Məhkəmə qərarları › İş №3(027)-581/2022

Quba Rayon Məhkəməsi Qərar — İş №3(027)-581/2022

30.06.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Quba şəhəri İş № 3(027)-581/2022 30.06.2022 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov İlqar Aslan oğlunun sədrliyi, Hacıyev Əmiraslan Arif oğlunun katibliyi, X2 iştirakı ilə, Azərbaycan Respublikası DİN BDYPİ-nin EQ 10172018 nömrəli, 10 iyun 2022-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsi barədə X3 tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi : X1 Rayon Məhkəməsinə müraciət edərək, barəsində tərtib edilmiş Azərbaycan Respublikası DİN BDYPİ-nin EQ 10172018 nömrəli, 10 iyun 2022-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini xahiş etmişdir. Məhkəmədə X3 şikayətini müdafiə edərək, barəsində olan Azərbaycan Respublikası DİN BDYPİnin EQ 10172018 nömrəli, 10 iyun 2022-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarı ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. X3 şikayətində göstərmişdi ki, barəsində 10 iyun 2022-ci il tarixdə İnzibati tənbeh vermə haqqında elektron qərar tərtib edilmişdir ki, 16 fevral 2022-ci il tarixdə “İVECO DAİLY YÜK SƏRNİŞİN” markalı **-JZ-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə 1.1, 1.3 və 1.11 üfiqi nişanlanma xətlərinin tələblərinə riayət etməyərək sola və ya geriyə dönmə qaydalarını pozmuşdur. Həmin qərar qanunsuz və əsassız olduğundan ləvğ edilməlidir. Bildirir ki, həmin nəqliyyat vasitəsi "xxxx" ASC-nin regional idarəsinə məxsusdur. O da həmin müəssisədə sürücü vəzifəsində çalışır. Lakin həmin vaxt nəqliyyat vasitəsini o, idarə etməmişdir və bu barədə onun adına yol vəqəsi də verilməmişdir. Göstərilənləri nəzərə alaraq, Azərbaycan Respublikası DİN BDYPİ-nin EQ 10172018 nömrəli, 10 iyun 2022-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarı ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. İşə baxılmasının yeri və vaxtı barədə Azərbaycan Respublikası DİN BDYPİ-nə məlumat verilsə də, məhkəmə iclasına Azərbaycan Respublikası DİN BDYPİ-nin nümayəndəsi gəlməmişlər və işə baxılmasının təxirə salınması haqqında məhkəməyə vəsatət verməmişlər. Belə olan halda, məhkəmə işə, Azərbaycan Respublikası DİN BDYPİ-nin nümayəndəsinin iştirakı olmadan baxmağı mümkün hesab edir. Məhkəmə iş sənədini tam, hərtərəfli və obyektiv tədqiq edərək hesab edir ki, hazırki inzibati xəta haqqında iş üzrə qəbul edilmiş qərar Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin tələblərinin kobud surətdə pozularaq tərtib edildiyindən şikayət qismən təmin edilməlidir. Azərbaycan Respublikası İXM-nin 131.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə daxil olduğu gündən on gün müddətində baxılır. Azərbaycan Respublikası İXM-nin 135.1.1-cı maddəsinə əsasən səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. Azərbaycan Respublikası İXM-nin 134.1.4-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətlərə və ya protestə baxarkən məhkəmə, bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edir. Məhkəmə, iş sənədlərini tam, hərtərəfli və obyektiv tədqiq edərək hesab edir ki, Azərbaycan Respublikası DİN BDYPİ-nin EQ 10172018 nömrəli, 10 iyun 2022-ci il tarixli qərarı ləğv edilməli və inzibati işin yenidən araşdırılması üçün Azərbaycan Respublikası DİN BDYPİ-nə göndərilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 131, 134.1.4 və 135.1.1-cı maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı: X2 şikayəti qismən təmin edilsin. Azərbaycan Respublikası DİN BDYPİ-nin EQ 10172018 nömrəli, 10 iyun 2022-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarı ləğv edilsin və inzibati iş yenidən araşdırılması üçün Azərbaycan Respublikası DİN BDYPİ-nə göndərilsin. Qərarın surəti rəsmi qaydada təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Quba Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: İlqar Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar