Azərbaycan Respublikası adından QƏRAR Quba şəhəri İş № 3(027)-589/2025 16.07.2025 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Xəlilova Nigar Nemət qızının sədrliyi Fətəliyev Veysəl Surxay oğlunun katibliyi ilə, “X3” MMC barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 215.4-cü maddəsi ilə Azərbaycan Respublikası Səhiyyə Nazirliyindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq müəyyənetdi: Azərbaycan Respublikası Səhiyyə Nazirliyindən Quba Rayon Məhkəməsinə baxılması üçün Şəxs MMC-nin İXM-nin 215.4-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsinə dair MN № ******* saylı 25 iyun 2025-ci il tarixli inzibati xəta haqqında protokol daxil olmuşdur. İnzibati xəta haqqında protokol onunla əsaslandırılmışdır ki, 25 iyun 2025-ci il tarixdə saat 16:30-da Quba şəhəri, 5-ci məhəllə Quba Mərkəzi Rayon Xəsətxanasının sol tərəfi ünvanında yerləşən “X3” MMC-yə məxsus klinikada keçirilən planlı yoxlama zamanı sertifikatsız özəl tibbi praktiki fəaliyyət ilə məşğul olması faktları aşkarlanmışdır. Məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi xəbardarlıq edilməsinə baxmayaraq barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan “X3” MMC-nin və Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin nümayəndələri məhkəməyə gəlməmiş, gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Ona görə də məhkəmə işə İnzibati Xətalar Məcəlləsinin İXM-nin 64.3-cü maddəsinə əsasən onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarına əlavə edilmiş sənədləri araşdıraraq hesab edir ki, “X3” MMC barəsində tərtib olunmuş protokol əsaslıdır. Belə ki, Şəxs MMC xx.xx.2021-ci il tarixdə VOEN: ********** nömrə ilə dövlət qeydiyyatına alınmışdır. Şəxs MMC-nin təsdiq etdiyi ştat cədvəlinə əsasən 3 ştat vahidi ayrılmışdır. X1 müqaviləsinə əsasən qeydiyyatçı vəzifəsinə işə qəbul edilmişdir. Lakin təqdim olunan sənədlərə əsasən aydın olur ki, o fizioterapiya fəaliyyəti ilə məşğul olmuşdur. İş materiallarına əlavə edilmiş 10 iyun 2024-cü il tarixli 3-28-1/3-2-613/2025 saylı qərardan görünür ki, “X3” MMC–nin fəaliyyətinin yoxlanması barədə qərar qəbul edilmişdir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Analtik Ekspertiza X5 X8 Müəssisələrində Planlı (Növbəti) Yoxlama Aktından görünür ki, bir çox pozuntular aşkar edilmişdir (Müəssisədə fiziotorapevt üzrə ixtisaslı həkim mütəxəsis yoxdur. Prosedurların tibb təhsili olmayan bir şəxs tərəfindən icra olunması faktı aşkarlandı və s.) Azərbaycan Respublikası İXM-in 215.4-cü maddəsinə əsasən ali və ya orta ixtisas tibb təhsili olmayan, habelə qanunda nəzərdə tutulmuş sertifikasiya şəhadətnaməsi olmayan və ya qüvvədə olmayan şəxslərin praktik tibb və əczaçılıq fəaliyyətinə buraxılmasına görə vəzifəli şəxslər səkkiz yüz manatdan min manatadək məbləğdə, hüquqi şəxslər altı min manatdan səkkiz min manatadək məbləğdə cərimə edilir. İnzibati xəta haqqında materiala əlavə edilmiş sübutlarla təsdiq olunur ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan “X3” MMC-yə məxsus müəssisədə sertifkatsız tibbi praktiki fəaliyyət ilə məşğul olması müəyyən olunmuşdur. Bununla da “X3” MMC-nin Azərbaycan Respublikası İXM-in 215.4-cü maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətdiyi tam təsdiq edilir. İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 9.1-ci maddəsinin tələbinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmçinin bu Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 18.5-ci maddəsinə əsasən hüquqi şəxs barəsində inzibati tənbeh yalnız hakim tərəfindən tətbiq edilir. İnzibati Xətalar Məcəlləsinin 31.3-cü maddəsinə görə hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyrin həcmi və ya onun maraqlarının təmin edilməsinin xarakteri və dərəcəsi, hüquqi şəxsi xarakterizə edən hallar, o cümlədən onun maliyyə və əmlak vəziyyəti, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olması, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə iclasında“X3” MMC-nin məsuliyyətini yüngülləşdirən və ya ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə “X3” MMC-nin törətdiyi inzibati xətanın xarakterini, inzibati xəta nəticəsində onun maraqlarının təmin edilməsinin dərəcəsini və s. nəzərə alaraq hesab edir ki, ona İnzibati Xətalar Məcəlləsinin 215.4-cü maddəsində nəzərdə tutulmuş inzibati cərimə növündə inzibati tənbeh tətbiq olunmalıdır. Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 18, 40, 43, 48-51, 110, 114-117, 128-131 və 464-cü maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: “X3” MMC Azərbaycan Respublikası İXM-in 215.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, 6000 (altı min) manat məbləğində inzibati qaydada cərimə edilsin. Qərardan onun surəti rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində qərarı qəbul etmiş hakim vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət və protest verilə bilər. Sədrlik edən: Nigar Xəlilova
Məhkəmə qərarları › İş №3(027)-589/2025
Quba Rayon Məhkəməsi Qərar — İş №3(027)-589/2025
16.07.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver