Məhkəmə qərarları › İş №3(027)-584/2023

Quba Rayon Məhkəməsi Qərar — İş №3(027)-584/2023

15.05.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Quba şəhəri İş № 3(027)-584/2023 15.05.2023 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Seyidov Vüqar Mircuma oğlunun sədrliyi Fətəliyev Veysəl Surxay oğlunun katibliyi ilə İnzibati xəta haqqında qərardan şikayət verən şəxs X1 müdafiəçisi Vəkil və Şimal Ərazi Baş Gömrük İdarəsinin nümayəndəsi X4 iştirakı ilə, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Şimal Ərazi Baş Gömrük idarəsinin 06 yanvar 2023-cü il tarixli 01400/00200 saylı inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsi barədə X1 müdafiəçisi Vəkil tərəfindən verilmiş şikayət ərizəsinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: Şimal Ərazi Baş Gömrük idarəsinin rəisi X5 MN 01400/00200 saylı, 06 yanvar 2023-cü il tarixli inzibati tənbeh vermə haqqında qərarından görünür ki, X2 Azərbaycan Respublikasının İXMnin 483-cü maddəsi ilə təqsirli bilinib 10000 (on min) manat cərimə edilmişdir. Hal-hazırda X1 müdafiəçisi Vəkil şikayət ilə Quba rayon Məhkəməsinə müraciət edərək, barəsində Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Şimal Ərazi Baş Gömrük idarəsinin rəisi X10 tərəfindən 23 dekabr 2022-ci il tarixdə tərtib edilmiş 01400-05035/22 saylı protokolu və həmin protokol üzrə 06 yanvar 2023-cü il tarixdə tərtib edilmiş 01400/00200 saylı inzibati tənbeh kimi 10.000 (on min) manat cərimə edilməyi barədə qərarın ləğv edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırmışdır ki, barəsində Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi şimal Ərazi Baş Gömrük idarəsinin rəisi X10 tərəfindən 23 dekabr 2022-ci il tarixli, 01400-05035/22 saylı protokol və inzibati xəta haqqında işin digər materiallarına baxılaraq 10.000 (on min) manat məbləğində cərimə olunmağı barədə 06 yanvar 2023-cü il tarixli 01400/00200 saylı inzibati tənbeh vermə haqqında qərar qəbul edilmişdir. Cərimə olunmağı barədə qərarın surətini xx.xx.2023-cü il tarixdə ona poçt vasitəsi ilə göndərilmiş, lakin həmin qərara qəbul edilməsi üçün istinad olunan protokol və digər iş materialları əlavə edilməmişdir. Qeyd olunan sənədlərin göndərilməsi üçün şifahi müraciətləri nəticəsiz qalmış, cərimə olunmağı barədə qərar məcburi qaydada icra edilməsi üçün Quba rayon İcra və Probasiya Şöbəsinə göndərildiyindən həmin qərardan protokol və digər sənədlər olmadan şikayət vermək məcburiyyətindədir. Onun cərimə olunmağı barədə qərar qəbul edən Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Şimal Ərazi Baş Gömrük idarəsinin rəisi tərəfindən konsiqnasiya yolu ilə ixrac olunmuş məhsulların təhvil alınması, pulun maliyyə çətinlikləri üzündən ödənilməməsi və həmin səbəbdən də pulların müvəkkil bank hesabına köçürülməməsi və bunun da pulun xaricidən qaytarılmaması kimi nəticələr doğurması araşdırılmadan və hüquqi qiymət verilmədən, yəni xarici valyuta vəsaitinin ödənişinin yerinə yetirilməməsi səbəbinin yerli və ya xarici rezidentdən asılı olub-olmamasım müəyyən etmədən iş materialları üzrə 10.000 (on min) manat cərimə olunmağı barədə qərar qəbul etmişdir. Hazırkı iş üzrə məhkəmə araşdırmasının obyektiv aparılması üçün Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Şimal Ərazi Baş Gömrük idarəsindən X1 adından ixrac gömrük proseduranda rəsmiləşdirilməklə aparılmış müvafiq qərarda göstərilən **********3916 saylı xx.xx.2021-ci il tarixli, **********5203 saylı xx.xx.2021- ci il tarixli, ********* 20254 saylı xx.xx.2021-ci il tarixli, **********0591 saylı xx.xx.2021-ci il tarixli, **********1152 saylı xx.xx.2021-ci il tarixli, **********1494 saylı xx.xx.2021-ci il tarixli, **********2445 saylı xx.xx.2021- ci il tarixli, **********4184 saylı xx.xx.2021-ci il tarixli, **********7635 saylı xx.xx.2021-ci il tarixli, **********1678 saylı xx.xx.2021-ci il tarixli, **********6866 saylı xx.xx.2021-ci il tarixli, **********3007 saylı xx.xx.2021- ci il tarixli, **********7061 saylı xx.xx.2021-ci il tarixli gömrük bəyannamələri üzrə sənədlər tələb edilib öyrənilməli və hüquqi qiymət verilməlidir. Belə ki, qeyd olunan əməliyyatların bir hissəsi broker fəaliyyəti ilə məşğul olan X6 adlı şəxs tərəfindən səlahiyyətləndirmə barədə müvafiq sənəd (etibarnamə) olmadan saxtalaşdırılmaqla aparılmışdır. O, həmin protokol və qərar ilə razılaşmır. Hesab edir ki, qeyd olunan protokol və qərar əsassız qəbul edilmişdir. Onların tərtib edildiyi anda inzibati xəta mövcud olmamışdır. Qərar qəbul edilərkən Azərbaycan Respublikası İXM-nin tələbləri pozulmuşdur. Azərbaycan Respublikası İXM-nin 106.0.3-106.0.6-cı maddələrinin tələblərinə uyğun olaraq hazırda mübahisələndirdiyi qərarı qəbul edilərkən inzibati xəta haqqında protokolun və işin digər materiallanın bu Məcəllənin tələblərinə müvafiq olaraq tərtib edilməsini, işin icraatını rədd edən halların mövcud olub-olmamasını, işin mahiyyəti üzrə baxılması üçün işdə kifayət qədər sübutların toplanıb-toplanmamasını və işə baxılmasının yeri və vaxtı barədə işdə iştirak edən şəxslərin məlumatlandırılıbməlumatlandırılmamasını araşdırmalı və həll etməli olduğu təqdirdə qanunun həmin normalarının tələblərini pozmuşdur. Məhkəmə iclasında inzibati xəta haqqında qərardan şikayət verən şəxs X1 müdafiəçisi Vəkil şikayəti müdafiə edərək bildirmişdir ki, cərimə maksimum həddə təyin olunub. Cəriməni azaldıb minimum həddə təyin edilməsini xahiş edir. Məhkəmə iclasında Şimal Ərazi Baş Gömrük İdarəsinin nümayəndəsi X7 şikayəti əsassız hesab edərək rədd olunmasını Şimal Ərazi Baş Gömrük idarəsinin rəisi X5 MN 01400/00200 saylı, 06 yanvar 2023-cü il tarixli inzibati tənbeh vermə haqqında qərarının dəyişdirilmədən saxlanmasını xahiş edir. İşin bütün hallarının məcmusuna hərtərəfli, tam və obyektiv baxaraq və iş üzrə olan sübutları qiymətləndirərək, məhkəmə belə nəticəyə gəlir ki, X1 müdafiəçisi Vəkil Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi şimal Ərazi Baş Gömrük idarəsinin rəisi X10 tərəfindən 23 dekabr 2022-ci il tarixdə tərtib edilmiş 01400-05035/22 saylı protokol və həmin protokol üzrə 06 yanvar 2023-cü il tarixdə tərtib edilmiş 01400/00200 saylı inzibati tənbeh kimi 10.000 (on min) manat cərimə edilməyi barədə qərarın ləğv edilməsi barədə şikayəti təmin edilməməlidir. Belə ki, iş materialında olan Şimal Ərazi Baş Gömrük idarəsinin rəisi X5 MN 01400/00200 saylı, 06 yanvar 2023-cü il tarixli inzibati tənbeh vermə haqqında qərarından görünür ki, X2 Azərbaycan Respublikasının İXM-nin 483-cü maddəsi ilə təqsirli bilinib 10000 (on min) manat cərimə edilmişdir. İş materialında olan xx.xx.2021-ci il tarixli, MBA-001 №li müqavilədən görünür ki, X3 ilə Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi arasında “qiymətlərin razılaşdırılması protokolu”nda sadalanan xidmətlərin icrası məqsədilə gömrük təmsilçilik xidmətlərinin göstərilməsi barədə müqavilə bağlanmışdır. İş materiallarında olan Gömrük bəyannamələrinin surətindən görünür ki, X2 tərəfindən müxtəlif adlarda məhsullar Rusiya Federasiyasına göndərilmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərərçəkmiş şəxs, habelə müdafiəçi nümayəndə tərəfindən inzibati xətalar haqqında işlər üzrə qərarlardan şikayət, prokuror isə protest verə bilər. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktiki məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 84.1-ci maddəsinə əsasən, "İnzibati xətalar haqqında" işə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Şərh edilənlərə əsasən, məhkəmə Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Şimal Ərazi Baş Gömrük idarəsinin rəisi X10 tərəfindən 23 dekabr 2022-ci il tarixdə tərtib edilmiş 01400- 05035/22 saylı protokolu və həmin protokol üzrə 06 yanvar 2023-cü il tarixdə tərtib edilmiş 01400/00200 saylı inzibati tənbeh kimi 10.000 (on min) manat cərimə edilməyi barədə qərarın ləğv edilməsi barədə X1 müdafiəçisi Vəkil şikayətinin təmin olunmamasını qanuni hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 76, 84 və128.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı : Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Şimal Ərazi Baş Gömrük idarəsinin rəisi X10 tərəfindən 23 dekabr 2022-ci il tarixdə tərtib edilmiş 01400-05035/22 saylı protokolu və həmin protokol üzrə 06 yanvar 2023-cü il tarixdə tərtib edilmiş 01400/00200 saylı inzibati tənbeh kimi 10.000 (on min) manat cərimə edilməyi barədə qərarın ləğv edilməsi barədə X1 müdafiəçisi Vəkil şikayəti təmin olunmasın. Qərarın surəti rəsmi qaydada təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Quba Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Vüqar Seyidov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar