Azərbaycan Respublikası adından QƏRAR Quba şəhəri İş № 3(027)-580/2021 19.08.2021 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Seyidov Vüqar Mircuma oğlunun sədrliyi, Fətəliyev Veysəl Surxay oğlunun katibliyi, İnzibati xəta haqqında qərardan şikayət verən şəxs X3 iştirakı ilə, X3 Quba rayonu Yol Patrul xidməti inspektoru polis serjantı X4 tərəfindən tərtib edilmiş TP ******* saylı, 24.04.2021-ci il tarixli inzibati xəta haqqında qərardan verdiyi şikayətə Quba Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: Quba rayonu Yol Patrul xidməti inspektoru polis serjantı X4 tərəfindən tərtib edilmiş inzibati tənbeh vermə haqqında TP ******* saylı, 24.04.2021-ci il tarixli qərara əsasən X5 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211.2-ci maddəsi ilə təqsirli bilinərək, 100 manat məbləğində cərimə olunmuşdur. X5 həmin qərarlardan şikayət vermişdir. Məhkəmə iclasında inzibati xəta haqqında qərardan şikayət verən şəxs X5 bildirdi ki, o, 24.04.2021-ci ildə, saat 19:30 radələrində etibarnamə ilə idarə etdiyi Mersedes V200 SDİ mini markalı dövlət qeydiyyatı ** BL *** olan avtomaşınını Quba şəhəri, Əliağa Vahid 3 (Asan xidmətin yaxınlığı) küçəsi yaxınlığında Yol Patrul xidməti inspektoru polis serjantı X4 avtomaşınının sənədlərini istəmiş, o, da polisə sənədlərini təqdim etmiş, heç bir nöqsan olmamışdır. Sadəcə polis ona bildirmişdir ki, niyə maska taxmayıb, o, da polisə bildirmişdir ki, sərnişin nəvəsidir, onlar bir ailədir, tibbi maskaya ehtiyac yoxdur. Polis sənədlərini vermiş, o, da yoluna davam etmişdir. Bir müddət keçdikdən sonra təxminən 19.07.2021-ci ildə Xaçmaz şəhər MERO adlı idarəyə avtomaşınını texniki baxışdan keçirmək istədikdə, ona avtomaşında Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 211.2-ci maddəsi ilə protokol tərtib edildiyini, halbuki həmin vaxt ona Yol Patrul xidməti inspektoru polis serjantı X4 cərimə yazaraq ona heç bir xəbərdarlıq etməmişdir. Ümumiyyətlə o, cərimənin yazılması barədə məlumatlı olmamışdır. Bu barədə o, Quba rayon DYP bölməsinin rəisinin qəbulunda olmuş və onda bilmişdir. X5 yuxarıda göstərilən qərarın ləğv olunması barədə məhkəmədən qərar qəbul edilməsini xahiş edir. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, Quba rayonu Yol Patrul xidməti inspektoru polis serjantı X4 məhkəmə iclasına gəlməmiş və işə təxirə salmaq barədə onlardan hər hansı vəsatət daxil olmamışdır. Ona görə də, məhkəmə, Azərbaycan Respublikası İXM-nin 133.2.4-cü maddəsinə əsasən hazırki şikayətə Quba rayonu Yol Patrul xidməti inspektoru polis serjantı X2 iştirakı olmadan baxılmasını mümkün hesab edir. İş materiallarına əlavə edilmiş İXP ******* saylı, 24.04.2021-ci il tarixli protokoldan görünür ki, 24.04.2021-ci il tarixdə, saat 19:30-da Quba rayonu Yol Patrul xidməti inspektoru polis serjantı X4 tərəfindən X5 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211.2-ci maddəsi ilə protokol tərtib edilmişdir. İş materiallarına əlavə edilmiş TP ******* saylı, 24.04.2021-ci il tarixli qərardan görünür ki, X5 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211.2-ci maddəsi ilə təqsirli bilinib, 100 manat məbləğində cərimə edilmişdir. Məhkəmə təhqiqatı zamanı müəyyən olunmuşdur ki, 24.04.2021-ci il tarixdə, saat 19:30-da Quba rayonu Yol Patrul xidməti inspektoru polis serjantı X4 tərəfindən X5 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211.2-ci maddəsi ilə protokol tərtib edilmiş, həmin protokola əsasən TP ******* saylı, 24.04.2021-ci il tarixli qərarla X5 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211.2-ci maddəsi ilə təqsirli bilinib, 100 manat məbləğində cərimə edilmiş, X1 qərardan xəbəri olmamış, qərarın surətini 22.07.2021-ci il tarixdə əldə etmişdir. Beləliklə, məhkəmə hesab edir ki, X3 24.04.2021-ci il tarixdə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211.2-ci maddəsi ilə inzibati xətanın törədilməsi ilə əlaqədar Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin tələbləri pozulmaqla lazımi qaydada xəbərdar olunmadan cərimə edilməsi bu Qanunun ədalətlik prinsipi ilə uzlaşmır. Belə ki, X5 barəsində olan inzibati xəta haqqında qərar onun rəsmi qeydiyyatda olduğu ünvana göndərilməmiş, o, bu barədə məlumatlandırılmamışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, kollegial orqanın üzvü, vəzifəli şəxs işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin yuxarıda sadalanan normalarının tələblərindən görünür ki, şəxsin inzibati məsuliyyətə cəlb edilməsi üçün sübutların məcmusu tələb olunur və heç bir sübutun, o cümlədən sübutlardan biri olan inzibati xəta haqqında protokolun və qərarın qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211.2-ci maddəsinə əsasən epidemiya əleyhinə rejim, sanitariya-gigiyena və karantin rejimləri dövründə fərdi qoruyucu vasitələrdən istifadə ilə bağlı müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən tələblərin pozulmasına, habelə vəzifəli şəxslər və hüquqi şəxslər tərəfindən həmin tələblərin pozulmasının qarşısının alınmamasına görə inzibati məsuliyyət nəzərdə tutulmuşdur. Həmin Məcəllənin 135.1.6-cı maddəsinə əsasən bu Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması, inzibati məsuliyyət müəyyən edən qanunun normasının düzgün tətbiq edilməməsi inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. Həmin Məcəllənin 134.1.4-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətlərə və ya protestə baxarkən məhkəmə, bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edir. Məhkəmə, iş üzrə sənədləri tam, hərtərəfli və obyektiv tədqiq edərək hesab edir ki, Quba rayonu Yol Patrul xidməti inspektoru polis serjantı X4 tərəfindən X5 barəsində qəbul edilmiş inzibati xəta haqqında TP ******* saylı, 24.04.2021-ci il tarixli qərar ləğv edilməli və inzibati işin yenidən araşdırılması üçün Azərbaycan Respublikası DİN-nin BDYPİ-nə göndərilməlidir. Yuxarıda qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 8, 53, 114, 128-131 və 134.1.4 və 135.1.6-ci maddələrini rəhbər tutaraq, q ə r a r a a l d ı: Şikayət təmin edilsin. X5 barəsində Quba rayonu Yol Patrul xidməti inspektoru polis serjantı X4 tərəfindən qəbul edilmiş TP ******* saylı, 24.04.2021-ci il tarixli inzibati xəta haqqında qərar ləğv edilsin və inzibati iş yenidən araşdırılması üçün Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X8 İdarəsinə göndərilsin. Qərardan 10 gün müddətində Quba Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Vüqar Seyidov
Məhkəmə qərarları › İş №3(027)-580/2021
Quba Rayon Məhkəməsi Qərar — İş №3(027)-580/2021
19.08.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver