Azərbaycan Respublikası adından QƏRAR Quba şəhəri İş № 3(027)-589/2021 27.08.2021 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Seyidov Vüqar Mircuma oğlunun sədrliyi, Fətəliyev Veysəl Surxay oğlunun katibliyi, Protokolu tərtib edən X3 barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs oğlunun və onun vəkili X1 iştirakı ilə xx.xx.1985-ci ildə Quba şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, ünvan 1 ünvanda yaşayan Şəxs barəsində barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələrilə icraatı başlanmış inzibati xəta haqqında işə açıq məhkəmə iclasında baxaraq məhkəmə, müəyyən etdi: Quba Rayon Polis Şöbəsindən daxil olan inzibati xəta haqqında materiallara əsasən, Şəxs 31 iyul 2021-ci il tarixdə saat 22:30 radələrində Quba şəhərinin C.Cabbarlı küçəsində polis əməkdaşını ucadan söyərək, xidmətdə olan polis əməkdaşının qanuni tələblərinə tabe olmamışdır. Bununla bağlı Quba Rayon Polis Şöbəsinin İTB-nin sahə rəisi X7 tərəfindən Şəxs barəsində 31 iyul 2021-ci il tarixdə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə inzibati xəta haqqında MN ******* nömrəli və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə inzibati xəta haqqında MN ******* nömrəli protokollar tərtib olunaraq, baxılması üçün Quba Rayon Məhkəməsinə göndərilmişdir. Quba Rayon Məhkəməsinin 01.08.2021-ci il tarixli, 3(027)-589/2021 saylı qərarı ilə Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinməsi, barəsində 535.1-ci maddədə nəzərdə tutulmuş 30 (otuz) gün müddətində inzibati həbs növündə inzibati tənbeh tədbirinin tətbiq edilməsi, həbs etmənin əvvəlinin 31 iyul 2021-ci il tarixdən, saat 23:10-dan hesablanması və qərarın icrasının Quba Rayon Polis Şöbəsinə həvalə edilməsi qərara alınmışdır. Sumqayıt Apellyasiya Məhkəməsinin 3(105)-502/2021 saylı, 06.08.2021-ci il tarixli qərarı ilə Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında iş üzrə Quba Rayon Məhkəməsinin 01 avqust 2021-ci il tarixli qərarı ləğv edilmiş, işə başqa hakim tərəfindən, yenidən baxılması üçün material Quba Rayon Məhkəməsinə, yeni məhkəmə baxışına göndərilmişdir. Məhkəmədə protokol tərtib etmiş şəxs X7 bildirdi ki, 31 iyul 2021-ci il tarixdə növbədə olmuşdur. Hadisə yerində olmamış, protokolu raport əsasında tərtib etmişdir. Şəxs həmin vaxt inzibati xətanı törətdiyini, düz elədiyini bildirmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs Azərbaycan Respublikası İXM-nin 510 və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətaların törədilməsində özünü təqsirli bilməyərək izahatında göstərmişdir ki, Vüqar adlı polis işçisi ona telefona görə pul borclu olmuş, qırmızı maşınla gələrək, 250 manat pulu ona vermişdir. Bu vaxt mülki formada şəxs onlardan maşının niyə yolun kənarında saxlanmasını soruşmuş, Vüqar da maşının ona məxsus olduğunu bildirmiş və indi götürəcəyini bildirmişdir. O, da öz növbəsində bildirmişdir ki, nə problem var avtomobili yolun kənarında dayanıb, heç kimə maneəçilik törətmir. Sonradan adının Vüsal olduğunu bildiyi həmin şəxs ona sillə vurmuş, zəng edib polisləri çağırmış, onu kameraya salaraq, 7 gün qanunsuz saxlamışlar. Ona zor tətbiq etmişlər. Üstünə şər atırlar, videogörüntü təqdim olunmalıdır. Barəsində qanuni qərar qəbul edilməsini xahiş edir. 01 avqust 2021-ci il tarixdə məhkəmədə şahid qismində dindirilmiş Quba RPŞ-nin Xidmət üzrə rəis müavini X4 bildirmişdir ki, inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs ilə hər-hansı şəxsi tanışlığı və ya heç bir ədavəti yoxdur. 31.07.2021-ci il tarixdə, saat 22:30 radələrində o, evə gedərkən inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs avtomobili yolun mərkəzində saxlayaraq, telefonla ucadan kimisə nalayiq söyüşlərlə söydüyünü görmüşdür. O, Şəxs yaxınlaşaraq, onu nizam-intizama dəvət etmişdir. Şəxs isə ondan kim olduğunu soruşmuşdur. O, polis əməkdaşı olduğunu bildirib özünü təqdim edən zaman, Şəxs onu təhqir edərək, bir dəfə boynundan və iki dəfə qarnından yumruqla vurmuşdur. Daha sonra polisi və Azərbaycan Respublikasının atributlarını təhqir etməyə başlamışdır. 01 avqust 2021-ci il tarixdə məhkəmədə şahid qismində dindirilmiş Quba RPŞ-nin sahə rəisi X2 bildirmişdir ki, inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs ilə hər-hansı şəxsi tanışlığı və ya heç bir ədavəti yoxdur. 31.07.2021-ci il tarixdə, saat 22 radələrində o, Quba şəhəri, C.Cabbarlı küçəsi ərazisində olarkən, bir nəfər şəxsin polis əməkdaşları ilə ucdan nalayiq ifadələr işlədərək təhqir etdiyini və həmin şəxsin polisin qanuni tələblərinə tabe olmadığını görmüşdür. Adını sonradan bildiyi Ehtiram adlı şəxs polisi çox ağır formada təhqir etmişdir. İş materiallarında olan Quba Rayon Polis Şöbəsinin 26 avqust 2021-ci il tarixdə Quba Rayon Məhkəməsinə daxil olmuş məktubundan görünür ki, 31.07.2021-ci il tarixdə, saat 22:00 radələrində Quba şəhəri, C.Cabbarlı küçəsində baş vermiş inzibati qayda pozuntusu ilə əlaqədar olaraq həmin küçədə və oraya yaxın yerdə təhlükəsizlik şəhər xidmətinin kameraları olmadığından toplanmış materiallara video görüntü əlavə etmək mümkün olmamışdır. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsi və şahidləri dinləyib, işdəki sübutlara hüquqi qiymət verərək, hesab edir ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 510 və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli bilinməlidir və onun əməli Azərbaycan Respublikası İXM-nin 510 və 535.1-ci maddələrilə düzgün tövsif edilmişdir. Belə ki, Azərbaycan Respublikası İXM-nin 510-cu maddəsində xırda xuliqanlığa, yəni ictimai qaydanı pozan, fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə, Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsində isə polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə inzibati məsuliyyət nəzərdə tutulmuşdur. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası İXM-nin 510-cu maddəsinin obyektini ictimai qayda, ictimai təhlükəsizlik və ictimai mənəviyyat sahəsində yaranan ictimai münasibətlər təşkil edir. Bu xətanın bilavasitə obyektini isə vətəndaşların ictimai yerdə olması ilə əlaqədar yaranan ictimai münasibətlər təşkil edir. Obyektiv cəhətdən xırda xuliqanlıq ictimai qaydanı pozan hərəkətlərlə törədilir. Bu inzibati xətanın subyektiv cəhəti qəsdlə, adətən düzünə qəsdlə səciyyələnir. Təqsirkar şəxs ictimai qaydanı pozduğu və cəmiyyətə hörmətsizlik göstərdiyini başa düşür və bunu arzu edir. Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsinin tərkibini təşkil edən obyekt isə müəyyən olunmuş idarəçilik qaydaları və dövlət orqanlarının (vəzifəli şəxslərinin) normal fəaliyyəti ilə bağlı yaranan ictimai münasibətlərdir. Bu inzibati xətanın bilavasitə obyekti ictimai qaydanın mühafizəsi üzrə xidməti fəaliyyətlərini icra edən polis işçisinin və ya hərbi qulluqçunun normal fəaliyyətidir. Subyektiv cəhətdən bu xəta qəsdən törədilir. Məhkəmə Şəxs inzibati tənbeh tətbiq edərkən törətdiyi inzibati xətanın xarakterini, şəxsiyyətini xarakterizə edən halları, onun təqsirinin dərəcəsini, əmlak vəziyyətini, habelə məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. İş materiallarına əsasən Şəxs inzibati məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə hesab edir ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 510 və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli bilinməsinə baxmayaraq, o, Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsinin sanksiyası çərçivəsində tənbeh edilməlidir. Belə ki, Azərbaycan Respublikası İXM-nin 34.3-cü maddəsinin tələbinə görə şəxsin eyni vaxtda öz hərəkəti (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya görə işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta Azərbaycan Respublikası İXM-nin 510-cu maddəsində nəzərdə tutulmuş inzibati xətadan daha ciddidir. Belə ki, Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsində iki yüz manat məbləğində cərimə və bir ayadək müddətə inzibati həbs nəzərdə tutulduğu halda, Azərbaycan Respublikası İXM-nin 510-cu maddəsində əlli manatdan yüz manatadək miqdarda cərimə və ya on beş günədək müddətə inzibati həbs nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası İXM-nin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə Şəxs törətdiyi inzibati xətanın hallarını nəzərə alaraq hesab edir ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 510 və 535.1-ci maddələrilə təqsirli bilinib, onun barəsində Azərbaycan Respublikası İXM-nin 34.3-cü maddəsi tətbiq edilməklə Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş həbs növündə inzibati tənbeh tədbirinin tətbiq edilməsi məqsədəmüvafiqdir. İş materiallarından görünür ki, Şəxs Quba Rayon Məhkəməsinin 01 avqust 2021-ci il tarixli, 3(027)-589/2021 saylı qərarı ilə inzibati qaydada tutulmuş, həbs etmənin əvvəli 31 iyul 2021-ci il tarixdən hesablanmış, Sumqayıt Apellyasiya Məhkəməsinin 06 avqust 2021ci il tarixli, 3(105)-502/2021 saylı qərarı ilə məhkəmə iclas zalında həbsdən dərhal azad edilmişdir. Məhkəmə hesab edir ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 510 və 535.1-ci maddələrilə təqsirli bilinib, barəsində Azərbaycan Respublikası İXM-nin 34.3-cü maddəsi tətbiq edilməklə Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş 26 (iyirmi altı) gün müddətinə inzibati qaydada həbs edilməli, 31 iyul 2021-ci il tarixdən 06 avqust 2021-ci il tarixədək 06 gün inzibati həbsdə olması nəzərə alınmalı; həmin müddət 26 (iyirmi altı) gün müddətinə inzibati həbs müddətindən çıxılmaqla, barəsində 20 (iyirmi) gün müddətinə inzibati həbs tətbiq edilməli, həbsin əvvəli 27 avqust 2021-ci il tarixdən, saat 12:00-dan hesablanmalıdır. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası İXM-nin 112, 113, 114-115, 117, 125-126, 128-130-cu maddələrini rəhbər tutaraq məhkəmə, q ə r a r a a l d ı: Şəxs Azərbaycan Respublikası İXM-nin 510 və 535.1-ci maddələrilə təqsirli bilinib, barəsində Azərbaycan Respublikası İXM-nin 34.3-cü maddəsi tətbiq edilməklə Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş 26 (iyirmi altı) gün müddətinə inzibati qaydada həbs edilsin. 31 iyul 2021-ci il tarixdən 06 avqust 2021-ci il tarixədək 06 gün inzibati həbsdə olması nəzərə alınsın; Həmin müddət 26 (iyirmi altı) gün müddətinə inzibati həbs müddətindən çıxılmaqla, barəsində 20 (iyirmi) gün müddətinə inzibati həbs tətbiq edilsin. Həbsin əvvəli 27 avqust 2021-ci il tarixdən, saat 12:00-dan hesablansın. Qərardan, onun surəti rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində qərarı qəbul etmiş hakim vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət və protest verilə bilər. Sədrlik edən: Vüqar Seyidov
Məhkəmə qərarları › İş №3(027)-589/2021
Quba Rayon Məhkəməsi Qərar — İş №3(027)-589/2021
27.08.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver