Azərbaycan Respublikası adından QƏRAR Quba şəhəri İş № 3(027)-587/2020 27.07.2020 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Həsənov Rahim Təşəkkül oğlunun sədrliyi, Muradov Əli Şakir oğlunun katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs iştirakı ilə, xx xxx 1983-cü ildə Quba rayonu, İİ Nügədi kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, Quba rayonu, İİ Nügədi kəndində qeydiyyatda olan və yaşayan (Fərdi İdentifikasiya Nömrəsi xxxxxxx) Şəxs haqqında Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1 və 511.1-ci maddələri ilə Quba rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, m ü ə y y ə n e t d i: Quba rayon Polis Şöbəsindən daxil olan inzibati xəta haqqında materiala əsasən, Şəxs xx xxxx 2020-ci il tarixdə, saat 11:30 radələrində Quba şəhəri, M.P.Vaqif küçəsində etibarnamə ilə idarə etdiyi “VAZ 21103” markalı, C644KP05 dövlət qeydiyyat nişanlı avtomaşınla “VAZ 2107” markalı, ** CB *** dövlət qeydiyyat nişanlı avtomaşınla yarış keçirərək, təhlükəli manevrlərlə yüksək sürətlə insanların həyatı üçün təhlükə yaradan manevrlər edərək əhalinin dincliyini qərəzli surətdə pozmuş, avtoxuliqanlıq etmişdir. Bununla bağlı Quba rayon Polis Şöbəsinin DYPB-nin əməkdaşı X4 tərəfindən Şəxs barəsində xx xxxx 2020-ci il tarixdə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1 və 511.1-ci maddələri ilə inzibati xəta haqqında İXP ******* nömrəli protokol tərtib olunaraq, baxılması üçün Quba rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs bildirdi ki, xx xxxx 2020-ci il tarixdə, saat 11:30 radələrində etibarnamə ilə idarə etdiyi “VAZ 21103” markalı, C644KP05 dövlət qeydiyyat nişanlı avtomaşınla Quba şəhəri, M.P.Vaqif küçəsində Bakı istiqamətinə hərəkət edərkən “VAZ 2107” markalı, ** CB *** dövlət qeydiyyat nişanlı avtomaşın qarşısında əyləci basmış, o da əsəbləşərək sürətini artırmışdır. Avtoxuliqanlıq etməmişdir. Məhkəmə iclasında iştirak edən Quba rayon Polis Şöbəsinin DYPB-nin əməkdaşı X4 göstərilən xüsusatları təsdiq edərək protokolun onun tərəfindən tərtib edildiyini bildirdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş X3 bildirdi ki, xx xxxx 2020-ci il tarixdə, saat 11:30 radələrində polis serjantı X8 şəhərinin M.P.Vaqif küçəsində xidmətdə olduqları zaman “VAZ 21103” markalı, C644KP05 dövlət qeydiyyat nişanlı avtomaşınla “VAZ 2107” markalı, ** CB *** dövlət qeydiyyat nişanlı avtomaşın bir-biriləri ilə yarış keçirərək təhlükəli manevrlərlə yüksək sürətlə insanların həyatı üçün təhlükə yaradan manevrlər edərək əhalinin dincliyini qərəzli surətdə pozmuş, avtoxuliqanlıq etmişdir. Bundan sonra “VAZ 21103” markalı, C644KP05 dövlət qeydiyyat nişanlı avtomaşın onlar tərəfindən saxlanılmış, özlərini təqdim etmiş, ona etdiyi qayda pozuntuları izah edilərək avtomaşın YPX tərəfindən Quba RPŞ-nin müvəqqəti dayanacağına yerləşdirilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X1 Emin Məhəmməd oğlu ilə eyni məzmunlu izahat verərək, Şəxs barəsində inzibati qaydada tədbir görülməsini xahiş etdi. Məhkəmə izahatları dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, Şəxs İnzibati Xətalar Məcəlləsinin 511.1-cimaddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsində təqsirli olması sübuta yetirilmir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Həmin Məcəllənin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 53.0.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda, inzibati xəta haqqında başlanmış icraata xitam verilir. Həmin Məcəllənin 114.2.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Göründüyü kimi, barəsində inzibati xəta haqqında iş üzrə protokol tərtib olunmuş şəxs Şəxs avtoxuliqanlıq etməsi ilə bağlı sübutlar məhkəməyə təqdim edilməmişdir. Ona görə də, onun əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 511.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta tərkibi olmadığından həmin hissədə icraata xitam verilməldir. Barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməklə bağlı onun məsuliyyət məsələsinin həlli üçün qərar və iş materilları baxılması üçün Quba RPŞ-ə göndərilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 32, 33, 114, 115, 117-ci maddələrini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l d ı: Şəxs əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 511.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkibi olmadığından həmin hissədə icraata xitam verilsin. Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməklə bağlı onun məsuliyyət məsələsinin həlli üçün qərar və iş materilları baxılması üçün Quba RPŞ-ə göndərilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində qərarı qəbul etmiş hakim vasitəsilə və ya Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Sədrlik edən: Rahim Həsənov
Məhkəmə qərarları › İş №3(027)-587/2020
Quba Rayon Məhkəməsi Qərar — İş №3(027)-587/2020
27.07.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver