Azərbaycan Respublikası adından QƏRAR Quba şəhəri İş № 3(027)-594/2025 04.07.2025 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Xəlilova Nigar Nemət qızının sədrliyi, Fətəliyev Veysəl Surxay oğlunun katibliyi, Protokolu tərtib edən Quba Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X13, zərərçəkmiş şəxslər X6, X3 və X7, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs və onun müdafiəçisi Quba rayon Vəkil Bürosunun vəkili Vəkil iştirakı ilə xx.xx.1972-ci ildə Quba rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, Fin: xxxxxxx, orta təhsilli, evli, işləməyən, Quba rayonu, Zizik kəndində qeydiyyatda olan və yaşayan Şəxs haqqında Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsilə icraatı başlanmış inzibati xəta haqqında işə baxaraq, məhkəmə müəyyənetdi: Quba rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X17 tərəfindən Şəxs barəsində Azərbaycan Respulikası İXM-nin 528.1-1-ci maddəsilə xx.xx.2025-ci il tarixdə MN ******* №li protokol tərtib edilərək, baxılması üçün Quba Rayon Məhkəməsinə göndərilmişdir. Həmin protokolda göstərilir ki, Şəxs Quba rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli 2(027)-43/2015 saylı icra sənədini icra etməmiş və icra məmurunun qanuni tələblərini yerinə yetirməmişdir. Məhkəmə iclasında verdiyi izahatında Quba rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X17 göstərmişdir ki, Quba rayon məhkəməsi tərəfindən verilmiş xx.xx.2015-ci il tarixli 2(027)-43/2015 saylı icra vərəqəsinə əsasən borclu Şəxs 10000 manat məbləğində pul alınaraq Zərərçəkmiş şəxs verilməlidir. Borclu Şəxs 19 manat məbləğində dövlət rüsumu alınaraq iddiaçı Zərərçəkmiş şəxs verilməlidir. Quba rayon məhkəməsi tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli, 2(027)-2649/19 saylı icra vərəqəsinə əsasən borclu Şəxs 6000 manat vəsaiti və ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun 60%-ni təşkil edən 12 manat alınaraq tələbkar X1 verilməlidir. Quba rayon məhkəməsi tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli, 2(027)-904/19 saylı icra vərəqəsinə əsasən borclu Şəxs 3500 manat pul və ödənilmiş 30 manat dövlət rüsumu alınaraq, tələbkar X2 verilməlidir. Quba rayon məhkəməsi tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli, 2(027)-460/2020 saylı icra vərəqəsinə əsasən borclu Şəxs 5000 manat, dövlət rüsumu üçün ödənilmiş 30 manat və hüquqi yardıma görə ödənilmiş 50 manat məbləğində pul vəsaiti alınıb tələbkar X4 verilməlidir. Quba rayon məhkəməsi tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli, 2(027)- 536/2020 saylı icra vərəqəsinə əsasən borclu Şəxs tələbkar X8 xeyrinə 26000 manat məbləğində pul tutulmalıdır. Sumqayıt Apellyasiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(105)-719/2020 saylı icra vərəqəsinə əsasən borclu Şəxs cəmi 7000 manat məbləğində pul və 30 manat dövlət rüsumu alınaraq tələbkar X9 verilməlidir. Quba rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(027)-2142/2022 saylı icra vərəqəsinə əsasən borclu Şəxs cəmi 10200 manat məbləğində pul və 134 manat dövlət rüsumu alınaraq tələbkar X10 verilməlidir. Sumqayıt Apellyasiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(105)-730/2024 saylı icra vərəqəsinə əsasən borclu Şəxs cəmi 5000 manat məbləğində pul və 70 manat dövlət rüsumu alınaraq tələbkar X5 verilməlidir. Eyni borclu Şəxs barəsində olan hər altı icra sənədi ümumi icraatda birləşdirilmişdir. Qeyd olunan icra sənədləri şöbənin icraatına xx.xx.2019-cu il, xx.xx.2020-ci il, xx.xx.2019cu il, xx.xx.2020-ci il, xx.xx.2020-ci il, xx.xx.2020-ci il, xx.xx.2023-cü il və xx.xx.2024-cü il tarixlərdə daxil olmuş və qanuna müvafiq qaydada icraata başlanılmışdır. Eyni zamanda tələbin icrası barədə borcluya rəsmi məlumat verilmişdir. Lakin borclu icra sənədi üzrə tələbi heç bir üzrlü səbəb olmadan tam təmin etməmişdir. Bununla bağlı icra sənədinin icrasını səmərəli təmin etmək məqsədi ilə borclunun bank hesabları, digər gəlir yerləri, daşınar-daşınmaz əmlaklarının olub-olmaması yoxlanılmışdır. Borclunun gəlir yerlərinin və əmlaklarının axtarışları ilə bağlı görülmüş tədbirlər nəticə verməmişdir. İş üzrə borclu Şəxs bu günədək icra sənədləri üzrə tələbkarların xeyrinə ümumilikdə 2430 manat məbləğində ödəniş etmişdir və onun hal-hazırda ümumilikdə 45134 manat məbləğində borcu mövcuddur. Protokolu müdafiə edir, Şəxs barəsində qanunauyğun tədbir görülməsini xahiş edir. Məhkəmə iclasında verdiyi izahatında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs Azərbaycan Respublikası İXM-nin inzibati xətanın törədilməsində özünü təqsirli bilərək, izahatında göstərmişdir ki, məhkəmə icra vərəqələrini maddi imkanı olmadığından tam icra etməmişdir. Bildirmişdir ki, cərrahiyyyə əməliyyatları keçirmiş, ağır şəkər xəstəsidir, səhhəti ilə əlaqədar işləyə bilmir. Məhkəmədən ona ödənişləri hissə-hissə ödəməsi üçün 20-25 gün müddətinə vaxt verilməsini istəyir. Odur ki, qərar qəbul edilərkən, qeyd olunanların nəzərə alınmasını xahiş edir. Məhkəmə iclasında icra işi üzrə tələbkar X15 izahatında Şəxs 2015-cildə notariat qaydasında borc pul verdiyini, 10 ildir ki, ona yalan vədlər verərək borcunu ödəmədiyini, 26000 manat borcdan ayda 100 manat ödəniş etdiyini, hazırda borcunu tələb tələb edərək, barəsində inzibati tənbeh tətbiq edilməsini xahiş etmişdir. Məhkəmə iclasında icra işi üzrə tələbkar X11 izahatında Şəxs borcundan cəmi 200 manat ödədiyini, ona 5070 manat borcu olduğunu hər dəfə borclunun onu aldatdığını bildirmiş və borcunu tələb edərək, barəsində inzibati tənbeh tətbiq edilməsini xahiş etmişdir. Məhkəmə iclasında icra işi üzrə tələbkar X16 izahatında Şəxs borcundan cəmi 1300 manat ödədiyini, ona 10200 manat borcu olduğunu, borcunu tələb etdiyini, borclu barəsində inzibati tənbeh tətbiq edilməsini xahiş etmişdir. Məhkəmə proses iştirakçılarını dinləyib, inzibati xəta haqqında protokolu nəzərdən keçirib, toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-1-ci maddəsində nəzərdə tutulan əməli törətməsi tam sübuta yetirilir. Belə ki, iş materiallarında olan Quba Rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli, 2(027)- 43/2015 saylı icra vərəqəsinə əsasən, cavabdeh Şəxs 10000 (on min) manat məbləğində pul alınaraq Zərərçəkmiş şəxs verilməsi qət edilmişdir. İş materiallarında olan Quba rayon Məhkəməsi tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli, 2(027)-2649/19 saylı icra vərəqəsinə əsasən borclu Şəxs 6000 manat vəsaiti və ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun 60%-ni təşkil edən 12 manat alınaraq tələbkar X1 verilməlidir. İş materiallarında olan Quba rayon Məhkəməsi tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli, 2(027)-904/19 saylı icra vərəqəsinə əsasən borclu Şəxs 3500 manat pul və 30 manat ödənilmiş dövlət rüsumu tutularaq iddiaçı X2 verilməlidir. İş materiallarında olan Quba rayon Məhkəməsi tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli, 2(027)-460/2020 saylı icra vərəqəsinə əsasən borclu Şəxs 5000 manat, dövlət rüsumu üçün ödənilmiş 30 manat və hüquqi yardıma görə ödənilmiş 50 manat məbləğində pul vəsaiti alınıb tələbkar X4 verilməlidir. Sumqayıt Apellyasiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(105)-719/2020 saylı icra vərəqəsinə əsasən borclu Şəxs cəmi 7000 manat məbləğində pul və 30 manat dövlət rüsumu alınaraq tələbkar X9 verilməlidir. Quba rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(027)-2142/2022 saylı icra vərəqəsinə əsasən borclu Şəxs cəmi 10200 manat məbləğində pul və 134 manat dövlət rüsumu alınaraq tələbkar X10 verilməlidir. Sumqayıt Apellyasiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(105)-730/2024 saylı icra vərəqəsinə əsasən borclu Şəxs cəmi 5000 manat məbləğində pul və 70 manat dövlət rüsumu alınaraq tələbkar X5 verilməlidir. Quba rayon Məhkəməsi tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli, 2(027)-536/2020 saylı icra vərəqəsinə əsasən borclu Şəxs tələbkar X8 xeyrinə 26000 manat məbləğində pul tutulmalıdır. İş materiallarında olan “İcraata başlamaq haqqında” xx.xx.2024-cü il tarixli, xx.xx.2019-cu il tarixli, xx.xx.2020-ci il tarixli, xx.xx.2023-cü il tarixli və xx.xx.2020-ci il tarixli xx.xx.2020-ci il tarixli qərarların surətindən görünür ki, Sumqayıt Apellyasiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(105)-730/2024 saylı, xx.xx.2020-ci il tarixli, 2(105)- 719/2020 saylı, Quba rayon Məhkəməsi tərəfindən verilmiş xx.xx.2015-ci il tarixli, 2(027)- 43/2015 saylı, xx.xx.2022-ci il tarixli, 2(027)-2142/22 saylı icra sənədi, xx.xx.2020-ci il tarixli, 2(027)-460/2020 saylı, xx.xx.1019-cu il tarixli 2(02)-2549 saylı icra sənədləri icra məmuru X13 icraatına daxil olmuşdur. İş materiallarından görünür ki, icra sənədlərinin ümumi icraatda birləşdirilməsi haqqında icra məmuru X13 xx.xx.2024-cü il tarixli qərarına əsasən Quba rayon Məhkəməsi tərəfindən verilmiş xx.xx.2015-ci il tarixli, 2(027)-43/2015 saylı icra sənədi, xx.xx.2019-cu il tarixli, 2(027)-904/19 saylı icra sənədi, xx.xx.2019-cu il tarixli, 2(027)- 2649/19 saylı, xx.xx.2020-ci il tarixli, 2020 saylı və xx.xx.2020-ci il tarixli, 2(027)-536/2020 saylı, Sumqayıt Apellyasiya məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(105)-719/2020 saylı, Quba rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(027)-2142/2022 saylı və Sumqayıt Apellyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(105)-730/2024 saylı icra sənədləri ümumi icraatda birləşdirilmişdir. İş materiallarında olan Quba Rayon İcra və Probasiya Şöbəsinin xx.xx.2025-ci il tarixli arayışından görünür ki, borclu Şəxs icra sənədləri üzrə tələbkarların xeyrinə ümumilikdə 2430 manat məbləğində ödəniş etmişdir və onun hal-hazırda ümumilikdə 45134 manat borcu mövcuddur. İş materiallarında olan Quba rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 3(027)-790/24 saylı icra vərəqəsindən görünür ki, Şəxs Azərbaycan Respulikası İXM-nin 528.1-ci maddəsi ilə təqsirli bilinərək 500 manat məbləğində cərimə edilmişdir. Qeyd edilən icra sənədinin icrası ilə əlaqədar Quba rayon İcra və Probasiya şöbəsi tərəfindən borclu Şəxs tələbin könüllü icrası barədə bildirişlər göndərilməsinə baxmayaraq o, icra sənədini icra etməmişdir. Məhkəmə hesab edir ki, borclu Şəxs yuxarıda qeyd edilən hərəkətləri məhkəmə qərarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsi və icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra sənədinin üzrsüz səbəbdən icra edilməməsi kimi qiymətləndirilməlidir. «Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin 30 mart 2006-cı il tarixli, 5 nömrəli qərarının 6-cı bəndinə əsasən mülki işlər üzrə məhkəmə baxışı müddəti iddia ərizəsinin məhkəməyə daxil olduğu vaxtdan başlayır və məhkəmə qərarının icrasının başa çatmasına kimi davam edir. «İcra haqqında» Azərbaycan Respublikası Qanununun 82.1-ci maddəsinə əsasən borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədi icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə üzrsüz səbəbdən icra olunmadıqda, icra məmuru borclunun Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada inzibati məsuliyyətə cəlb olunması üçün inzibati xəta haqqında protokol tərtib edir və onu işin digər materialları ilə birlikdə müvafiq məhkəməyə göndərir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-1-ci maddəsinə əsasən bu Məcəllənin 528.1-ci maddəsində nəzərdə tutulmuş xətanın inzibati tənbeh almış şəxs tərəfindən inzibati tənbeh vermə haqqında qərarın qanuni qüvvəyə mindiyi gündən bir il ərzində eyni icra sənədinə münasibətdə təkrar törədilməsinə görə fiziki şəxslər min manatdan min beş yüz manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla iki ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər iki min beş yüz manatdan dörd min manatadək məbləğdə, hüquqi şəxslər beş min manatdan yeddi min manatadək məbləğdə cərimə edilir. Həmin Məcəllənin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 9.1-ci maddəsinin tələbinə görə, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərərçəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Məhkəmə Şəxs barəsində inzibati tənbeh tətbiq edərkən onun törətdiyi inzibati xətanın xarakterini və ictimai təhlükəlilik dərəcəsini, inzibati xəta törədən şəxsin şəxsiyyətini, onun əmlak vəziyyətini, o cümlədən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 32 və 33-cü maddələrində nəzərdə tutulmuş məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə Şəxs törətdiyi inzibati xətanın hallarını nəzərə alaraq hesab edir ki, onun barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-1-ci maddəsinin sanksiyasında nəzrədə tutulmuş həbs növündə inzibati tənbeh tədbirinin tətbiq edilməsi məqsədə müvafiqdir. Məhkəmə həmçinin hesab edir ki, inzibati həbsin əvvəli hazırkı qərarın elan olunduğu 04 iyul 2025-ci il tarixdən, saat 15:20-dən hesablanmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114.1.1-ci maddəsinə əsasən inzibati xəta haqqında işə baxılarkən inzibati tənbeh vermə haqqında qərar çıxarılır. Həmçinin, məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin hüquqlarının müdafiəsi məqsədi ilə Quba rayon Vəkil Bürosunun vəkili Vəkil tərəfindən Şəxs hüquqlarının məhkəmədə müdafiə edilməsinə görə 1 saat üçün 11 manat pulun “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 01 fevral tarixli qərarına əsasən dövlət büdcəsindən tutulub Quba rayon Vəkil Bürosunun hesabına ödənilməsini əsaslı hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1, 109-112 və 113-114-cü maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-1-ci maddəsi ilə təqsirli bilinərək, barəsində 20 (iyirmi) gün müddətində inzibati həbs tətbiq edilsin. Həbsin əvvəli 04 iyul 2025-ci il tarixdən, saat 15:20-dən hesablansın. Şəxs məhkəmə iclasında dövlət hesabına hüquqlarını müdafiə etmiş Quba rayon Vəkil Bürosunun vəkili Vəkil sərf etdiyi hər iş saatına görə 11 (on bir) manat hesab edilməklə, 1 (bir) iş saatına görə 11 (on bir) manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət büdcəsindən Quba rayon Vəkil Bürosunun hesabına (H/h AZ62İBAZ********************, VÖEN: **********, Bank rekvizitləri: ABB Quba filialı, VÖEN: **********, Kod: 805476) köçürülsün. Qərardan, onun surəti rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində qərarı qəbul etmiş hakim vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət və protest verilə bilər. Sədrlik edən: Nigar Xəlilova
Məhkəmə qərarları › İş №3(027)-594/2025
Quba Rayon Məhkəməsi Qərar — İş №3(027)-594/2025
04.07.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver