Azərbaycan Respublikası adından QƏRARDAD Quba şəhəri İş № 3(027)-592/2024 26.07.2024 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Seyidov Vüqar Mircuma oğlunun sədrliyi, Fətəliyev Veysəl Surxay oğlunun katibliyi, Şikayət verən şəxs X1 iştirakı ilə, X1 Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Quba rayon yol patrul xidmətinin inzibati tənbeh vermə haqqında TP ******* nömrəli qərarından verilmiş şikayətə baxaraq, məhkəmə müəyyənetdi: X2 məhkəməyə şikayət ərizəsi ilə müraciət edərək, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Quba rayon yol patrul xidmətinin inzibati tənbeh vermə haqqında TP ******* nömrəli, 03 iyul 2024-cü il tarixli qərarının ləğv edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən şikayət verən şəxs X2 vəsatət verərək, ünvan 1 ünvanda yaşadığından işin məhkəmə aidiyyəti üzrə baxılması üçün Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə göndərilməsini xahiş etmişdir. Məhkəmə şikayət ərizəsini, ona əlavə edilmiş sənədləri və vəsatəti araşdıraraq hesab edir ki, iş baxılması üçün aidiyyəti üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə göndərilməlidir. Belə ki, iş materiallarından da görünür ki, X1 qeydiyyat yeri Bakı şəhəri, Yasamal rayonu, Vasif Əliyev küçəsi, 42-dir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 110.1-ci maddəsinə əsasən inzibati xəta haqqında işə onun törədildiyi yerdə baxılır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin vəsatətinə əsasən inzibati xəta haqqında işə onun yaşadığı yer üzrə baxıla bilər. Həmin Məcəllənin 112.4-cü maddəsinə əsasən bu Məcəllənin 110-cu maddəsinə müvafiq olaraq işin aidiyyəti üzrə göndərilməsi barədə qərardad çıxarılır. Həmin Məcəllənin 114.3-cü maddəsinə əsasən inzibati xəta haqqında işə baxılma hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) səlahiyyətinə aid olmadıqda, inzibati xəta haqqında işin aidiyyəti üzrə hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi barədə qərardad çıxarılır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 118 və 114-cü maddələrini rəhbər tutaraq məhkəmə q ə r a r a a l d ı: X1 Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Quba rayon yol patrul xidmətinin inzibati tənbeh vermə haqqında TP ******* nömrəli, 03 iyul 2024-cü il tarixli qərarından verilmiş şikayət baxılması üçün aidiyyəti üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə göndərilsin. Hakim: Vüqar Seyidov
Məhkəmə qərarları › İş №3(027)-592/2024
Quba Rayon Məhkəməsi Qərardad — İş №3(027)-592/2024
26.07.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver