Azərbaycan Respublikası adından QƏRAR Quba şəhəri İş № 3(027)-576/2025 14.07.2025 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Xəlilova Nigar Nemət qızının sədrliyi, Fətəliyev Veysəl Surxay oğlunun katibliyi, Quba bələdiyyəsinin nümayəndəsi X2 iştirakı ilə Quba bələdiyyəsinin sədri Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 549.2-ci maddəsi ilə Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi, Xaçmaz Regional Ədliyyə İdarəsindən daxil olmuş inzibati xəta haqqında işə baxaraq, m ü ə y y ə n e t d i m: Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi, Xaçmaz Regional Ədliyyə İdarəsi tərəfindən Quba bələdiyyəsinin sədri Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 549.2-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi haqqında xx.xx.2023-cü il tarixli, ******* №li protokol tərtib olunaraq baxılması üçün Quba Rayon Məhkəməsinə göndərilmişdir. Həmin protokolda göstərilir ki, bələdiyyənin sədri Şəxs Quba bələdiyyəsinin 04 saylı, xx.xx.2025-ci il tarixli iclas protokolunu qanunla müəyyən edilmiş müddət ərzində bələdiyyələrin fəaliyyətinə inzibati nəzarəti həyata keçirən orqanın informasiya sistemində yerləşdirməmişdir. Protokolu tərtib etmiş Xaçmaz Regional Ədliyyə İdarəsinin rəisi Qədir Paşayev məhkəməyə ərizə ilə müraciət edərək, inzibati işə Xaçmaz Regional Ədliyyə İdarəsinin nümayəndəsinin iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə iclasında Quba bələdiyyəsinin nümayəndəsi X1 Regional Ədliyyə İdarəsi tərəfindən Quba bələdiyyəsinin sədri Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 549.2-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi haqqında xx.xx.2023-cü il tarixli, ******* №li protokolun əsassız olduğunu, Quba bələdiyyəsinin sözügedən iclas protokolu ilə əlaqəli iclasının xx.xx.2025-ci il tarixində saat 17:00-da keçirildiyini, həmin tarixdən sonrakı günlərin, yəni 14, 15 və 16 iyun tarixlərin qeyri-iş günləri olduğu üçün iclas protokolunun növbəti iş günləri ərzində tərtib edilərək xx.xx.2025-ci il tarixində Xaçmaz Regional Ədliyyə İdarəsinə göndərildiyini bildirərək, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etdi. İş materialına əlavə olunmuş Quba Bələdiyyəsinin sədri Şəxs xx.xx.2025-ci il tarixli Xaçmaz Regional Ədliyyə İdarəsinin rəisinə ünvanladığı arayışına əsasən iclas protokolu ilə əlaqəli iclasının xx.xx.2025-ci il tarixində saat 17:00-da keçirildiyini, həmin tarixdən sonrakı günlərin, yəni 14, 15 və 16 iyun tarixlərin qeyri-iş günləri olduğu üçün iclas protokolunun növbəti iş günləri ərzində tərtib edilərək xx.xx.2025-ci il tarixində göndərildiyini qeyd etmişdir. İş materiallarını nəzərdən keçirib, işdəki sübutlara hüquqi qiymət verərək, hesab edirəm ki, Quba bələdiyyəsinin sədri Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 549.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinməlidir, həmçinin onun əməli İXM-nin 549.2-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Belə ki, Azərbaycan Respublikası İXM-nin 549.2-ci maddəsinə əsasən bələdiyyə qərarlarının qəbul edildiyi vaxtdan 3 iş günü ərzində onların surətinin bələdiyyələrin fəaliyyətinə inzibati nəzarəti həyata keçirən orqanın informasiya sistemində yerləşdirilməməsinə görə vəzifəli şəxslər dörd yüz manatdan altı yüz manatadək məbləğdə cərimə edilir. “Bələdiyyələrin statusu haqqında” Azərbaycan Respublikası Qanununun 48-ci maddəsinin 1-ci bəndinin və “Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarət haqqında” Azərbaycan Respublikası Qanununun 6-cı maddəsinin tələblərinə əsasən mütləq təqdim olunan bələdiyyə aktı kimi həmin iclas protokolunun surəti 3 iş günü ərzində Xaçmaz Regional Ədliyyə İdarəsinin informasiya sistemində yerləşdirməli idi. Lakin sözügedən protokol qanunvericilikdə nəzərdə tutulmuş müddət ötürüldükdən sonra sistemə yerləşdirilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31-33 maddələrinə müvafiq olaraq inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. İş materialları ilə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs inzibati məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Hesab edirəm ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 549.2-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş inzibati tənbeh verilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 112, 113, 114-115, 117, 125-126, 128-130-cu maddələrini rəhbər tutaraq, qəraraaldım: Quba bələdiyyəsinin sədri Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 549.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinib 400 (dörd yüz) manat məbləğində inzibati qaydada cərimə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Sumqayıt Apellyasiya məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən: Nigar Xəlilova
Məhkəmə qərarları › İş №3(027)-576/2025
Quba Rayon Məhkəməsi Qərar — İş №3(027)-576/2025
14.07.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver