Məhkəmə qərarları › İş №3(027)-59/2021

Quba Rayon Məhkəməsi Qərardad — İş №3(027)-59/2021

13.01.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Quba şəhəri İş № 3(027)-59/2021 13.01.2021 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Həsənov Rahim Təşəkkül oğlunun sədrliyi, X4 oğlunun katibliyi, Zərərçəkmiş şəxs X1, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx xxxx 1966-cı il tarixdə Quba rayonu, Qımıl-Qazma kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, Quba rayonu, Qəçrəş kəndində qeydiyyatda olan və Quba rayonu, Qımıl-Qazma kəndində yaşayan (Fərdi İdentifikasiya Nömrəsi xxxxxxx) Şəxs Azərbaycan Respublikası İXM-nin 157 və 535.1-ci maddələri ilə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Quba Rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq,məhkəmə MÜƏYYƏN ETDİ: Quba Rayon Polis Şöbəsindən daxil olan inzibati xəta haqqında materiallara əsasən, Şəxs xx xxxxxx 2020-ci il tarixdə saat 16 radələrində Quba rayonu, Qımıl-Qazma kəndində yaşadığı evin qarşısında aralarında şəxsi münasibətlər zəminində yaranmış mübahisə zamanı qonşusu X1 boğazından yapışıb boğaraq ona fiziki xəsarət yetirmişdir. Şəxs xx xxxxxx 2021-ci il tarixdə polisin qanuni tələblərini yerinə yetirməyərək polis əməkdaşlarına müqavimət göstərmişdir. Bununla bağlı Quba Rayon Polis Şöbəsinin İTBnin sahə rəisi X3 tərəfindən Şəxs barəsində xx xxxxxx 2021-ci il tarixdə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157 və 535.1-ci maddələri ilə inzibati xəta haqqında MN ******* və MN ******* nömrəli protokol tərtib olunaraq, baxılması üçün Quba Rayon Məhkəməsinə göndərilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.2-ci maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərcivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. Həmin Məcəllənin 34.3-cü maddəsinə əsasən şəxsin eyni və ya müxtəlif vaxtlarda törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin işlərə eyni vaxtda baxılmalıdır. Məhkəmə hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə təqsirləndirilməsinə dair xx xxxxxx 2021-ci il tarixli, MN ******* nömrəli və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair xx xxxxxx 2021-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokollara eyni vaxtda baxılmasının təmin olunması üçün 3(027)-59/2020 və 3(027)-60/2020 saylı işlər bir icraatda 3(027)-60/2020 nömrə ilə birləşdirilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.2-ci maddəsini rəhbər tutararaq məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə təqsirləndirilməsinə dair xx xxxxxx 2021-ci il tarixli, MN ******* nömrəli və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair xx xxxxxx 2021-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokollara eyni vaxtda baxılmasının təmin olunması üçün 3(027)-59/2020 və 3(027)-60/2020 saylı işlər bir icraatda 3(027)-60/2020 nömrə ilə birləşdirilsin. Sədrlik edən Rahim Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar