Məhkəmə qərarları › İş №3(027)-577/2020

Quba Rayon Məhkəməsi Qərar — İş №3(027)-577/2020

05.08.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Quba şəhəri İş № 3(027)-577/2020 05.08.2020 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov İlqar Aslan oğlunun sədrliyi, Hacıyev Əmiraslan Arif oğlunun katibliyi, X1 iştirakı ilə, Azərbaycan Respublikası İXM-nin 329.3, 333.1-ci maddələri ilə tərtib olunmuş xx xxxx 2020-ci il tarixli TP ******* nömrəli qərarlı protokolun ləğv edilməsi barədə X2 tərəfindən verilmiş şikayət ərizəsinə açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: Azərbaycan Respublikası DİN-nin Quba rayonu Polis Mayoru X3 tərəfindən tərtib edilmiş xx.xx.2020-ci il tarixli TP ******* nömrəli protokoldan görünür ki, X2 Azərbaycan Respublikasının İXM-nin 329.3 və 333.1-ci maddəsinin tələblərini pozmuşdur. Hal-hazırda X2 ərizə ilə müraciət edərək, Quba rayon Məhkəməsinə müraciət edərək, barəsində Azərbaycan Respublikası İXM-nin 329.3, 333.1-ci maddəsi ilə tərtib olunmuş xx xxxx 2020-ci il tarixli TP ******* nömrəli qərarlı protokolun ləğv edilməsini xahiş etmişdir. X2 şikayət ərizəsində göstərmişdi ki, o, Quba Rayon Dövlət Yol Polisi Bölməsinin vəzifəli şəxsi X3 tərəfindən tərtib edilmiş xx.xx.2020-ci il tarixli, TP3801073 saylı inzibati xəta haqqında iş üzrə qərarla Azərbaycan Respublikası inzibati Xətalar Məcəlləsinin 329.3.-cü və 333.1.-Cİ maddələri ilə təqsirli bilinərək 400 manat məbləğində cərimə olunmuşdur. Həmin qərarın surəti xx.xx.2020-ci il tarixdə Quba Rayon Dövlət Yol Polisi Bölməsinin inzibati binasında DtN-nin DYP Web Portalından çap edilib imzalanaraq ona təqdim edilmişdir. Aşağıdakı əsas və faktlara əsasən inzibati tənbeh vermə haqqında qərar qanunsuz və əsassızdır: Qərarda göstərilmişdir ki, guya o, xx.xx.2020-ci il tarixdə “X7” markalı, 90CF849 dövlət qeydiyyat nişanlı avtomobili idarə edərkən işıq cihazlarından istifadə qaydalarını pozmuşam və nəqliyyat vasitəsini alkoqoldan, narkotik vasitələrdən, psixotrop maddələrdən və ya güclü təsir göstərən digər maddələrdən istifadə olunması nəticəsində sərxoş vəziyyətdə idarə etmiş və ona görə də AR İXM-nin 329.3-cü və 333.1-ci maddələrinə əsasən 400 manat cərimə edilimişdir. Lakin bu həqiqətə uyğun deyil. O, qərarda göstərilmiş qanun pozuntularını törətməmişdir. Belə ki, o, avtomobil idarə edərkən bütün qaydalara riayət edir və həmin vaxt heç bir qayda pozuntusuna yol verməmiş, yəni işıq cihazlarından istifadə qaydalarını pozmamış və həmin vaxt alkoqoldan, narkotik vasitələrdən, psixotrop maddələrdən və ya güclü təsir göstərən digər maddələrdən istifadə olunması nəticəsində sərxoş vəziyyətdə olmamış və ümumiyyətlə avtomobili idarə etməmişdir. Əslində o, sadəcə avtomobilin hərəkətsiz vaxtı (dayanmış vəziyyətdə və avtomobilin mühərrikinin sönmüş vəziyyətində) yolun kənarında avtomobilin salonunda oturduğu vaxt guya ki, qərarda qeyd olunmuş qanun pozuntularına yol verdiyinə görə barəsində protokol tərtib edilmiş və adı gedən qərar tərtib edilmişdir. Qanun pozuntularına yol verməmiş, yəni qeyd olunan inzibati hadisələrin tərəfindən törədilməməsi onunla təsdiq olunur ki, həmin vaxt işıq cihazlarından istifadə etməmiş (çünki avtomobilin mühərriki sönmüş və avtomobil dayanmış vəziyyətdə olmuşdur) və onun sərxoş olmağı qanunvericilikdə nəzərdə tutulmuş qaydada imoavinənin nəticəsini kağız dasıvıcıda əks etdirən) xüsusi cihazlann köməyilə müəyyən edilməmişdir. Həmin vaxt polis əməkdaşının xahişi ilə o, onun əlində olan cihaza nəfəs “ yermiş və ona bildirilmişdi ki, cihazda onun sərxoş olduğu görsənir. O, həmin cihazda yazılanları və cihaz vasitəsilə aparılmış müayinənin kağız daışıyıcıda olan nəticəsini ona göstərməyini tələb etsə də, o, tələb etdiklərini ona göstərməmişdi və əlavə etmişdi ki, həmin cihaz müayinənin nəticəsini kağız daışıyıcıda deyil, sadəcə cihazın üstündə olan ekranda göstərir. Halbuki, qanunvericiliyin tələbinə görə polis əməkdaşı məhz müayinənin nəticəsini kağız daşıyıcıda əks etdirən xüsusi cihazdan istifadə etməli və müayinənin kağız daışıyıcıda olan nəticəsinin bir nüsxəsini protokola əlavə edib ona təqdim etməli idi. Belə ki, “Nəqliyyat vasitəsini idarə edən şəxsin sərxoşluq vəziyyətinin müəyyən edilməsi” Qaydalarının 2.2.-Cİ bəndinə əsasən nəqliyyat vasitəsini idarə edən şəxsin alkoqollu içkidən, narkotik vasitələrdən, psixotrop və digər güclü təsir edən maddələrdən istifadə etməsi faktını təsdiq etmək məqsədi ilə polis əməkdaşı müayinənin nəticəsini kağız dasıvıcıda əks etdirən texniki vasitələrdən (alkotester, narkotester) istifadə edir. Həmin qaydaların 2.6.-cı bəndinə əsasən müayinənin nəticəsini kağız daşıyıcıda əks etdirən sənəd 2 nüsxədə tərtib olanar. Həmin sənədin bir sarəti nəqliyyat vasitəsini idarə edən şəxsə verilən protokola əlavə edilir, digər surəti isə polis əməkdaşmda saxlanılır. Beləliklə, tərəfindən qayda pozuntularının, inzibati xəta hadisələrinin törədilməsi sübuta yetirilməmişdir. Belə olan halda, hazırki iş üzrə inzibati xəta haqqında qərarın qəbul edilməsi tamamilə əsassız və qanunsuzdur və mövcud qanunvericiliyin tələblərinə əsasən onun inzibati xəta törətməkdə təqsirli olduğumu sübut etmə yükü məhz inzibati orqanın, yəni indiki halda Quba Rayon Dövlət Yol Polisi Bölməsi üzərinə düşür. Lakin Quba Rayon Dövlət Yol Polisi Bölməsinin vəzifəli şəxsi tərəfindən onun təqsiri sübuta yetirilməmişdir. Bununla yanaşı, onun təqsirli olmağı barəsində olan şübhələr onun xeyrinə həll edilməli idi. Eyni zamanda inzibati xətalara dair işlərə baxılarkən təqsirsizlik prezumpsiyasma mütləq əməl edilməlidir və belə bir qərar qəbul edilməklə tXM-nin təqsirsizlik prinsipi pozulmuşdur. Göründüyü kimi, inzibati xəta hadisəsinin tərəfimdən törədilməsi sübut olunmadığından Quba Rayon Dövlət Yol Polisi Bölməsinin vəzifəli şəxsi tərəfindən barəsində protokol tərtib olunmaqla inzibati xəta haqqında iş üzrə icraat başlanıla bilməzdi. Başlanılmış icraata isə xitam verilməli idi. xx.xx.2020-ci il tarixli, TP3801073 saylı inzibati xəta haqqında iş üzrə qərar məhkəmə tərəfindən ləğv edilməli və başlanılmış icraata xitam verilməlidir. Göstərilənlərə əsasən barəsində barəsində Azərbaycan Respublikası İXM-nin 329.3, 333.1-ci maddəsi ilə tərtib olunmuş xx xxxx 2020-ci il tarixli TP ******* nömrəli qərarlı protokolun ləğv edilməsi barədə qərаr qəbul еdilməsini məhkəmədən xаhiş еtdi. İşə baxılmasının yeri və vaxtı barədə Azərbaycan Respublikası DİN-nin Quba rayon PŞ-nə məlumat verilsə də, Azərbaycan Respublikası DİN-nin Quba rayon PŞ-nin nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş və işə baxılmasının təxirə salınması haqqında məhkəməyə vəsatət verbəbişdir. Belə olan halda, məhkəmə Azərbaycan Respublikası DİN-nin nin Quba rayon PŞ-nin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab edir. İşin bütün hallarının məcmusuna hərtərəfli, tam və obyektiv baxaraq və iş üzrə olan sübutları qiymətləndirərək, məhkəmə belə nəticəyə gəlir ki,X1 Quba Rayon PŞ-nin Dövlət Yol Polisi Bölməsinin vəzifəli şəxsi X3 tərəfindən tərtib edilmiş xx.xx.2020-ci il tarixli, TP3801073 saylı inzibati tənbeh vermə haqqında qərann ləğv edilməsi və başlanmış icraata xitam verilməsi haqqında şikayəti təmin edilməməlidir. Belə ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərərçəkmiş şəxs, habelə müdafiəçi nümayəndə tərəfindən inzibati xətalar haqqında İşlər üzrə qərarlardan şikayət, prokuror isə protest verə bilər. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında İşlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 84.1-ci maddəsinə əsasən, "İnzibati xətalar haqqında" işə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Şərh edilənlərə əsasən, məhkəmə Quba rayon PŞ-nin Dövlət Yol Polisi Bölməsinin rəisi X3 tərəfindən tərtib edilmiş xx.xx.2020-ci il tarixli, TP3801073 saylı inzibati tənbeh vermə haqqında qərann ləğv edilməsi və başlanmış icraata xitam verilməsi barədə ərizənin təmin olunmamasını qanuni hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 128.1,357, 360, 364, 426-427 və 430-432, 436-cı maddələrini rəhbər tutaraq, Qərara aldı : Quba rayon PŞ-nin Dövlət Yol Polisi Bölməsinin rəisi X3 tərəfindən tərtib edilmiş xx.xx.2020ci il tarixli, TP3801073 saylı inzibati tənbeh vermə haqqında qərann ləğv edilməsi və başlanmış icraata xitam verilməsi barədə ərizəsi təmin olunmasın. Qərarın surəti rəsmi qaydada təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətidə Quba Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: İlqar Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar