Azərbaycan Respublikası adından QƏRAR Quba şəhəri İş № 3(027)-587/2025 06.10.2025 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Kamilli Günel Hakim qızının sədrliyi, Xudaverdiyev Elşad Mütəllim oğlunun katibliyi, Zərərçəkmiş şəxs, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs iştirakı ilə, xx.xx.1964-cü ildə Quba rayonu, İ Nügədi kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işləməyən, Quba rayonu, İ Nügədi kəndində qeydiyyatda olan və yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsilə Quba rayon Polis şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə M ü ə y y ə n e t d i: Quba RPŞ-nin İTB-nın sahə rəisi X2 tərəfindən Şəxs barəsində Azərbaycan Respulikası İXM-nin 510-cu maddəsi ilə inzibati xəta haqqında xx.xx.2025-ci il tarixli, MN ******* №-li protokol tərtib edilərək, baxılması üçün Quba Rayon Məhkəməsinə göndərilmişdir. Həmin protokolda göstərilir ki, Şəxs xx.xx.2025-ci il tarixdə saat 20:25 radələrində Quba rayonu, 1-ci Nügədi kəndində Zərərçəkmiş şəxs nalayiq söyüşlərlə təhqir etmişdir. Quba rayon Məhkəməsinin 3(027)-587/2025 saylı, xx.xx.2025-ci il tarixli qərarı ilə Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 510-cu maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata, onun əməlində həmin inzibati xətanın tərkibi olmadığı üçün xitam verilmişdir. Quba Rayon Məhkəməsinin 3(027)-587/2025 nömrəli, 03 iyul 2025-ci il tarixli qərarından narazı qalan Zərərçəkmiş şəxs apellyasiya şikayəti verərək, mübahisəli qərarın ləğv edilməsini və şikayətinin təmin olunaraq X1 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsində nəzərdə tutulmuş ən ağır inzibati məsuliyyətə cəlb edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Sumqayıt Apelyasiya Məhkəməsinin 2(105)-471/2025 saylı, xx.xx.2025-ci il tarixli qərarı ilə, Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 510- cu maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsinə dair Quba Rayon Məhkəməsinin 3(027)-587/2025 nömrəli, 03 iyul 2025-ci il tarixli qərarı ləğv edilmiş və işə yenidən baxılması üçün material Quba Rayon Məhkəməsinə yeni məhkəmə baxışına göndərilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs Azərbaycan Respublikası İXM-nin 510-cu maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində özünü təqsirli bilməyərək, izahatında göstərmişdir ki, o Zərərçəkmiş şəxs qarşı hər hansı bir təhqiramiz ifadə səsləndirməmişdir. Onun məqsədi oğlunu çağırmaq olmuşdur. Barəsində tərtib edilmiş protokolun əsassız olmasını bildirməklə, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs izahat verərək bildirmişdir ki, xx.xx.2025-ci il tarixdə saat 20:25 radələrində yoldaşına məxsus evə və həyətyanı torpaq sahəsinə getdiyi zaman Şəxs onu nalayiq söyüşlərlə təhqir etmişdir. Ona görə də Şəxs barəsində qanuni tədbir görülməsini xahiş edir.Belə ki, məhkəməyə təqdim etdiyi videoyazıda sözügedən şəxsin onu təhqir etdiyini görmək mümkündür. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərərçəkmiş şəxsin və protokolu tərtib edən şəxsin izahatını dinləyib, iş materiallarını araşdırıb, işdəki sübutlara hüquqi qiymət verərək, hesab edir ki, Şəxs əməlində Azərbaycan Respublikası İXM-nin 510-cu maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkibi olmadığı üçün hazırki inzibati iş üzrə icraata xitam verilməlidir Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə görə, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 12.1-ci maddəsinə görə, bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 48-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. İXM-nin 510-cu maddəsi xırda xuliqanlığa, yəni ictimai qaydanı pozan və ya fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə inzibati məsuliyyət nəzərdə tutur. «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 20 may 2011-ci il tarixli qərarında göstərilir ki, cəmiyyətə açıqca hörmətsizlikdə ifadə olunan ictimai qaydanın kobud surətdə pozulması öz-özlüyündə inzibati hüquqpozmadır və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə nəzərdə tutulmuş inzibati məsuliyyətə səbəb olur. İşin hallarından müəyyən olunur ki, Şəxs barəsində tərtib edilmiş inzibati xəta haqqında iş materiallarına ilkin baxış zamanı məhkəmə sübut qismində təqdim edilmiş səs yazısında əks olunan səsin həqiqətən Şəxs səsi olub-olmamasının müəyyən edilməsinin mümkün olmadığını qeyd etmişdir. Hazırda həmin səs yazısının təkrar dinlənilməsi zamanı səslər tam aydın olaraq eşidilməsə də, orada qadın səsinin əks olunması müəyyən olunur. Hansı ki, məhkəmə iclasında Şəxs Zərərçəkmiş şəxsla onun oğlu arasında yaranmış mübahisənin qarşısını almaq üçün sonuncunu çağırdığını təkzib etməmişdir. Zərərçəkmiş şəxs həmin səs yazısının son hissəsində Şəxs ona qarşı təhqiredici ifadə səsləndirdiyini iddia etsə də, həmin səs yazı dəfələrlə, hətta zərərçəkmişə məxsus telefon vasitəsilə dinlənilməsinə baxmayaraq, Şəxs Zərərçəkmiş şəxs təhqir etməsi faktı öz təsdiqini tapmamışdır. Hətta qeyd edilməlidir ki, zərərçəkmişin qeyd etdiyi, yəni səs yazının son hissəsində Şəxs sözünü tamamlamadan səs kəsildiyinə görə onun ifadəsinin aydın şəkildə eşidilməsi mümkün olmamışdır. Bundan əlavə məhkəmə zərərçəkmişdən videogörüntülərlə bağlı soruşduqda o, ilkin məhkəmə araşdırması zamanı təqdim edilmiş diskin boş olmasını qeyd etməklə məhkəmə iclasında hər hansı bir videogörüntü təqdim etməmişdir. Beləliklə araşdırma nəticəsində müəyyən edilmişdir ki, Şəxs cəmiyyətə açıqca hörmətsizlikdə ifadə olunan ictimai qaydanın kobud surətdə pozması və bu hərəkətlərin xırda xuliqanlıq niyyəti ilə törətməsi faktı sübut olunmur. İnzibati xəta haqqında iş üzrə icraat başlamış vəzifəli şəxs də bu halları təsdiq edən hər hansı sübutu məhkəməyə təqdim etməmişdir. Halbuki Azərbaycan Respublikası İXM-nin 8-ci maddəsinin tələbinə görə, bu sübutları məhkəməyə təqdim etməklə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin ona istinad olunan inzibati xətanı törətməkdə təqsirli olmasını sübut etmə vəzifəsi həmin vəzifəli şəxsin üzərinə düşür. Belə ki, həmin maddənin tələbinə görə inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunur Qeyd olunanlara əsasən məhkəmə belə nəticəyə gəlir ki, Şəxs əməlində Azərbaycan Respublikası İXM-nin 510-cu maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkibi olmadığından, onun barəsində İXM-nin 510-cu maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası İXM-nin 53.1.2 maddəsinə əsasən şəxsin əməlində inzibati xəta tərkibi olmadıqda inzibati xəta haqqında başlanmış icraata xitam verilir. Azərbaycan Respublikası İXM-nin 105.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Azərbaycan Respublikası İXM-nin 114.2.1-ci maddəsinə əsasən Azərbaycan Respublikası İXM-nin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan biri mövcud olduqda, hakim inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 53, 106, 110- 118 və 128-133-cü maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı: Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 510-cu maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata, onun əməlində həmin inzibati xətanın tərkibi olmadığı üçün xitam verilsin. Qərardan rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Quba Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Sədrlik edən: Günel Kamilli
Məhkəmə qərarları › İş №3(027)-587/2025
Quba Rayon Məhkəməsi Qərar — İş №3(027)-587/2025
06.10.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver