Məhkəmə qərarları › İş №3(027)-593/2021

Quba Rayon Məhkəməsi Qərar — İş №3(027)-593/2021

06.08.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Quba şəhəri İş № 3(027)-593/2021 06.08.2021 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Seyidov Vüqar Mircuma oğlunun sədrliyi, Fətəliyev Veysəl Surxay oğlunun katibliyi, zərərçəkmiş şəxs X2 və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs iştirakı ilə xx.xx.1964-cü ildə Quba rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ali təhsilli, işləməyən, Quba rayonu, Timiryazev kəndində qeydiyyatda olan və yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.6, 332.1 və 332.4-cü maddələrilə Quba rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında işə baxaraq, m ü ə y y ə n e t d i m: Quba rayonu, Təbliğat üzrə inspektor polis kapitanı X5 tərəfindən Şəxs barəsində 07.07.2021-ci il tarixdə Azərbaycan Respublikası İXM-nin 332.1, 327.6 və 332.4-cü maddələri ilə inzibati xəta haqqında İXP ******* №-li protokol tərtib edilərək, baxılması üçün Quba rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs Azərbaycan Respublikası İXM-nin 332.1, 327.6 və 332.4-cü maddələrində nəzərdə tutulmuş inzibati xətanın törətdilməsində özünü təqsirli bilərək, izahatında göstərmişdir ki, 18 iyun 2021-ci il tarixdə, saat 09 radələrində qardaşı Rəşad Mustafayevin idarə etdiyi Hyundai Tucson markalı, **-ON-*** dövlət qeydiyyat nişanlı avtomobillə Quba şəhər bazarına gəlmişlər. Qardaşı Rəşad aptekə düşmüş, o, isə bazarlıq etmək üçün avtomobili Rəşaddan almış və ara küçə ilə 5-10 km/saat sürətlə hərəkətə başlamışdır. Hərəkət etdiyi zaman yolun sağ tərəfində olan yaşıl rəngli mağazadan bir nəfər 8 yaşlarında oğlan uşağının çıxaraq qaçıb yolu keçmək istədiyini görüb cəld əyləci basmışdır. Həmin uşaq qaça-qaça gəlib avtomobilin sağ qabaq qapısına dəymişdir. Həmin uşağa bir qadın yaxınlaşıb uşağı qucağına götürmüş, mağazadan qadınlar və bir kişi çıxıb onun üstünə qışqırmışlar. Onlar əsəbi halda olduğu üçün onalar yaxınlaşmamış, həmin uşağın əlləri onun avtomobilinə dəydiyindən salamatçılıq olduğnu görüb avtomobilə əyləşib yoluna davam etmişdir. Həmin avtomobili idarə etmək üçün etibarnaməsi olmamışdır, spirtli içki qəbul etməmişdir. O, zərərçəkmiş şəxs olan X4 ilə barışıq əldə etmişdir, zərərçəkmiş şəxsin ona qarşı tələb və şikayəti yoxdur. İlk dəfədir ki, inzibati xəta törətmişdir. İnzibati xəta törətməsini etiraf edir, bu xətanı törətməsindən səmimi peşmançılıq hissi keçirir. Məhkəmə iclasında zərərçəkmiş şəxs X4 izahat verərək, göstərmişdir ki, Şəxs tərəfindən oğlu Akşin Mustafayevin müalicəsi ilə bağlı maddi yardım göstərilmişdir. Halhazırda Şəxs ilə barışmışdır, Şəxs qarşı heç bir tələb və şikayəti yoxdur. İş materiallarında olan Quba PŞ-nin TB-nin təhqiqatçısı, polis kapitanı X1 cinayət işinin başlanılmasının rədd edilməsi haqqında qərarından görünür ki, həmin qərarla Şəxs Sultan oğlunun barəsində cinayət işinin başlanılması rədd edilmiş və qərarın surəti onun haqqında Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.6, 332.1 və 332.4-cü maddələri ilə inizibati xəta tədbir görülməsi üçün RPŞ-nin DYPB-nə göndərilmişdir. İş materiallarından görünür ki, məhkəmə-tibbi ekspertizasının 21 iyun 2021-ci il tarixli, 508 saylı rəyindən görünür ki, X3 bədəni üzərində aşkar olunan xəsarətlər-sağ baldırın bayır səthində çoxlu sayda, sol iç topuqda bir yerdə sıqyrıq və yumşaq toxumaların əziyi, sol iç topuqda yumşaq toxumanın əziyi və qançırı küt əşyanın təsirindən törənməklə yetirilmə müəddəti 18 iyun 2021-ci il tarixə uyğun gəlir, bu xəsarətlər baş vermiş yol-nəqliyyat hadisəsi zamanı əmələ gələ bilər. Dərəcəsinə görə sağlamlıqda qısa müddətə pozğunluq törətdiyindən sağlamlığa yüngül zərər vurmaya aiddir. İş materiallarına əlavə olunmuş zərərçəkmiş şəxs X2 ərizəsindən görünür ki, hazırda Şəxslə barışmış, ona qarşı heç bir tələb və şikayəti olmayacaqdır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsi və zərərçəkmiş şəxsi dinləyib, iş üzrə toplanmış sübütlara hüquqi qiymət verərək hesab edirəm ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 327.6, 332.1 və 332.4-cü maddələrində nəzərdə tutulan inzibati xətaların törədilməsində təqsirli bilinməlidir, həmçinin onun əməli həmin maddələrlə düzgün tövsif edilmişdir. Belə ki, Azərbaycan Respublikası İXM-nin 327.6-cı maddəsində yol hərəkəti qaydalarını pozan nəqliyyat vasitəsi sürücüsünün yol nəqliyyat hadisəsi yerindən yayınmasına görə-yüz manat məbləğində cərimə, Azərbaycan Respublikası İXM-nin 332.1-ci maddəsində nəqliyyat vasitəsinə sahiblik hüququ olan şəxsin nəqliyyat vasitəsində olması halları istisna olmaqla, nəqliyyat vasitəsinin etibarnamə olmadan idarə edilməsinə görə-qırx manat məbləğində cərimə və Azərbaycan Respublikası İXM-nin 332.4-cü maddəsində bu Məcəllənin 332.2-ci maddəsində nəzərdə tutulmuş xəta nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə və ya zərər çəkmiş şəxsə maddi zərər vurulmasına görə-dörd yüz manat məbləğində cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Hesab edirəm ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 34.3-cü maddəsinə əsasən Azərbaycan Respublikası İXM-nin 332.4-cü maddəsinin sanksiyası çərçivəsində tənbeh edilməlidir. Belə ki, Azərbaycan Respublikası İXM-nin 34.3-cü maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Azərbaycan Respublikası İXM-nin 327.6, 332.1 və 332.4-cü maddələrinin sanksiyalarından görünür ki, İXM-nin 332.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xəta İXM-nin 327.6 və 332.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətalardan daha ciddidir. Şəxs inzibati tənbeh tətbiq edərkən törətdiyi inzibati xətanın xarakterini, şəxsiyyətini xarakterizə edən halları, təqsirinin dərəcəsini, əmlak vəziyyətini, habelə məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alıram. İş materialları ilə Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Törətdiyi inzibati xətanın xarakterini, şəxsiyyətini xarakterizə edən halları, təqsirinin dərəcəsini, əmlak vəziyyətini, məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran halların olmamasını nəzərə alaraq hesab edirəm ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 327.6, 332.1 və 332.4-cü maddələrilə təqsirli bilinib, barəsində Azərbaycan Respublikası İXM-nin 34.3-cü maddəsi tətbiq edilməklə Azərbaycan Respublikası İXM-nin 332.4-cü maddəsinin sanksiyasında nəzərdə tutulmuş 400 (dörd yüz) manat məbləğində inzibati qaydada cərimə edilməlidir. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası İXM-nin 112, 113, 114- 115, 117, 125-126, 128-130-cu maddələrini rəhbər tutaraq qərara a l d ı m: Şəxs Azərbaycan Respublikası İXM-nin 327.6, 332.1 və 332.4-cü maddələrilə təqsirli bilinib, barəsində Azərbaycan Respublikası İXM-nin 34.3-cü maddəsi tətbiq edilməklə Azərbaycan Respublikası İXM-nin 332.4-cü maddəsinin sanksiyasında nəzərdə tutulmuş 400 (dörd yüz) manat məbləğində inzibati qaydada cərimə edilsin. Qərardan, onun surəti rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində qərarı qəbul etmiş hakim vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət və protest verilə bilər. Sədrlik edən: Vüqar Seyidov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar