edilmiş inzibati təhben verilməsi barədə qərardan 01 iyul 2025-ci il tarixdə şikayət verilməsinin səbəbini səhhətində yaranmış problemlə bağlı olaraq, qərarı yeni əldə etməsi ilə əlaqələndirmişdir. Bununla bağlı məhkəməyə hər hansı bir sübut təqdim edə bilməmişdir. Azərbaycan Respublikası İXM-nin 134.1.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında qərar qəbul edilir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 128.1, 131-134, 136-cı maddələrini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l d ı: X2 Azərbaycan Respublikası DİN BDYPİ-nin İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsilə tərtib edilmiş inzibati tənbeh barədə qərarın ləğv edilməsi barədə şikayəti təmin edilməsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Quba Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Günel Kamilli
Məhkəmə qərarları › İş №3(027)-574/2025
Quba Rayon Məhkəməsi Qərar — İş №3(027)-574/2025
18.07.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver