Məhkəmə qərarları › İş №3(027)-579/2022

Quba Rayon Məhkəməsi Qərar — İş №3(027)-579/2022

16.06.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Quba şəhəri İş № 3(027)-579/2022 16.06.2022 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov İlqar Aslan oğlunun sədrliyi, Hacıyev Əmiraslan Arif oğlunun katibliyi ilə, Protokol tərtib edən şəxs X1, Zərərçəkmiş şəxs, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1997-ci ildə Quba rayonu Xucbala kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, ailəli, orta təhsilli, işləməyən, Quba rayonu, Xucbala kəndində yaşayan və qeydiyyatda olan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsinin tələbinin pozulması barədə Quba RPŞ-dən daxil olmuş inzibati xəta haqqında protokola və ona əlavə edilmiş sənədlərə baxaraq, məhkəmə Müəyyən etdi: Şəxs xx.xx.2022-ci il tarixdə, saat 20:30 radələrində bacısı Zərərçəkmiş şəxs döyərək, ona dərəcəsi təyin olunmayan bədən xəsarəti yetirmişdir. Məhkəmədə inzibati xəta haqqında protokol tərtib edən şəxs X2 bildirdi ki, Şəxs xx.xx.2022-ci il tarixdə, saat 20:30 radələrində Quba rayonu Alpan kəndində bacısı Zərərçəkmiş şəxs döyərək, ona dərəcəsi təyin olunmayan bədən xəsarəti yetirmişdir. Protokolu təhqiqat qərarına əsasən tərtib etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü qismən təqsirli bilərək bildirdi ki, 05 aprel 2022- ci il tarixdə isə telefonda facebooka girəndə təsadüfən görmüşdür ki, Dilşad öz facebook səhifəsində o biri bacılarının və onun arvadının şəkillərini paylaşıb. Bunu görüb əsəbləşmişdir və Dilşada zəng vurmuşdur, lakin o, telefonu açmamışdır. Buna görə də yol maşınları ilə Dilşadın yaşadığı evin qapısına getmişdir və onu həyətə çağırmışdır. Dilşad əri Elçin və qaynanası Qətibə ilə çölə çıxmışdır. Dişada demişdir ki, sən burada dayan, sözüm var sənə. Elçinlə Qətibə isə ona demişlər ki, çıx get buradan. O, da demişdir ki, keçin içəri və Qətibə Elçinə demişdir ki, bacı-qardaş özləri bilər, keçək içəri. Həyətdə Dilşada demişdir ki, facebookda şəkilləri qoymusan, sil. O, da demişdir ki, yaxşı etmişəm, sərbəst adamam. O, da demişdir ki, onda bacılarının və arvadının şəkillərini silsin. Dilşad demişdir ki, silmirəm və ucadan üstünə qışqıraraq arvadı üçün pozğun demişdir. O, da bundan əsəbləşib Dilşadın hər iki qolunun bilək nahiyyəsindən tutub demişdir ki, sakitləş, şəkilləri sil. Amma Dilşad səsini kəsməyərək ona şillə atmaq istəyəndə şillə atan əlini tutub onun sifətinin sol yanağına sağ əli ilə bir möhkəm şillə vurmuşdur, şillənin zərbəsindən Dilşad yerə yıxılmışdır. Sonra Dilşad 102-yə zəng vurub polis çağırdığından o, oradan çıxıb yol maşınları ilə evinə getmişdir. Məhkəmədə Zərərçəkmiş şəxs bildirdi ki, Alpan kəndindəki evlərində əri Elçin, qaynanası Qətibə və iki azyaşlı övladı ilə birlikdə yaşayır. 05 aprel 2022-ci il tarixdə, saat 21 radələrində Xucbala kəndində yaşayan qardaşı Elşad onun yaşadığı ünvanın həyətinə gəlib onu çölə çağırmışdır. O, əri Elçin və qaynanası Qətibə ilə çölə çıxanda Elşad Elçin və Qətibəyə demişdir ki, içəri keçsinlər, söhbəti onunladır. Elçin və Qətibə evə keçdikdəın sonra Elşad ona demişdir ki, sən mənim və arvadımın ardınca nalayiq danışmısan, bizi söymüsən və bu zəmində aralarında yaranmış mübahisə zamanı Elşad yumruqla onun sifətindən vuraraq yerə yıxıb yerdə təpikləmişdir. Əri Elçin çölə çıxıb Elşadı qapıdan uzaqlaşdırmışdır. O, da 102-yə zəng vurmuşdur. Hazırda şikayətçidir. İş materiallarında olan cinayət işinin başlanmasının rədd edilməsi barədə 15 aprel 2022-ci il tarixli qərardan görünür ki, Quba rayonu, Xucbala kəndində yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 157-ci (döymə) maddəsi ilə inzibati tədbir görülməsidən ötrü qərar Quba RPŞ-nin İTB-nə göndərilmişdir. Məhkəmə hesab edir ki, Şəxs hərəkətində Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsinin tərkibi var və o, həmin inzibati xətanın törədilməsində təqsirli bilinməlidir. Belə ki, inzibati xəta hadisəsinin olması və onun Şəxs tərəfindən törədilməsi, zərərçəkmiş şəxsin, protokolu tərtib etmiş şəxsin izahatları ilə, cinayət işinin başlanmasının rədd edilməsi barədə 15 aprel 2022-ci il tarixli qərar, inzibati xəta haqqında protokol və protokola əlavə edilmiş digər sənədlərlə təsdiq olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsinə əsasən döymə və sair zorakı hərəkətlərlə qəsdən fiziki ağrı yetirməyə görə üç yüz manatdan beş yüz manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, iki ayadək müddətə inzibati həbs tətbiq olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 4-cü maddəsinə əsasən bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. Həmin Məcəllənin 6.1-ci maddəsinə əsasən inzibati xətaya görə inzibati tənbeh bu Məcəlləyə uyğun olaraq tətbiq edilir. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə İnzibati Xətalar Məcəlləsinin 32-ci maddəsinə əsasən Şəxs məsuliyyətini yüngülləşdirən hal aşkar etmədi. Məhkəmə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 33-cü maddəsinə əsasən Şəxs məsuliyyətini ağırlaşdıran hal aşkar etmədi. Azərbaycan Respublikası İXM-nin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin səxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınmalıdır. Məhkəmə inzibati xətanın xarakterini, xəta törətmiş şəxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsini nəzərə alaraq hesab edir ki, inzibati xəta törətmiş Şəxs barəsində inzibati tənbeh cərimə edilməklə inzibati tənbeh öz məqsədinə nail ola bilər. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114.1.1-ci maddəsinə əsasən inzibati xəta haqqında işə baxılarkən inzibati tənbeh vermə haqqında qərar çıxarılır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İXM-nin 157, 32, 40, 43, 48-51-ci, 114cü və 128-130-cu maddələrini rəhbər tutaraq, Qərara aldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə təqsirli bilinib, barəsində 400 (dörd yüz) manat məbləğində cərimə tənbeh tədbiri tətbiq edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Quba Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apelyasiya Məhkəməsinə şikayət və protest verilə bilər. Sədrlik edən: İlqar Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar