Məhkəmə qərarları › İş №3(027)-576/2020

Quba Rayon Məhkəməsi Qərar — İş №3(027)-576/2020

05.08.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Quba şəhəri İş № 3(027)-576/2020 05.08.2020 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov İlqar Aslan oğlunun sədrliyi, Hacıyev Əmiraslan Arif oğlunun katibliyi ilə, X2, X2 Quba rayon prokuroru X6 tərəfindən tərtib edilmiş xx xxx 2020-ci il tarixli inzibati xəta haqqında iş üzrə icraatın başlanması haqqında qərarın və Azərbaycan Respublikası Səhiyyə Nazirliyi tərəfindən tərtib edilmiş xx xxxx 2020-ci il tarixli MN ******* nömrəli qərarın ləğv edilməsi barədə ərizəsinə və ona əlavə edilmiş sənədlərə açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi : X4 ərizə ilə müraciət edərək Quba rayon prokuroru X6 tərəfindən tərtib edilmiş xx xxx 2020-ci il tarixli inzibati xəta haqqında iş üzrə icraatın başlanması haqqında qərarın və Azərbaycan Respublikası Səhiyyə Nazirinin müavini X9 tərəfindən tərtib edilmiş xx xxxx 2020-ci il tarixli MN ******* nömrəli qərarın ləğv edilməsi və əməlimdə inzibati xətanın tərkibi olmadığından inzibati xəta iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmədə şikayət vermiş şəxs X4 göstərdi ki, o, ünvan 1 ünvanında yaşayır. Əvvəllər tibbi fəabyyətlə məşğul olmuş. Hazırda yaşı və xəstəliyi ilə əlaqədar tibbi fəaliyyətlə məşğul olmur. Lakin uzun illər smotoloq kimi çalışdığından tibbi kabineti vardır və orada tibbi ləvazimatlar vardır. 2019-cu ilin oktyabr ayında uzun illər tanıdığı Müsənnif Hacıəliyev anası Dilarə Hacıəliyevin uzun müddət dişinin ağrıması səbəbindən onun dişinin çəkilməsini ondan xahiş etdi. O, hazırda tibbi fəaliyyətlə məşğul olmadığını desə də, Müsənnif Hacıəliyev ona kömək etməyini xahiş etdi. Həkim olduğundan və xəstələrə kömək etməli olduğundan Müsənnif Hacıəliyivin xahişini yerə salmayıb, anasının dişini çəkdi. Bundan uzun müddət sonra Müsənnif Hacıəliyev onun yanına gələrək anasının xərçəng xəstəliyindən öldüyünü, bunun səbəbini onun olduğunu bildirdi. Onun barəsində şikayət edəcəyini bildirdi. Barəsində edilmiş şikayətlə bağlı Quba rayon prokurorluğunda araşdırma aparılmış, xx xxx 2020-ci il tarixdə barəsində cinayət işinin başlanması rədd edilmişdir. Cinayət işinin başlanmasının rədd edilməsi barədə qərarda 2019-cu ilin oktyabr ayında X3 dişinin çəkilməsi zamanı hər hansı həkim təqsiriin, həkim səhlənkarlığının olmaması müəyyən edilmiş, D.Hacıəliyevada olan “B-hüseyrəli kiçik limfostik İimfama” onkoloji xəstəliklər təsnifatına adi olduğundan və etiologiyası məlum olmadığından hər hansı bır tibi manikulsiya ilə əlaqələmdirmək düzgün olmadığı qeyd edilmişdir. Bundan sonra barəsində tərtib edilmiş xx xxx 2016-ci il tarixli inzibati xəta haqqında iş üzrə icraatın başlanması haqqında qərara əsasən barəsində Azərbaycan Respublikası İXM-nın 210-cu maddəsi ilə inzibati xəta haqqında iş üzrə icraat başlanılmış və baxılması üçün Səhiyyə Nazirliyinə Azərbaycan Respublikası göndərilmişdir. Səhiyyə Nazirliyinin inzibati tənbeh vermə haqqında xx xxxx 2020-ci il tarixli MN- 0327573 nömrəli qərarına əsasən onun lisenziya olmadan tibbi fəaliyyətlə (stomotologiya) göstərilməsi fakı aşkar edildiyi üçün barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 210.1-ci maddəsi ilə 2000 (iki min manat) manat məbləğində inzibati qaydada cərimə edilmişdir. Həmin qərarı o, poçt vasitəsilə 13 iyulda almış və qərardan şikayət vermə müddəti xx xxxx 2020-ci il tarixdə başa çatacaqdır. Həmin qərarla razılaşmır və qərarın ləğv olunmasını xahiş edir. Həmin qərar ona ğörə əsassızdır ki, o, tibbi fəaliyyətlə məşğul olmur. Yalnız həkim olduğundan xəstəyə-kömək göstərməli olduğundan, çarəsiz vəziyyətdə qalan şəxsin dişini çəkmişdir. Bundan gəlir əldə etməmiş. Bundan başqa hazırda 70 yaşı vardır. Təqaüdçüdür. Oğlu 28 yaşında vəfat etmişdir. Göstərilənlərə əsasən yuxarıda qeyd edilənlərə əsasən Quba rayon prokuroru X6 tərəfindən tərtib edilmiş xx xxx 2020-ci il tarixli inzibati xəta haqqında iş üzrə icraatın başlanması haqqında qərarın və Azərbaycan Respublikası Səhiyyə Nazirinin müavini X9 tərəfindən tərtib edilmiş xx xxxx 2020-ci il tarixli MN ******* nömrəli qərarın ləğv edilməsi və əməlində inzibati xətanın tərkibi olmadığından inzibati xəta iş üzrə icraata xitam verilməsi və iş üzrə icraata xitam verilməsi məhkəmədən xаhiş еtdi. İşə baxılmasının yeri və vaxtı barədə Azərbaycan Respublikası Səhiyyə Nazirliyinə və Quba rayon prokurorluğuna məlumat verilsə də, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin və Quba rayon prokurorluğunun nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş və işə baxılmasının təxirə salınması haqqında məhkəməyə vəsatət verməmişdir. Belə olan halda, məhkəmə Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin və Quba rayon prokurorluğunun nümayəndələrinin iştirakları olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə iş sənədini tam, hərtərəfli və obyektiv tədqiq edərək hesab edir ki, X2 şikayət ərizəsi təmin edilməlidir. Belə ki, iş sənədlərində olan Quba rayon prokuroru X5 xx xxx 2020-ci il tarixli inzibati xəta haqqında iş üzrə icraatın başlanması haqqında qərarının surətindən görünür ki, X4barəsində Azərbaycan Respublikası İXM-nın 210-cu maddəsi ilə inzibati xəta haqqında iş üzrə icraat başlanılmış və baxılması üçün Azərbaycan Respublikası Səhiyyə Nazirliyinə göndərilmişdir. İş sənədlərinə əlavə edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin MN N ******* nömrəli xx xxxx 2020-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarının surətindən görünür ki,X4 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 210.1-ci maddəsi ilə 2000 (iki min manat) manat məbləğində inzibati qaydada cərimə edilmişdir. İşdə olan şəxsiyyət vəsiqəsinin surətində görünür ki, X1 rayonu Zizik kəndində qeydiyyatdadır. Azərbaycan Respublikası İXM-nin 131.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə daxil olduğu gündən on gün müddətində baxılır. Azərbaycan Respublikası İXM-nin 135.1.6-cı maddəsinə əsasən bu Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulmas, inzibati məsuliyyət müəyyən edən qanunun normasının düzgün tətbiq edilməməsi inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. Azərbaycan Respublikası İXM-nin 134.1.4-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətlərə və ya protestə baxarkən məhkəmə, bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edir. Məhkəmə, iş sənədlərini tam, hərtərəfli və obyektiv tədqiq edərək hesab edir ki, Quba rayon prokuroru X6 tərəfindən tərtib edilmiş xx xxx 2020-ci il tarixli inzibati xəta haqqında iş üzrə icraatın başlanması haqqında qərarın və Azərbaycan Respublikası Səhiyyə Nazirinin müavini X9 tərəfindən tərtib edilmiş xx xxxx 2020-ci il tarixli MN ******* nömrəli qərarın ləğv edilməsi və əməlində inzibati xətanın tərkibi olmadığından inzibati xəta iş üzrə icraata xitam verilməsi barədə verilmiş X2 şikayət ərizəsi təmin olunmamalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 131, 134.1.4 və 135.1.6-cı maddələrini rəhbər tutaraq, Qərara aldı : X2şikayət ərizəsi təminedilməsin. Quba rayon prokuroru X6 tərəfindən tərtib edilmiş xx xxx 2020-ci il tarixli inzibati xəta haqqında iş üzrə icraatın başlanması haqqında qərarın və Azərbaycan Respublikası Səhiyyə Nazirinin müavini X9 tərəfindən tərtib edilmiş xx xxxx 2020-ci il tarixli MN ******* nömrəli inzibati xəta haqqında qərarın ləğv edilməsi və əməldə inzibati xətanın tərkibi olmadığından inzibati xəta iş üzrə icraata xitam verilməsi barədə şikayət ərizəsi təmin olunmasın. Qərarın surəti rəsmi qaydada təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətidə Quba Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: İlqar Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar